Gürcüstanda ermənilərin sayı kəskin azalıb
Gürcüstanda yaşayan ermənilərin sayı gündən-günə azalmaqda davam edir. Hafta.az-ın xəbərinə görə. bu barədə Tert.am xəbər saytı yazıb. Xəbərə görə, ermənilərin sayı 2002-2014-cü illər arasında qalan son 12 ildə 32 faiz azalıb ki, bu da ümumilikdə 81 min nəfər edir. Hətta 1989-cu illə müqayisədə ermənilərin sayının 60 faiz azaldığı görülməkdədir.
Yazıya görə. Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti bir az daha yaxşıdır. Belə ki, 2014-cü ildə aparılan əhali hesablanmasına görə, 2002-2014-cü illərdə azərbaycanlıların sayı 12 faiz, 1989-cu ildən bəri isə 24 faiz azalıb.