Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Fransalı ekspert:Qarabağda müharibə qaçılmazdır – Müsahibə

Siranuş Papyan

Lragir.am, 02.-05.2016

Fransa strateji araşdırmalar Mərkəzinin eksperti Kayts Minasyanın Qarabağ ətrafındakı hərbi durumla bağlı Ermənistan nəşrinə müsahibəsibni Strateq.az-ın oxucularına təqdim edirik.

-Serj Sərkisyan Azərbaycanla danışıqların təzələnməsilə bağlı üç şərt irəli sürüb. Bu şərtləri necə dəyərləndirirsiniz?

-Şərtlər Azərbaycana deyil, beynəlxalq birliyə ünvanlanıb. Serj Sərkisyan Azərbaycandan heç nə gözləmir, buna görə də erməni tərəfi yüksək səviyyədə şərtlər irəli sürməyib. Çünki bu, danışıqların iflasına səbəb ola bilərdi, bu isə Azərbaycanın xeyrinə ola bilər. Demək istəmirəm ki, DQR-in (mətndə bu cürdür-tərc.) müstəqilliyinin tanınması baş tutmayacaq. Əksinə.  Ermənistanın hər üç prezidenti – Levon, Robert və Serj xalq qarşısında izahat verməlidir ki, niyə 1994-cü ildən bəri DQR-in müstəqilliyini tanımayıblar. O zaman Azərbaycan diz çökmüşdü, Ermənistan da zəif idi, lakin Moskvanın dalınca bu cür qaçmırdı. Yəni strateji dəyərimizi artırmağımız lazımdır.

-Avrasiya İqtisadi Birliyi İərvanda baş nazirlərin toplantısını keçirməkdən imtina etdikdən sonra hətta Ovik Abramyan Moskvada həmnin görüşə getdisə, bunu necə etməli? Rusiya ilə vassallıq əlaqələrini necə zəiflətmək və bizimlə hesablaşmağa necə məcbur etmək olar?   

-Strateji dəyəri yüksəltməkdən ötrü qarşıya vəzifə qoymaq lazımdır. Birincisi, korrupsiya ilə mübarizə aparmaq gərəkdir ki, dövlət güclənsin, bu da təhlükəsizliyə təsir edəcək. İkincisi, bütün milli resurslardan istifadə etmək lazımdır – həm Ermənistanda, həm də diasporada. Üçüncüsü, Qərb və Çinlə hərbi, siyasi, iqtisadi münasibətləri inkişaf etdirmək lazımdır. Dördüncüsü, ruslara izah etməliyik ki, biz heç vaxt kölə olmayacağıq. Bizdə antirusiya, hətta antitürkiyə siyasəti də yoxdur. Bizim siyasətimiz bizim maraqlarımıza tuşlanıb. Lakin təəssüf ki, Ermənistanda bunu hələlik görmürəm. Güclü ordu var, lakin xalis dövlət, milli təfəkkkür yoxdur.

-Yüksəkrütbəli üç zabitin işdən azad edilməsini necə qiymətləndirirsiniz? Bu, köklü dəyişikliklərin başlanğıcı ola bilərmi?

-Düşünmürəm ki, kimisə ordudan azad edib bununla da nəyisə dəyişmək olar. Düşüncədən başlamaq lazımdır. Kimi və nəyə görə işdən çıxardıqlarını bilmirəm. Bəlkə də, onları başqa işə keçiriblər, lakin düşüncədən başlamaq lazımdır. Dördgünlük müharibə göstərdi ki, dünyanın bütün erməniləri yumruq halında birləşdi və Qarabağın dalında durdu. Və indi ümummilli düşüncəni inkişaf etdirmək lazımdır ki, xalq, diaspora öz məsuliyyətini hiss etsin və öz potensialını millətin xidmətinə versin. Postsovet prezidentlər belə də Yeni Ermənistan qura bilmədilər. Ermənistanın feodal mahiyyətini dəyişmək lazımdır. Rusiyaya göstərmək lazımdır ki, biz tabe olmağa hazırlaşmırıq, ruslar isə bizə izah etməlidirlər ki, Ermənistanda nə, hansı müttəfiqi görürlər. Bu müharibə Putinin gücsüzlüyünü sərgilədi.

-Fikir var ki, Qarabağ probleminin həlli yoxdur.

-Bununla razıyam. Erməni marağı baxımından Qarabağ müstəqil olmalı və Ermənistanla birləşməlidir. Azərlər (mətndə bu cürdür-tərc.) deyirlər ki,  Qarabağ onların “ərazi bütövlüyü” çərçivəsində olmalıdır. Beynəlxalq birlik Qarabağ məsələsinə prioritet yanaşmaq istəmir, çünki həllu yoxdur. Bu, Tayvan, Yerusəlim kimidir… Beynəlxalq birliyə status-kvo lazımdır. Daha önəmli məsələlər – Suriya, Ukrayna, İraq,
iqtisadi böhran var. Serj Sərkisyan da istəyir ki, danışqılar saxlansın. Lakin başqa bir yanaşma var. Həmsədrlərin 24 illik fəaliyyətinin nəticəsi Madrid prinsipləri oldu və nəticəni gördük – Dördgünlük müharibə. Yəni bu variant tədricən müharibəyə doğru gedir. İkinci variant – Ermənistan Qarabağı tanısa, ola bilsin, hansısa ölkələr onun kimi hərəkət edər və Azərbaycan müharibəyə başlaya bilər. Lakin düşünmürəm ki, Əliyev tammiqyaslı müharibə istəyər, çünki hakimiyyəti itirməkdən qorxur. Hər iki halda müharibə ehtimalı yüksəkdir və hansı daha yaxşıdır – Qarabağı tanımadan müharibəyə getmək, yoxsa diz çöküb və yaxud ayaqüstə tanımaqla?

Tərcümə Strateq.az-ındır.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031