“Azərbaycanda ermənilərə nifrət gündən-günə artır” – Nalbandyan
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Finlandiyaya səfəri çərçivəsində Xelsinki Universitetində görüş keçirib.
Hafta.az-ın ermenihaber-ə istinadən verdiyi xəbərə görə, Nalbandyan ənənəvi olaraq Qarabağ məsələsini gündəmə gətirib. O deyib ki, münaqişənin həll olunması üçün xalqlara “öz müqəddəratını təyinetmə haqqı verilməlidir”.
Aprelin əvvəlində baş vermiş dördgünlük toqquşmalara toxunan erməni nazir, erməıni təxribatının məsuliyyətini Azərbaycanın boynuna yükləməyə çalışıb. Tərtər və Ağdamda mülki ailələrin yaşadığı evlərin ermənilər tərəfindən gülləboran ediməsi faktını danan Nalbandyana görə, Azərbaycanda ermənilərə qarşı nifrət gündən-günə artmaqdadır. Nalbandyan yalnız bu yerdə doğru olanı deyib və torpaqları işğalda saxlanılan Azərbaycan xalqından dost sevgisi gözləməklə özlərini aldatdıqlarını etiraf edib. Nazir Finlandiya ictimaiyyətini Azərbaycanın onlara daha isti münasibət göstərməsinə kömək etməyə çağırıb.