Türkiyə “Qarabağ silahı”ndan istifadə etdi
Türkiyənin “İncirlik” hərbi bazasından havaya qaldırılan 4 ədəd “Green Dragon” (“Yaşıl əjdaha”) adlı pilotsuz uçan aparatla Suriyada İŞİD-ə məxsus 5 silah anbarı və 29 terrorçu məhv edilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən əməliyyatda İŞİD-in əvvəlcədən öyrənilən hədəflərinin koordinatları dəqiqliklə vurulub.
Xatırladaq ki, İsrail istehsalı olan “Green Dragon” uçan aparatları Azərbaycan Silahlı Qüvvələrinin arsenalında da mövcuddur. Silahlı bölmələrimiz Ermənistana qarşı son döyüşlərdə bu pilotsuz aparatdan istifadə edib.