Talış kəndindən 90 erməni ailəsi Ermənistana qaçdı
Aprel müharibəsindən sonra Qarabağın Talış kəndinin əksər sakini Ermənistana qaçıb.
Strateq.az Lragir.am-a istinadən bildirir ki, kənd sakini Slava Bayunts kənddən 370 nəfərlik 90 ailənin Ermənistana üz tutduğunu deyir.
Onun sö-zlərinə görə, aprelin 20-ədək heç kim onların problemlərinin həlli ilə maraqlanmayıb. Talışlı ermənilərə sığınacaq, pul və iş yeri lazımdır.
Erməni nəşrinin yazdığına görə, suriyalı ermənilər İrəvana gəldikdən sonra şəhər yataqxanalarında boş yer qalmayıb.