Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Sərkisyanın 5 rayon şərtinə Bakının imtina səbəbi

Ermənistan Prezidenti Serj Sərkisyan niyə 5 ildən sonra, məhz aprelin 24-də “Blumberq”ə verdiyi müsahibədə Dağlıq Qarabağ ətrafındakı, Laçın və Kəlbəcər istisna olmaqla, 5 rayonu qaytarmağa hazır olduğunu, ancaq 2011-ci ildə bu təklifdən rəsmi Bakının imtina etdiyini dilə gətirdi? Niyə həmin müsahibənin ertəsi günündən başlayaraq, iki gün ərzində Ermənistan silahlı qüvvələri öz vəhşi, terrorçu simasını göstərdi? Cəbhə bölgəsində – Ağdam və Tərtərdə 130-dan artıq ev, məktəb dağıldı, iki mülki şəxs öldü, 8 mülki adam yaralandı, heyvan-qara atəşə tutuldu? Ermənilərin bütün dünyanın gözü qarşısında bu qədər vəhşilik nümayiş etdirməsinin səbəbi nə idi?

Axar.az xəbər verir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında olan və Ermənistanın özünün belə iddia etmədiyi, sadəcə, “təhlükəsiz zona” olaraq işğalda saxladığını bildirdiyi Laçın (qismən), Kəlbəcər, Zəngilan, Ağdam, Füzuli, Qubadlı və Cəbrayıl rayonları hər zaman olduğu kimi, bu gün də Dağlıq Qarabağın əvəzinə “təklif edilir”. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi də məhz sözügedən rayonlara aiddir. Qətnamələrdə Dağlıq Qarabağ ətrafında işğalda saxlanılan 7 rayonun qeyd-şərtsiz (!) azad edilməsi əsas olaraq göstərilib.

Dördgünlük müharibə zamanı da bütün dünyanın Azərbaycanı müdafiə etməsinin səbəbi o idi ki, Azərbaycan erməni təxribatına cavab olaraq, hərbi əməliyyatları Dağlıq Qarabağın ərazisində deyil, Dağlıq Qarabağa aid olmayan, amma Ermənistanın bütün beynəlxalq hüquqa tüpürərək işğalda saxladığı Azərbaycan ərazisində apardı.

Hazırda Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ərazisinə qətiyyən aid olmayan torpaqlardadırlar və təsadüfü deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev “erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun” deyə bəyan edir və bu bəyanat bütövlükdə beynəlxalq hüquqa, prinsiplərə söykənir.

Problem ondadır ki, istər Madrid, istərsə də Kazan sənədlərində Ermənistanın işğalda saxladığı 7 rayondan çıxarılması “şərtlər” daxilində nəzərdə tutulur. Hətta Laçın rayonu Ermənistanla Dağlıq Qarabağ arasında “koridor” olaraq ümumiyyətlə ilkin şərtlərə aid edilmir.

Ermənistanda isə mövqe tamamilə başqadır: erməni rəsmilər bütün ritorikalarında Dağlıq Qarabağ ətrafı işğaldakı torpaqlardan danışarkən, “güzəşt” sözünü dilə gətirirlər və bu “güzəşt” anlayışına da Laçın və Kəlbəcər daxil edilmir.

Məsələ orasındadır ki, Dağlıq Qarabağın birbaşa Azərbaycanın digər rayonları ilə əhatə olunması və başqa heç bir sərhədinin olmaması ən böyük fakt kimi ortadadır. Bu vəziyyətdən “çıxış” üçün Ermənistan, o cümlədən ATƏT-in Minsk Qrupu Laçın rayonunun işğalını ikinci mərhələyə saxlamaqda israr edir.

Azərbaycanın işğalda olan 7 rayonu niyə iki mərhələdə azad olunmalı və bu “mərhələlər” danışıqlarda alver predmeti kimi istifadə edilməlidir?Azərbaycanın mövqeyi də məhz bu faktın üzərində fokuslanıb: Ermənistan ordusu Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çəkilməlidir və yalnız bundan sonra Dağlı Qarabağın statusu məsələsi müzakirə oluna bilər.

Hazırda Ermənistan rəsmiləri, o cümlədə politoloqları Azərbaycanın işğalda saxladıqları Dağlıq Qarabağdan əlavə 7 rayonunun qaytarılması məsələsində hər vəchlə “5 rayon” (Kəlbəcər və Laçını istisna edirlər) “güzəştini” irəli atırlar. Hətta Ermənistan Prezidenti Serj Sərkisyan 5 rayonu qaytarmağa hazır olduğunu, ancaq rəsmi Bakının bu şərtlər daxilində 5 rayonun boşaldılması təklifindən imtina etdiyini açıqladı. Bu açıqlamanın ardınca isə Serj Sərkisyanı “torpaq itirməkdə” ittiham edən yalançı politoloqlar üzə çıxdı – guya Sərkisyan “böyük güzəştə” gedir və bu, Ermənistana xəyanətdir.

Təbii ki, bütün bunlar Ermənistan hakimiyyətinə yaxın olan politoloqlar və media qurumları tərəfindən düşünülərək gündəmə gətirilir. Hətta hakimiyyət mediasında “5 rayonu qaytarmağı etiraf edən” Sərkisyan “xain”, “güllələnməli şəxs” olaraq təqdim edilir. Ermənistan kimi qeyri-demokratik bir ölkədə Sərkisyanı “güllələməyə qalxan” “cəsarətli” yazarlar, müəlliflər, politoloqların bir mərkəzdən idarə olunduğu şübhəsizdir. “Blumberq”ə aprelin 24-də verilən müsahibəni hələ də müzakirə edib, Sərkisyana lənətlər yağdıran “qəhrəmanlar ordusu” əslində Ermənistan hakimiyyətinin siyasətini ifadə edirlər. Məqsəd 5 rayonun qaytarılmasının “böyük güzəşt” olduğu təəssüratını yaratmaqdır.

Əlbəttə ki, rəsmi Bakı işğaldakı rayonlardan bir neçəsini “şərtlərlə qaytaran” həll paketindən imtina edəcəkdi. BMT TŞ-nın 4 qətnaməsi, üstəlik, AŞPA-nın mövqeyi ortadadır, Azərbaycanın 5 deyil, 7 rayonu qeyd-şərtsiz boşaldılmalıdır və bu işğalda saxlanılan rayonlar Dağlıq Qarabağın statusu məsələsində Azərbaycana təzyiq kimi istifadə edilə bilməz.

Yalnız 7 rayonun qaytarılmasından sonra acı reallıq üzə çıxacaq: bəlli olacaq ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla və ümumiyyətlə, heç bir ölkə ilə birbaşa sərhədi yoxdur. Serj Sərkisyan bu reallığı bildiyi üçün “5 rayonun qaytarılmasına” hazır olduğu məsələsini Dördgünlük müharibədən sonra gündəmə gətirdi. Azərbaycan buna razı olacağı təqdirdə Dağlıq Qarabağın Ermənistanla quru əlaqəsini təmin edən Sərkisyan “sülh naminə inanılmaz güzəştə gedən şəxs” kimi dünya birliyinin dəstəyini qazanacağına və Laçın və Kəlbəcərlə birlikdə, Dağlıq Qarabağı daha bir müddətə, həm də uzun müddətə işğalda saxlaya biləcəyinə uğursuz cəhd etmişdi.

Lavrovun bu yöndə təkliflərini də Azərbaycan təbii ki, qəbul etməyəcəkdi. Ona görə də Dördgünlük müharibənin acınacaqlı məğlubiyyətini “5 rayon şərti” ilə diplomatik cinahda da çıxa bilməyən Sərkisyan 25-26 aprel tarixlərində Azərbaycan mülki əhalisinə qarşı hücuma başladı. Məqsəd bəlli idi: cəbhəyanı ərazidə yaşayanların köçünə nail olmaq və Azərbaycanda siyasi stabilliyə zərbə vurmaq.

Ordusuna güvənən mülki əhali isə evlərinin dağılmasına baxmayaraq, yurdundan bir addım da kənara qoymadı. Nəticədə Sərkisyan Azərbaycana mülki əhalini vuran atəş nöqtələrini susdurmaq və sözügedən mövqeləri zərərsizləşdirmək üçün növbəti fürsəti verdi. Üstəlik, Dördgünlük müharibə Azərbaycana hərbi-psixoloji üstünlük qazandırmışdısa, Ermənistanın 25-26 aprel vəhşiliyi Bakıya növbəti siyasi və diplomatik hücum imkanı yaratdı.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031