Ermənistan ordusunda geyim çatışmır
Ermənistan ordusunda yağışdan qorunmaq üçün istifadə edilən çadır-plaş çatışmır.
Ermənistan KİV xəbər verir ki, bunu ölkə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün “Facebook” səhifəsində etiraf edib.
“Aktiv fəaliyyət zamanı plaş-çadır islanır. Növbəti növbətçiliyədək isə onlar qurumur. Biz artıq bir neçə gündür bu vəsaitin sayının artırılması və ordunun təchizatındakı başqa bu kimi çatışmazlıqların aradan qaldırılması işi ilə məşğuluq”, – mətbuat katibi yazıb. (“Report”)