Ermənilərin daha bir əsgəri məhv edildi
Xankəndi xəstəxanasında mayın 2-nə keçən gecə daha bir erməni əsgəri ölüb.
Axar.az erməni mediasına istinadla xəbər verir ki, 1995-ci il təvəllüdlü Sərkis Qasparyanın aprelin 29-da qoşunların təmas xəttində aldığı yaradan keçindiyi qeyd edilib.
Məlumatda Qasparyanın daha bir neçə erməni silahlısı ilə birgə Ağdərə istiqamətində yaralandığı vurğulanıb.