Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Əli Həsənov: Qarabağdakı narkotik işinə Sarkisyanın kürəkəni nəzarət edir

“Sarkisyanı Beynəlxalq tribunala vermək lazımdır. Azərbaycanın hüquq-mühafizə orqanları ona qarşı kifayət qədər dəlil toplayıb. Xocalı faciəsi və son baş verənlər buna kifayət edir. Onun mülki əhaliyə qarşı etdikləri beynəlxalq səviyyəli bir cinayətdir.”

Bu sözləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitənin sədri Əli Həsənov ANS TV-yə müsahibəsində deyib.

Azərbaycan prezidentinin öz xalqına söykənərək Qarabağ münaqişəsinin həllində təkbaşına mübarizə apardığını, ordu ilə prezident arasında heç bir boşluğun olmadığını bildirən komitə sədri bütün bunların nəticəsində ermənilərin layiqli cavablarını aldığını və bir neçə yüksəkliyin azad edildiyini qeyd edib.

Aprel ayının 2-dən bu yana 16 mülki sakinin həlak olduğunu, 50-ə yaxın şəxsin yaralandığını, 228 mənzilin zərər gördüyünü, onlardan 43-nün tamamilə dağıdıldığını təəssüflə qeyd edən Əli Həsənov Nazirlər Kabinetinin qərarına əsasən mülki əhaliyə dəymiş ziyanın bərpası Bərpa agentliyi tərəfindən, məcburi köçkünlərə dəymiş ziyanın isə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitə tərəfindən həyata keçiriləcəyini və artıq gələn həftədən bunun üçün vəsait ayrılacağını qeyd edib.

Ermənistan tərəfinin Azərbaycanın işğalı altında olan torpaqlarında narkotik yetişdirdiyini, bununla xüsusi olaraq Ermənistan prezidenti Serj Sarkisyanın kürəkəninin məşğul olduğunu söyləyən dövlət rəsmisi Azərbaycan tərəfinin əlində bu barədə real faktların, sputnik çəkilişlərinin olduğunu vurğulayıb.

“İşğal edilən ərazilərdən Azərbaycana narkotik keçirməyə çalışan kifayət qədər xarici ölkə vətəndaşları tutulub saxlanılıb ki, onların ifadələri və konkret faktlar sənədləşdirilib hüquq mühafizə orqanlarında saxlanılır. Biz həmin faktları 2 il bundan əvvəl BMT-nin Vyana ofisinə təqdim edib xahiş etdik ki, həmin ərazilərdə monitorinq keçirilməsi üçün qrup yaradılsın. Tələbimizin qəbul edilməsinə baxmayaraq Ermənistan tərəfi onları əraziyə buraxmadı” – deyə Əli Həsənov fikirlərini bölüşüb.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031