Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Səfəvilər İmperiyası: Azərbaycan Türk dövləti, yoxsa İran Fars dövləti (II yazı)

Səfəvilərin milli kimliyinin bəlirlənməsində Bayandurlu-Ağqoyunlu münasibətləri mühüm yerə malikdir. Hər halda Səfəvilərin Oğuz-Türkmən ulusunun Bayandurlu-Ağqoyunlu dövlətinin varisi kimi çıxış etməsi təsadüfi olmamışdır. “İran” tarixçisi Nəsrullah Fəlsəfi yazır ki, ata tərəfindən özünü Peyğəmbər nəslindən hesab edən Şah İsmayıl Türkman Həsən bəy Ağqoyunlunun nəvəsi kimi özünü haqlı olaraq bu sülalənin qanuni varisi hesab etmişdir. Deməli, Şah İsmayılın taxt-tac iddiasını ortaya qoyan, ilk növbədə Bayandurlularla qohumluq əlaqəsi olmuşdur.

Qeyd edək ki, Şah İsmayılın əcdadlarından olan Şeyx Cüneyd 1456-1459-cu illərdə Diyabəkirdə Bayandurluların başçısı Həsən xanın sarayına sığınmışdır. Həsən xan da düşməni Baharlı-Qaraqoyunlu Cahanşahla mübarizədə Səfəvi şeyxlərinin köməyini təmin etmək arzusu ilə öz bacısını Şeyx Cüneydə ərə vermişdi. Bununla da Bayandurlularla Səfəvilər arasında qohumluq bağı yaranmış və sonralar daha da möhkəmlənmişdir. Hər iki tərəf bu qohumluq bağından maraqlı olsa da, bundan daha çox  qazanan Səfəvilər olmuşdur. Belə ki, Səfəvilər hakim bir sülalə olan Bayandurlularla qohumluq əlaqəsi qurduqan sonra Səfəvilərdə dövlət yaratma hissi ön plana çıxdı.

Bu anlamda Səfəvilər və Bayandurlular arasında baş tutan  qohumluq əlaqəsindən dərhal sonra birincilərin Şirvan və Dağıstan ərazilərinə yürüşləri diqqətçəkicidir. Ən maraqlısı isə odur ki, Səfəvilər Bayandurlularla qohumlaşdıqdan sonra şiəlik ya da qızılbaşlıqla tanınmağa başlamış, məhz bu adla da Şirvan və Dağıstan ərazilərinə yürüşlər etmişlər. Deməli, Bayandurlularla qohumluq hakimiyyət iddiasının yaranmasına, şiəliyə meylilik isə güclənməsinə səbəb olmuşdur. Yəni Səfəvilər üçün Bayandurlularla qohumluq və şiəlyə meylilik yeni bir dönəmin başlanmasını ortaya qoymuşdur.

Görünür, bu baxımdan tanınmış tarixçi alimimiz Oqtay Əfəndiyevin yazması ki, 15-ci əsrin ortalarına qədər sünni kimliklə tanınan Səfəvilərin şiəliyə keçməsi təsadüfi olmamışır, bu fikirlə razılşaırıq. Çünki Bayandurlularla qohumlaşan Şeyx Cüneyddən başlayaraq Səfəvilərin şiəçiliyi ön plana çıxmış, bu qohumluğu davam etdirən Şeyx Heydərin dövründə isə daha da artmışdır. Şübhəsiz, Səfəvilərin şiəçiliyinin ön plana çıxmasında isə Şərqi Anadolunun sufi-dərviş həyatı sürən Oğuz-Türkmən boyları mühüm rol oynamışdır. Hər halda, Səfəvilərin dini mərkəzi Ərdəbildə şiəçilikdən daha çox sünnilik ön planda olduğu bir zaman, Şərqi Anadoluda Oğuz boyları arasında şiə-mistik sufiliyin daha güclü olması burada əsas rol oynamışdır.

Bu anlamda hesab edə bilərik ki, Qızılbaşlığın-şiəliyin Şərqi Anadoluda və Azərbaycanda geniş yayılmasına Oğuz-Türkmən boyları əsas möhür vurmuşlar. Sadəcə, Türk ruhaniyyatına əsaslanan qızılbaşlıq Şah Abbas Səfəvilərin başına keçdikdən sonra bir qədər dəyişmişdir. Belə ki, Şah Abbasın dövründə Azərbaycan Türk ruhaniyyatı İran Fars ruhaniyyatına çevrilməyə başlamışdır. Bütün hallarda Səfəvilər dönəmində Qızılbaşlığın-şiəliyin əsas yayıcıları isə Azərbaycanın Oğuz-Türkmən tayfaları, onların din üləmaları olmuşlar.

Bizcə, Səfəvilərin milli kimliklərinin dolaşdırılmasında dini-ideoloji amillər, özəlliklə hakimiyyətdə qanuni sahib olduqlarını isbat etmək üçün köklərini Peyğəmbər nəsliylə bağlamaları mühüm rol oynamışdır. Bu anlamda Şah İsmayılın özünün və əcdadlarının İslam dinində şiə tərəfdarlığını saxlaması, hətta şiəliyi ima­milər (qızılbaşlıq) təriqəti kimi dövlət dini elan etməsi təsadüfi deyildir. O.Əfəndiyev yazır ki, şiəçilik ya da qızılbaşlıq ideyasına görə, Xəlifə Əli imamdır və kim bunu qəbul etmirsə, o kafirdir. «Məhəmməd peyğəmbər­dirsə, Əli «Allah həqiqətinin təzahürüdür» («məz­hər-i həqq»­dir). İs­ma­yıl özünün Əli və Fatimədən başlayan «mən­şə­yi» ilə fəxr edir. O, Əlidə ilahi mahiyyətin başqa şəklə düşdüyünə ina­nır. Əvvəlcə o (İsmayıl), Əli ilə bir olmuş, indi isə yenidən zühur etmişdir. Peyğəmbərin və imamın key­fiyyətləri onun sima­sında təcəssüm etmişdir».

Doğrudan da Şah İsmayılın şeirlərində dini-mistik şiəçilik ruhlu ön planda idi.  Ş.İ.Xətayi yazırdı: «Mən məvali məzhəbəm, rahım Əli, Hacətim, zikrim, nəzərgahım Əli, Oldu ənqa tək Xətayi bivücud, Qafi-qüdrət, sirri Alla­hım Əli». Səfəvilərin şiəliyə bu cür münasibəti, Şah İsmayıldan başlayaraq ifrat şəkil almış və nəticədə dini məzhəbçilik zaman-zaman Səfəvilərin yalnız milli mənsubiyyətini dolaşdırmamış, Türkmən dövlətçiliyinə də mənfi təsir göstərmişdir. Özəlliklə, Şah İsmayıldan başlayan şiəçiliyin I Şah Abbasın haki­miy­yəti dövründə daha da radikallaşması bunda əsas amillər idi. Belə ki, Şah Abbas 1587-ci ildə taxta çıxdıqdan sonra Oğuz boylarının Səfəvi sarayında və ordusunda yetkilərini əlindən almış, bunun əvəzində Türk olmayanlara yeni səlahiyyətlər vermişdir. Beləliklə, bu dövlət ifrat şiələşmə nəticəsində həm də müəyyən qədər iranlılaşmağa məruz qalmışdır. Deməli, Səfəvilərin həm əsil etnik kimliyi, həm də əsil dövlət kimliyi məhz dini-ideoloji düşüncə içində başqa çalarlar almışdır. Səfəvilərin etnik və dövlət kimliyinin mürəkkəbləşməsində də əsas məsələ şiəçiliklə bağlı olmuşdur.

Ancaq indi “şiəçilik” məsələsini Azərbaycan türkləri və İran farsları öz bildikləri kimi yozurlar. Bununla da, Səfəvilərin şiəçilik ideologiyasının “türkləşməyə”, yoxsa “farslaşmağa” xidmət etməsi məsələsi  gündəmə gəlmişdir. Beləliklə, Səfəvilərin etnik kimliyi ilə bağlı iki bir-birinə zidd  müddəa var ki, sözün açığı bunlara aydınlıq gətirmək heç də asan görünmür. Məsələn, “İran” müəllifləri iddia edirlər ki, Şah İsmayıl fars ya da kürd olduğu halda özünü dini-ideoloji anlamda türkləşdirmiş ya da ərəbləşdirmişdir. Belələrinə görə, halbuki Şah İsmayılın nə türklüyə, nə də ərəbliyə dəxli vardır. Onlara görə, o, “İran milli dövləti”nin yaratmış fars-kürd mənşəli bir hökmdardır. Sadəcə, həmin dövrdə onların fars ya da kürd nəsilləri türkləşdikləri üçün Şah İsmayıl dövlət dilini Türk dili elan etmiş, türk dilndə şerilər yazmışdır. Yəni burada əsas məsələ İran müəlliflərinin iddiasınca, Səfəvilər dövləti qurulana qədər Səfəvilərin türkləşməsi/turanlılaşması, yaxud da bizim iddiamızca, əksinə yalnız Şah Abbasdan sonra qismən Səfəvilərin iranlılaşması baş vermişdir.

O.Əfəndiyev və bir çox tarixçilərimiz hesab edirlər ki, Səfəvilərin 1501-1587-ci illər hakimiyyəti Azərbaycan Səfəvilər dövləti, 1587-1736-cı illər isə İran Səfəvilər dövləti kimi xarakterizə olunmalıdır. Əlbəttə, biz məsələyə bu qədər radikal yanaşılmanın əleyhinəyik. Şah Abbasın Səfəvi sarayında və ordusunda hansı islahatları həyata keçirməsindən asılı olmayaraq Səfəvilər sonadək bir türkmən sülaləsi olaraq qaldılar. Sadəcə, Səfəvilərin ifrat şiəçilik hisləri Osmanlının qəzəbinə tuş gəlmişdi ki, bundan ən çox zərər görən Azərbaycan türkləri və Azərbaycan, ən çox qazanan isə İran və irandililər oldular. Hər halda, dini məzhəbçilik adı altında Osmanlı-Səfəvi müharibələrində ən çox yağmalanan Türk elləri, o cümlədən Azərbaycan oldu.

Bu anlamda Azərbaycanın güneyindən və quzeyindən olan tarixçilərmizdən bəzilər də hesab edirlər ki, Türkmən dövləti kimi yaranan Səfəvilərin radikal şiəliyə meyil göstərməsi başdan yanlış olmuşdur. Bu yanlışın nəticəsində də Osmanlı türkləri Azərbaycan türkləri üzərinə dəfələrlə yürüşlər etmiş, Osmanlı, Türküstanla yanaşı Oğuz boylarının ya da Türklərin ən böyük hakimiyyət yerlərindən biri olan Azərbaycanın zəifləməsinə səbəb olmuşlar. Yəni Azərbaycandakı Türkmən dövlətçiliyi zəifləmiş, həm öz günahları ucbatından, həm də Osmanlı sultanlarının bir çox hallarda mənasız sünni təəssübkeşliyindən doğan yürüşlərindən Səfəvi şahları da başlarını Azərbaycandan (Təbrizdən, Qəzvindən) götürüb Farsistana ya da İrana qaçmışlar. Ən əsası odur ki, Səfəvi Türkmən dövlətinin sonradan bu və ya digər dərcədə “iranlılaşma”sında Şah Abbas dönəmində paytaxtın Türk Təbriz, Türk Qəzvindən fars İsfahana köçürülməsi, eyni zamanda Qızılbaş Türkmən əmirlərinin əksəriyyətinin qətlə yetirilməsi mühüm təsir göstərmişdir. Hətta, Şah Abbasın İsfahana bəzi türkmən tayfalarını köçürməsi belə, Azərbaycanın və Azərbaycan türkmənlərinin İran, İrandililər qarşısında yenilməsini əngəlləyə bilməmişdir. Ancaq biz bütün bunlara baxmayaraq, yenə də o fikirdəyik ki, Səfəvi dövlətini “İran milli dövləti” kimi qələmə vermək yanlışdır.

Ona görə də, bizi burada daha çox maraqlandıran Azərbaycan Səfəvilər ya da Səfəvi Türkmən dövlətinin guya “İran milli dövləti”nə çevrilməsi olmamalıdır. Çünki bütövlükdə belə bir hal olmamışdır. Bizi maraqlandıran odur ki, Səfəvilərdə niyə əsasən Azərbaycan mərkəzliliyini, Türkmən əmirləri isə xeyli dərəcədə mövqelərini itirdilər. Ancaq bu məsələni də radikal şəkildə qoymaq olmaz. Çünki Səfəvilərin bütün dönəmində Azərbaycan və Türk əmirləri mühüm rol oynamaqda davam etmişlər. Sadəcə, Şah Abbasdan başlayaraq Azərbaycan mərkəzçiliyi və Türk əmirləri aparıcı mövqeylərini xeyli dərəcədə itirdilər.  Bizi də maraqlandıran Səfəvilərin Azərbaycan dövlətindən guya  “İran dövləti”nə çevrilməsi deyil, Azərbaycan mərkəzçiliyin və Türk əmirlərinin həm 1501-1587, həm də 1587-1736-cı illərdə Səfəvilərdə oynadıqları yer olmalıdır.

Faiq Ələkbərov

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031