Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Utanmıram – hələ də yaşayıram

Yaşadığıma görə çox utanıram. Neft Akademiyasını bitirmişəm. Dərsə girməyən tələbələrin sırasında özümə görə yerim olub. Prorektor Ramiz Abdullayev həmişə mənə hörmətlə yanaşırdı. Tələbə yoldaşlarıma deyirdi: “Ona beynindəki güllə səsləri başqa sözləri eşitməyə imkan vermir”. Dərsə girməyən tələbənin yeri ya dəhliz olar, ya da çayxana. Ən çox Akademiyanın 2-ci korpusunun 4-cü mərtəbəsindəki çayxanaya gedərdim. “Çox az tələbələrdəniydim ki, bufetçi xala nisiyə mal verilmir” elanını mənə eşitdirmirdi. Qarşımda yaşıl işıq yanırdı: çay, peraşki, qamburqer götür, pulun olanda verərsən. Bir müddət sonra nə qədər borcum olduğunu soruşurdum xaladan. Cavabından təəccüblənirdim: “Borcun yoxdu”. Sonradan öyrəndim ki, sevimli bufetçim yaddaşsızlıq – “skleroz” xəstəliyindən əziyyət çəkirmiş. Tərs kimi onun “qara dəftər”ə etdiyi qeydlərinə arxayın olub verəcəklərimi yadımda saxlamamışdım. Bəs vicdan?.. Tələbə təqaüdümü alanda hamısını piştaxtanın üstünə atıb qaçdım, xeyli müddət həmin bufeti birinci mərtəbədəki qamburqeri ilə məşhur olan bufetə dəyişdim. Əksər vaxtlarda kəsirim olduğu üçün təqaüd almaq sevincini yaşadığım anlar az olub. Köhnə pulla və o dövrün deyimi ilə kafi oxuyan tələbələrin təqaüdü bir şirvan beş məmməd idi.

Doğma bufetimə qayıdanda yenə əvvəlki münasibətlə qarşılaşdım. Amma başqa cür olacağını gözləyirdim. “Niyə belə elədin? Tələbə adamsan, səndə pul hardanır…” danlağını eşitməyə hazır idim. Unutmuşam ki, əzizim bufetçi xala yaddaşsızlıqdan əziyyət çəkir. Mən də unutmuşam, o da. Söz verirəm, daha heç vaxt onu unutmayacam. Xatirəsini əziz tutacam. Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci korpusunda baş verən terror hadisəsində bəli, məhz mənim xalam, doğma xalam qədər doğma xalam qatilin gülləsinə tuş gəlib.

Termodinamika fənnindən “zaçot” veririk. Müəllimin tərsliyi tutub, deyir ki, mən döyüşçüyə döyüşçü, tələbəyə tələbə kimi qiymət verirəm. Qərar qətidir: oxuyub gəlməliyəm. Oxumağa isə nə vaxtım, nə də həvəsim var. Qrup yoldaşlarımla aramdakı yaş fərqi çoxdur. 5 ilim dağda-dərədə keçib. 1991-ci ildə instituta daxil olub, 2001-ci ildə diplom almağımı qabardıb məni məzəmmət edənlərə həmişə deyirəm: “Başımızın üstünü qara buludlar almasaydı, mən də bir gün görərdim”. Oxumaq vaxtı deyil, işləmək, ailə həyatı qurmaq, bir sot torpaq sahəsi tapıb ev qaralamaq… Tələb budur. Sonradan dostlaşdığım müəllimim isə iki ayağını bir başmağa dirəyib…

Prorektor Ramiz Abdullayev dilxor halda dəhlizdə veyilləndiyimi görüb dərdimi soruşdu. Dinləyəndən sonra problemi həll edəcəyinə söz verdi. Və həll elədi. İmtahan suallarını uşaqların birindən köçürməyə şərait yaradan müəllim tranvay altından çıxmış “3” yazdı mənə.

Hər dəfə Ramiz müəllimi görəndə sıxılırdım. Kişinin boynumda haqqı vardı. Daha sıxılmayacam. Qatil onun da ömrünü yarıda qoydu. Ramiz müəllimin yaxşılığının əvəzini çıxa bilmədim.

Yaşadığıma görə çox utanıram. Dünəndən fikirləşirəm: görəsən, tozu udduğum indiki havadan yüz dəfə təmiz olan dəhlizdə aprelin 30-u tələbələrin arasında mən də olsaydım tapançayla meydana çıxan terrorçunun üstunə atılıb zərərsizləşdirə bilərdimmi?..

Utanıram… mən ölüm-itim çox görmüşəm, ölüm-itimlə mübarizə aparmaq hərbidən sonrakı həyatımın diqtəsi ilə bir qədər də adiləşib. Terrorçunun ayağına tullanmaq lazım idi. Qətlə yetirilən tələbələrdən biri isə üstünə qaçıb. Təcrübəsiz imiş. Müharibə görməyib. Torpağı işğalda olan stabil ölkədə yaşayır bəlkə də gözünü açandan. Hardasan Oqtay, Zaur?.. Xəyyam, sən o alçağı arxadan yerə yıx… Fuad, qoyma qızlar otaqdan çıxsın. “26 69” saylı qrupun uşaqları, hardasız axı? Bizə lazım idi institutu bitirmək?.. Guyu hansımız ixtisasımız üzrə işləyirik. Oktay malyarlıq edir, Fuad metroda işləyir, Zaur çilingərdi, Xəyyam hərbçidi.

Xəyyam Xocalıdandı. Şəhər işğal olunanda Xocalı aerodromunun rəis müavini işləyən atası ilə birlikdə yaralıları döyüş meydanından çıxarırmış. Şəkli o dövrün qəzetlərində dərc olunub. Qucağında minamyotun atılmış, amma partlamamış mərmisi var. Ola bilməz, mümkün deyil: Xəyyam terrorçu ilə bacarardı. Biz təhsil aldığımız illərdə ölkədə müharibə gedirdi. Adamlar ölümün gözünə dik baxırdı. Yanında olanı sabah itirmək qorxusu adamları bir-birinə sarmışdı. Hər kəs başqalarını qoruma instinktini özünə cangüdən seçmişdi. Biz təhsil alanda Neft Akademiyasında hərbi kafedra da vardı. Əlbəyaxa döyüş növləri dərsi keçərdik. Bir dəfə təcrübə zamanı müəllimin silləsini göydə qarşılayıb, ona badalaq atan Əmirxan bütün qrupu pərt vəziyyətdə qoydu. O, silləni tutmalıydı, amma badalaq atmalı deyildi. Müəllim əvvəl əsəbiləşdi. Sonra hamımızın Əmirxanı danladığını görüb, keçdi “günahımızdan”.

Neft Akademiyasındakı hadisəni eşidəndə ilk yadıma düşənlər arasında bir cümləsi ilə dünyada Azərbaycanın möhürünü vuran ünlü alim Rafiq Əliyevin də siması oldu. “Birdən ona nəsə olar” həyəcanı olay barəsində dəqiq informasiya alandan sonra çəkildi. Demokratiyanın məlum və məşhur – “mənim azadlığım sənin azadlığın başlayan yerdə qurtarır” qanununu ondan eşitmişdim. İndi Rafiq müəllim nələr çəkir, yaxşı bilirəm.

“26 69” saylı qrupun günahından keç, Rafiq müəllim. Biz terrorçunu zərərsizləşdirə bilərdik. Niyə şərait yaratdız axı biz Neft Akademiyasını bitirək?.. Hardasan Oqtay, Zaur?.. Xəyyam, sən o alçağı arxadan yerə yıx… Fuad, qoyma qızlar otaqdan çıxsın…

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930