Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Roma papası Qarabağ məsələsini həll etməyə çalışacaq

Roma papası Fransiskin Cənubi Qafqaza səfəri Qarabağ münaqişəsinin sülhlə nəticələnməsinə yardımçı ola bilər. ANS PRESS-in məlumatına görə, bu fikir ABŞ-ın Kaliforniya ştatında yerləşən Çepmen Universitetinin beynəlxalq təhsil bölməsinin rəhbəri Ceyms Koylun “The Daily Caller”də dərc olunmuş məqaləsində deyilir.

Rəsmi devizi “Məsih və kilsə” olan və ABŞ-ın ilk liberal universitetinin təmsilçisinin yazdığı məqalədə bildirilir ki, Roma papası Fransisk iyun ayında erməni katalikosu II Qargenin dəvəti ilə Ermənistanda olacaq. Həmçinin Roma papası bu il sentyabrın 30-dan oktyabrın 2-nə kimi Tiflis və Bakıya səfər edəcək.

Münaqişə barədə nisbətən obyektiv şəkildə yazılmış, münaqişə nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın düşməsi, Azərbaycan ərazilərinin 20 faizinə qədərinin işğal edilməsi və s. kimi faktların sadalandığı məqalədə müəllif Roma papasının münaqişənin nizamlanmasına hansı sənədlər əsasında cəhd edəcəyinə aydınlıq gətirib. Onun sözlərinə görə, regionda sülhün konturları 2007-ci ildə Ermənistan və Azərbaycan prezidentlərinin imzaladığı “Madrid prinsipləri”ndə öz əksini tapıb.

Roma papası Fransisk

Roma papası Fransisk

Bütün bunlara baxmayaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) keçmiş işçisi, politoloq Fikrət Sadıqov ANS PRESS-ə müsahibəsində münaqişənin nizamlanması baxımından bu cür səfərlərin elə də ciddi əhəmiyyətinin olmadığını bildirir: “Roma papasının regiona bundan əvvəl də bir neçə dəfə səfəri olub. Bu cür səfərlərlə münaqişəni həll etmək mümkün olsaydı, indi heç bir problemimiz olmazdı”.

“Katolik kilsəsi məsələdə müəyyən qədər obyektiv olmağa çalışır. Amma yenə də xristian həmrəyliyi özünü göstərir”.

Politoloqun sözlərinə görə, nə qədər obyektiv olmağa çalışsa da Roma papasından tam konstruktiv mövqe gözləməyə dəyməz: “Düzdür, katolik kilsəsi məsələdə müəyyən qədər obyektiv olmağa çalışır. Amma yenə də xristian həmrəyliyi özünü göstərir. Ona görə Ermənistanla bizə eyni gözlə yanaşmağa çalışırlar. Deyirlər, müharibə eləməyin, danışıqlar masasına oturun. Amma heç biri Ermənistandan işğal etdiyi ərazilərdən çıxmağı tələb etmir”.

Bütün bunlarla yanaşı, Ceyms Koyl indiyə kimi tam açılmayan, buna görə də  münaqişə tərəfləri və analitiklər tərəfindən müxtəlif cür təqdim edilən “Madrid prinsipləri”nin ilkin variantını da təqdim edib. Məsələ bundadır ki, “Madrid prinsipləri”nin 2007-ci ildə qəbul edilmiş variantında Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə bağlı referendumdan bəhs edilmir, sadəcə Dağlıq Qarabağa müvəqqəti statusun verilməsindən söhbət gedir. Görünür, referendum məsələsi 2011-ci ildə təklif edilən Kazan sənədinə salınıb və məhz buna görə Azərbaycan tərəfi Kazan sənədinə imza atmayıb.

Fikrət Sadıqov - Xarici İşlər Nazirliyinin keçmiş işçisi, politoloq

Fikrət Sadıqov – Xarici İşlər Nazirliyinin keçmiş işçisi, politoloq

Fikrət Sadıqovun sözlərinə görə, aralıq statusu məhz Dağlıq Qarabağın Azərbaycana inteqrasyası üçündür: “Qarabağın statusu referendum subyekti ola bilməz. Sadəcə, aralıq status keçid dövrü üçündür. Həmin keçid dövründə danışıqların mövzusu ərazidəki yerli özünüidarəetmə və icra qurumlarının, maliyyə sisteminin Azərbaycana inteqrasiyası proseduru, funksiyaların bölünməsi, yəni muxtariyyətin forması danışıqlar nəticəsində müəyyən edilə bilər”.

“Qarabağın statusu referendum subyekti ola bilməz. Aralıq status Dağlıq Qarabağın Azərbaycana inteqrasiyası üçündür”.

Politoloq bildirib ki, Azərbaycan bu məsələdə öz mövqeyini təkidlə qorumalıdır: “Biz heç vaxt ərazi bütövlüyümüzü poza biləcək həll variantları ilə razılaşa bilmərik. Kimsə bizə Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına imkan verən sənədə qol çəkdirə bilməz. Buna görə biz həmişə münaqişənin müharibə yolu ilə həll variantını da istisna etməməliyik”.

Münaqişənin müharibə yolu ilə həlli variantına hazır olmağın və bunu sübut etməyin nə qədər təsirli vasitə olduğunu aprelin əvvəlində baş vermiş dördgünlük döyüşlər sübut etdi. İndiyə kimi Azərbaycanla ritorikada «şərti qalib tərəf irəli sürər» ifadəsini işlədən işğalçı Ermənistan artıq susmağa məhkumdur. Azərbaycan ordusunun növbəti addımları Ermənistanı Qarabağ məsələsində söz hüququndan tamamilə məhrum edə bilər.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930