Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Orobanyus”:”Ermənistanın Azərbaycana qarşı cinayəti sənədləşdiriləcək və beynəlxalq təşkilatlara göndəriləcək”

İordaniyanın nüfuzlu “Orobanyus” qəzeti AZƏRTAC-ın xüsusi müxbiri Asya Hacızadənin “Ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətlər sənədləşdiriləcək və beynəlxalq təşkilatlara göndəriləcək” sərlövhəli məqaləsini dərc edib.

Məqalədə bildirilir ki, Azərbaycanla Ermənistan arasında atəşkəsin bərpa olunması barədə razılıq əldə edilməsinə baxmayaraq son günlər Ermənistan silahlı birləşmələri iriçaplı silahlardan, artilleriya qurğularından Azərbaycan Ordusunun mövqelərini, habelə qoşunların təmas xəttinin yaxınlığındakı yaşayış məntəqələrini intensiv atəşə tutublar.

Qeyd edilir ki, bununla əlaqədar ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov cəbhəyanı kəndlərə gedib, ziyan dəymiş obyektlərə, o cümlədən evlərə və məktəblərə baxış keçirib, habelə erməni silahlı bölmələrinin artilleriya zərbələrindən evlərinə zərər dəymiş kənd sakinləri ilə görüşüb.

Xüsusilə qeyd edilir ki, hücumlar nəticəsində dinc əhali arasında ölənlər və yaralananlar var. Qəzet işğal edilmiş ərazilərdə infrastruktura, su anbarlarına, çaylara və təbii ehtiyatlara dəyən ziyanın miqyası barədə nazirin yerli və xarici jurnalistlərə geniş məlumatını təqdim edir. Nazir qeyd edib ki, Azərbaycana qarşı bütün vasitələrlə total müharibə aparan təcavüzkar Ermənistan su anbarlarını və çayları ekoloji terror alətinə çevirib. Nazir jurnalistlərə bildirib ki, ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətlər sənədləşdiriləcək və beynəlxalq təşkilatlara göndəriləcək.

Məqalə müəllifi qeyd edir ki, Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə yerli və xarici KİV-lərin təmsilçiləri Ermənistan silahlı qüvvələrinin bölmələrinin təmas xətti boyu yaşayış məntəqələrinə endirdiyi artilleriya atəşləri nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün cəbhəboyu zonaya səfər ediblər. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiət etdiyi media təmsilçiləri əvvəlcə Bərdə rayonuna gəliblər və ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşların müalicə olunduğu Diaqnostika Mərkəzində xəsarət alanların səhhəti ilə maraqlanıblar. Jurnalistlər Ermənistan silahlı qüvvələrinin Ağdam və Ağcabədi rayonlarının kəndlərini atəşə tutması nəticəsində ziyan dəymiş evlərə də baxış keçiriblər. Hikmət Hacıyev bildirib ki, mülki əhaliyə dəymiş zərər və itkilər Xarici İşlər Nazirliyi və digər dövlət qurumlar tərəfindən sənədləşdirilir. O, həmçinin qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın cəbhə xətti yaxınlığındakı mövqelərini və yaşayış məntəqələrini beynəlxalq konvensiyalarla qadağan olunmuş, yalnız dinc əhalini kütləvi surətsə qırmaq üçün nəzərdə tutulan silahlardan atəşə tutublar. Onun sözlərinə görə, erməni silahlı qüvvələrinin dinc əhaliyə qarşı qeyri-insani vasitələrə əl atması Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı həyata keçirdiyi planlı terror siyasətinin tərkib hissədir. H.Hacıyev deyib: “Bu gün Ermənistanın rəhbərliyi də təcavüzkar siyasət yürüdür. Ermənistanın dövlət başçısı danışıqlar prosesindən imtina etdiyini bildirir. Bu, onun danışıqlar prosesinə məhəl qoymamasının göstəricisidir. Azərbaycanın beynəlxalq ictimaiyyətdən gözləntisi ondan ibarətdir ki, Ermənistanın bu təcavüzkar əməllərinə son qoyulması üçün təsirli addımlar atsın. Ermənistan sülhə məcbur edilməlidir. Azərbaycan bir daha bəyan edir ki, hərtərəfli nəticə yönlü danışıqlar prosesinə hazırdır. Azərbaycan bu problemin həllini ilk növbədə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında görür. Həmin qətnamələrə görə, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılmalıdır”.

Sonra məqalədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlının yerli və xarici jurnalistlərə bəyanatı diqqətə çatdırılıb. Bəyanatda son günlər ermənilərin əsasən minaatanlardan, toplardan, BM-21 tipli reaktiv sistemlərdən atəş açdıqları bildirilib. Vaqif Dərgahlı xüsusilə vurğulayıb ki, Müdafiə Nazirliyi rəhbərliyinin tapşırığına uyğun olaraq Azərbaycanın ön xətdə yerləşən Silahlı Qüvvələri düşmənin bütün atəş nöqtələrini məhv etmək üçün qəti tədbirlər görür və bu tədbirlər mütəmadi davam etdiriləcək, düşmənin ön xətdə yerləşən bütün atəş nöqtələri susdurulacaq(azərtac).

  • Rusiya Azərbaycana

    minnətdarlıq etdi

  • ABS
    Azərbaycan-ABŞ əməkdaşlığının inkişaf perspektivləri

    müzakirə olunub

  • Manakov:

    “Azərbaycanın xüsusi təyinatlı dəstələrində və hərbi kəşfiyyatında yaxşı hazırlanmış kadrlar var”

  • lavrov-kerri-6
    Kerri və Lavrov telefonla danışdılar –

    Qarabağ məsələsi də müzakirə edilib

  • elmar-mata
    Azərbaycanla Malta arasında üç sənəd imzalandı –

    SİYAHI (FOTO)

  • Oqtay Əsədov:

    “Cəbhədəki son hadisələr sübut etdi ki…”

  • sekuta
    ABŞ səfiri ədliyyə naziri

    Fikrət Məmmədovla görüşdü

  • hikmet
    “Təxribatçı əməllərin hədəfi məhz mülki Azərbaycan əhalisidir” –

    XİN-dən Sarkisyana mesaj

  • İlham-Eliyev-mushavire-4
    “Ombudsman haqqında” qanun dəyişdi

    – SƏRƏNCAM

Yuxarı Əvvələ Ana Səhifə
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930