Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rusiyalı analitik: “Yaxın gələcəkdə Ermənistanı enerji kollapsı gözləyir”

“Yaxın gələcəkdə Ermənistanı enerji kollapsı gözləyir. Çünki ölkənin enerji sistemində resurslar ildən-ilə azalır”.

Bunu “Report”a açıqlamasında rusiyalı siyasi analitik Oleq Kuznetsov “Metsamor” Atom Elektrik Stansiyasının (AES) regiondakı rolu və təhlükəsini şərh edərkən deyib.

“Metsamor” AES Ermənistan iqtisadiyyatında bir çox cəhətdən həlledici və hətta müəyyən mənada aparıcı rola malikdir. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) qiymətləndirməsinə görə, Ermənistanın enerji tələbatının 35-40%-ni məhz nüvə energetikası ödəyir. Başqa sözlə, hazırda fəaliyyət göstərən “Metsamor” AES-in bir bloku ölkənin enerji istehlakının üçdə birindən çox hissəsini qarşılayır. Burada söhbət təkcə elektrik enerjisindən deyil, həm də istilik enerjisindən gedir”, – deyə O.Kuznetsov bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik standartlarına əsasən, AES-in ehtiyat gücü orta enerji istehlakından ən azı 25% çox olmalıdır, amma “Metsamor”la bağlı halda isə bu AES-in payına çox böyük hissə düşür.

Politoloq qeyd edib ki, ona görə də stansiya Ermənistan energetikasının əsas obyektlərindən biridir, sadəcə, onun texniki resursu artıq bitib: “Böyük ölçüdə o, artıq ötən il bitib. Amma layihələndirilmiş “ehtiyat”la bir neçə il keçinmək olar. 10-12 il sonra isə yenidən istifadəyə verilmə ilə bərpa işləri, ya stansiyanın qalıqlarının konservasiyası ilə bağlı planlı bağlanış, ya da Çernobıl və ya Fukusimada olduğu kimi, kiçik nüvə partlayışı olmalıdır”.

Ermənistanda yeni AES-in tikintisi üzrə layihənin Rusiya tərəfinin maliyyələşdirməsindən danışan politoloq başqa bir ölkənin iqtisadiyyatına belə böyük investisiya yatırımının həmişə siyasi qərarın nəticəsi olduğunu qeyd edib.

“Təbii ki, birbaşa qonşusu ilə müharibə vəziyyətində olan ölkə iqtisadiyyatına heç kim bu cür irimiqyaslı investisiya yatırmaz. Atom energetikasına kapital yatırımı uzun müddət gözləməyi tələb edir, yalnız 10-15 il sonra mənfəət əldə etməyə başlayırsan. Bu gün heç kim Ermənistanın bir neçə il sonra siyasi gələcəyinin necə olacağını ehtimal edə bilməz, o ki qalmışdı 10-15 ilə. Dağlıq Qarabağdakı vəziyyətdə istənilən radikal dəyişiklik bu və ya digər dərəcədə Ermənistanın təsərrüfatına təsir edəcək. Belədə Ermənistan investisiyaların problemli obyektindən tamamilə əlverişsiz ölkəyə çevriləcək”, – deyə O.Kuznetsov bildirib.

Onun sözlərinə görə, bu gün heç kim “Rosatom”un 50 il sonra mənfəət əldə edəcəyinə təminat verə bilməz və əgər təminat yoxdursa, deməli, yeni AES-in tikintisinə investisiya yatırımı barədə danışmaq mənasızdır.

Ekspert Dağlıq Qarabağ münaqişəsinin nizamlanacağı və Azərbaycanın işğal olunmuş ərazilərinin azad ediləcəyi təqdirdə Azərbaycanın enerji resurslarının Ermənistana çatdırılmasının mümkünlüyünü vurğulayıb: “İşğal olunmuş torpaqlar dinc yolla qaytarılarsa və Yerevanda siyasi rejim dəyişərsə, Azərbaycanın Ermənistanı güzəştli və bəlkə də dempinq qiymətlərlə enerjiylə təmin etməsi mümkündür. Amma bu münaqişə növbəti dəfə “dondurulsa”, onda Azərbaycanın Ermənistanı enerji blokadasında saxlamağa davam etməsindən başqa çarəsi qalmır. Hazırda rəsmi Yerevan bunu etiraf etsə də, etməsə də, Ermənistanda əsrin üçdə bir hissəsindən artıq müddətdə modernləşdirmə üçün investisiya ayrılmayan enerji sistemi çöküşə doğru gedir. Yumşaq desək, üfüqdə bu ölkəni enerji kollapsı gözləyir”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930