Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənistan Qarabağda nə qədər əsgər saxlayır?

Dünya dövlətlərinin qəbul etdiyi hərbi qaydalara əsasən, canlı qüvvə sayı ölkə əhalisinin ən çoxu 1 faizindən təşkil olunur. Bunun əsas səbəbi əhalinin genefondunu qorumaqdır.

Uzun illərdir Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan bu qaydanı pozmağa və orduya daha çox əsgər cəlb etməyə məcburdur. Çünki başqa halda həm öz ərazisini qorumaq, həm də işğal etdiyi Qarabağ torpağında əsgər saxlamaq mümkün deyil. Yəni, 10 milyon əhalisi olan Azərbaycanın əsas hərbi qüvvəsi işğal olunan torpağın azad edilməsi istiqamətinə yönəldilib. Bu ordunun qarşısında durmaq üçün Ermənistan ən azı onun yarısı qədər – 50 min əsgəri Qarabağda saxlamağa məcburdur. Öz ərazisi də nəzərə alınsa, demək, Ermənistan ordusu rəsmi statistikada olan əhalisinin 3 faizə yaxınını orduya cəlb etməlidir.

BMT-nin 2015-ci il rəsmi statistikasında Ermənistanda 3 milyon əhalinin olduğu barədə məlumatın özü şübhə altına alınıb. Belə ki, BMT-nin Əhali Fondunun Ermənistan ofisinin icraçı nümayəndəsi Qarik Ayrapetyan Ermənistanda 2,6 milyon əhali yaşadığını açıqlayıb. Bu məntiqlə Ermənistan faktiki olaraq əhalisinin 4 faizini orduya cəlb edir və əlbəttə ki, Qarabağdan çoxsaylı meyitlər daşımaqdadır. Bunun da sarsıdıcı nəticəsi özünü indidən göstərir.

Təsadüfü deyil ki, Qarabağda Dördgünlük müharibə zərbəsi alan Ermənistan yaşı 50-dən yuxarı olan şəxsləri səfərbər etməyə başladı. Azərbaycan isə nəinki peşəkar hərbçiləri orduya çağırdı, hətta ölkəmizin digər ərazilərində olan hissələrini belə cəbhə bölgəsinə dislokasiya etməyə ehtiyac görmədi.

Bu mənada Qarabağ separatçıları daha acınacaqlı durumdadırlar. Belə ki, müharibənin davam etdiyi bu müddətdə Qarabağın erməni əhalisi hələ rəsmi statistikaya əsasən, 30 min nəfər azalıb və 150 minə düşüb. Qeyri-rəsmi statistika və reallıq isə ondan ibarətdir ki, Qarabağda hazırda heç 70 min erməni yaşamır.

Belə çıxır ki, separatçı rejimin ən azı 700, ən çoxu isə 1500 terrorçusu ola bilər. Bu qüvvə Azərbaycanın işğal altında olan hər kəndinə bir silahlı separatçı qoymağa belə çatmır.Qarik Ayrapetyan bir müddət öncə bildirmişdi ki, Ermənistanda əhalinin azalmasına səbəb doğum sayının azalması, miqrasiya və əhalinin qocalmasıdır. Onun sözlərinə görə, Ermənistanda bu gün doğum əmsalı 1,6-1,7 faizdir. Oğlan və qız göstəricilərini 50 faizlə hesablasaq, belə çıxır ki, Ermənistan doğulan oğlanın sayından təxminən 4 dəfə artığını orduya çağırmaq məcburiyyətindədir. Həmçinin, demoqraf Ruben Yeganyanın açıqladığı rəsmi statistikaya görə, hər il Ermənistanı 30 min insan tərk edir. Başqa sözlə, Ermənistanda hər il orta hesabla 42 min uşaq doğulursa, hər il ölkəni 30 min adam tərk edir; üstəlik, təbii ölümlər, qəzalar və Qarabağdakı itkilər…

Müqayisə üçün bildirək ki, münaqişənin başladığı ilk illərdə Ermənistan əhalisi 3,5 milyon, Azərbaycan əhalisi 7 milyon idi. Hazırda Azərbaycan əhalisi 10 milyona çatır və illik artım 110-120 min arasındadır.

BMT mütəxəssislərinin hesablamalarına görə, 2030-cu ilə qədər Ermənistanda dərin demoqrafik böhran qaçılmaz olacaq və yaxın onilliklərdə ölkə əhalisinin sayı 1,5 milyona qədər azalacaq.(axar.az)

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930