Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Erməni nəşri:Ermənistan barışığı sədəqə kimi xahiş etdi–Təhlil

Aykazn Qagriyan

Lragir.am (Ermənistan), 29.04.2016

Ermənistan “isteblişment”i – bəzi KİV, ekspertlər – Dördgünlük müharibə və sonrakı hadisələrdən sonra  hələ də “ərazilərin qaytarılması”nı müzakirə edirlər. Onlar beynəlxalq hüquq və sivillik baxımından danışmağa cəhd edirlər. Əsasən iki arqument gətirilir – guya bu, sülhü bərqərar etmək və qurbanlardan yayınmaqda yeganə üsuldur və ciddi zəmanətin əvəzində torpaqlar qaytarılacaq.

Bu əminlik haradandır – tarixi və şəxsi təcrübədən, bu cür “mübadilə”nin tarixi nümunələri varmı? Aydın deyil.

Bununla belə, təcrübə əksindən xəbər verir – münaqişələr müharibələrin yekunu əsasında həll edilir. Bizim halda yerdəyişmə baş verib – müharibə çərçivə müqaviləsi ilə başa çatmadı və Ermənistan tərəfi döyüş meydanındakı qələbəsini sənədlə təsbit edə bilmədi. Əlbəttə, bunda Rusiya da öz rolunu oynadı – münaqişənin həllin ona sərf etmirdi, çünki bölgədən sıxışdırılardı.

Lakin erməni ordusunun hər qələbəsindən sonra əlləri ilə başlarını tutaraq “qələbələrin altından necə çıxacaqlarını” soruşan Ermənistan hakimiyyəti, “isteblişment”i də bundan az rol oynamadı.  

Hərbi əməliyyatlar və beynəlxalq güclərin reaksiyası “isteblişment”in əvvəlki kimi torpaqları “verib-verməməyə” müncər edilən düşüncəsini dəyişdirmədi və beləcə də sülhü və sabitliyi möhkəmləndirəcək addımlar təşəbbüsündə olmadı. Belə də Ermənistan rəhbərliyi nə istədiyi sualına, demək olar ki, cavab verə bilmədi.

Hansı zəmanətdən söhbət gedə bilər? Bu cür zəmanəti kim verə bilər? Torpaqları verməyə hazır olanlara kim zəmanət verir? Ermənistan tərəfi Birinci Qarabağ müharibəsindən sonra “torpaqların qaytarılması” tezisini ehtiva edən bütün təkliflərlə razılaşırdı. Bu tezisin tərəfdarları izah edə bilərmi ki, niyə bu təkliflərdə Qarabağın statusu haqda məsələ yoxdur? Başa düşürlərmi ki, maraqlı ölkələr niyə bu məsələyə aydınlıq gətirmədi? Yəni “isteblişment”in arzuladığı zəmanəti vermədi?

Bunu anlamaqdan ötrü bu mənasız mübahisədən yuxarı qalxmaq gərəkdir. Zəmanət yox idi və olmayacaq. Ermənistan tərəfi bu cür təkliflərlə razılaşmaqla sülhə məcbur etməyi tərgitdi və barışığı sədəqə kimi xahiş etdi. Belə tərəfə kim zəmanət verər?

Məsələn, elə həmin maraqlı tərəflər indiki status-kvonu möhkəmlədəcək araşdırma mexanizminin tətbiqini təklif edirlər. Bu, əvvəlkilərin hamısını qüvvədən salan nizamlama üzrə yeni təklifdir. Nahaq deyil ki, Rusiya və Azərbaycan buna qarşı çıxış edir və bu, Dördgülük müharibə zamanı və həmsədrlərin İrəvanda mətbuat konfransında aydın şəkildə üzə çıxdı.

Hazırda yeni status-kvonun hüdudlarını müəyyən edəcək müharibə gedir. Ermənistan silahlı qüvvələri yeni siyasətin hərbi komponentini tam şəkildə yerinə yetirir, lakin iki cəbhədə – Rusiya-Azərbaycan tandeminə və Ermənistan “istiblişment”inin cinayətkar qeyri-adekvatlığına qarşı vuruşmağa məcburdur.

Durum dəyişilib və dərk edilir ki, torpaqların təhvil verilməsi qar uçqunu effekti doğuracaq və gec-tez Sünik  torpağını (Ermənistanın Zəngəzur mahalının qədim adı-tərc.) yaxalayacaq.

Rusiya türk sivilizasiyasının beşiyidir və ortada türk xalqları həm demoqrafik, həm də keyfiyyət baxımından möhkəmlənirlər. Bu prosesi dayandırmaq mümkün deyil və bunun nəyə aparacağını hamı başa düşür. Dünya istəsəydi, bu torpaqları çoxdan “qaytarardı”. Xoşbəxtlikdən torpağa hüququ “isteblişment” yox, kürəsəl gerçəkliklər müəyyən edir. Yalnız onunla həmahəng hərəkət etmək lazımdır. Dünya hələlik Ermənistanın üzərindən xətt çəkməyib və qətiyyətli, suveren addımlar gözləyir. Sadəcə, bütün bu illər ərzində toplanmış zir-zibili təmizləmək lazımdır.

Tərcümə Strateq.az-ındır. 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930