Təlim iştirakçıları “Anadolu” Ajansının İstanbul ofisini ziyarət ediblər
Təlim iştirakçıları “Anadolu” Ajansının İstanbul ofisini ziyarət ediblər
Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) və “Anadolu” Ajansının təşkilatçılığı ilə “Yerli özünüidarəetmə orqanlarının media ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinə” həsr olunan təlim proqramı çərçivəsində təlim iştirakçıları “Anadolu” Ajansının İstanbul ofisini ziyarət ediblər.
Agentliyin akt zalında baş tutan görüşdə “Anadolu” Ajansının Markerinq və Satış Direktörü Nedim Kaya agentlyin fəaliyyətindən, həyata keçirlən layihələrdən danışaraq media orqanının türk dünyası ölkələridən daxil olan məlumatlara diqqətlə yanaşıldığını bildirib.
“Anadolu” Ajansının Xəbərlər redaksiyasının baş redaktoru Hüseyin Altınalan da xəbərlərin hazırlama prinsiplərindən danışıb. İstanbulun Türkiyənin ən sıxlıq və hərəkətli şəhəri olduğunu izah edən Altınalan , İstanbul Xəbərləri redaktorluğunu də çox sıx bir templə xəbər istehsalı etdiyini dilə gətirib.
Görüşdə həmçinin “Anadolu” ajansının təmsilçsiləri Saleh Zəki Sarıdanışmet və Səbinə Babayeva çıxış edərək media-bələdiyyə münasibətlərinə toxunublar.
Qeyd edək ki, TİKA-nın da dəstək verdiyi təlimdə birliyə üzv olan ölkələrdən-Azərbaycan, Qırğızıstan, Monqolustan, Quzey Kıprıs, Bosniya-Hersoqovina, Monteneqro, Somalı, Kosova və Makedoniyanın bələdiyyə sistemində çalışan media təmsilçilərinin nümayəndələri iştirak edir.
Sonra təlimdə iştirak edən ölkələrin nümayəndə heyətlərinin sualları cavablandırılıb.
Təlimlərə 30 aprel tarixində yekun vurulacaq.
Xatırladaq ki , təlimlərdə Azərbaycanı “Bələdiyyə həyatı” qəzeti, Nəsimi və Badamdar bələdiyyələrinin nümayəndələri təmsil edir.