Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Qarabağda müharibə istənilən an qızışa bilər”-ABŞ “Stratfor”undan xəbərdarlıq

ABŞ kəşfiyyatının kölgəsi kimi tanınan “Stratfor” Qlobal Analitik Mərkəzinin təhlilçiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnozlarını açıqlayıb.

yknews.az-ın anspress-ə istinadən verdiyi xəbərə görə, təhlilçilər yazır ki, münaqişə bölgəsindəki son hadisələr göstərir ki, vəziyyət hər an gərginləşə bilər. “Cəbhə xəttində son 20 ilin ən böyük toqquşmalarından 3 həftəyə yaxın bir müddət keçir. Atışma səngisə də, siyasi bəyanataların verilməsi davam edir. Rusiya,Türkiyə, eləcə də Qərb münaqiənin həlli ilə bağlı diplomatik səyləri gücləndirir”.

“Stratfor” analitikləri son həftələr ərzində bölgəyə edilən səfərlərdən, Rusiya və Türkiyənin bəyanatlarından da yazırlar. “Azərbaycan gərginliyi müvəqqəti artırdı, ancaq daha böyük müharibəyə çevrilməsinə imkan vermədi. Bu strategiya Bakının geniş strateji maraqlarına xidmət edir – böyük regional oyunçuların diqqətini çəkməklə, münaqişənin danışıqlar yoluyla həlli perspektivini gücləndirdi. Bununla Bakı siyasi baxımdan status-kvonu uğurla sınağa çəkdi” – deyə qeyd olunur.

Nəşr danışıqların “Madrid prinsipləri”nə əsaslandığını yazır. “Ancaq yekun razılaşma yolunda böyük əngəllər dayanır. Əsas əngəl isə İrəvanın Dağlıq Qarabağda status-kvonu saxlamaq istəyidir. Ermənistan prezidenti Sarkisyan son toqquşmaların sülh sazişi şansını azaltdığını da etiraf edib”.

“Stratfor”un proqnozlərinə görə, danışıqlar yenidən bərpa oluna bilər. “Sarkisyanın çıxışından belə nəticə çıxarmaq olmaz ki, danışıqlar bərpa olunmayacaq. Ancaq hətta əgər Ermənistan hökuməti Moskvanın təzyiqinə tabe olsa və bəzi güzəştlərə razılaşsa belə, Dağlıq Qarabağın hazırkı statusunun dəyişdirilməsinə getməyəcək. Bu məsələyə ermənilər o qədər emosional və siyasi yanaşırlar ki, bu hökumətə hətta devrilmə təhlükəsi yaradar”.

Təhlilçilər növbəti həftələrdə Dağlıq Qarabağ prpbleminin həlli ilə bağlı diplomatik danışıqların güclənəcəyini düşünürlər. “Münaqişənin həllində nüfuza sahib olan regional oyunçular tərəflərə sülh danışıqlarına görə təzyiq göstərəcək. Ancaq yaxın perspektivdə münaqişənin hətta qismən həlli mümkün görünmür. Çünki sazişi əngəlləmək istəyən maraqlı tərəflər var. Dağlıq Qarabağda münaqişənin qızışması ehtimalı qalacaq ki, bunun da təsiri bu kiçik mübahisəli ərazinin sərhədlərini xeyli aşır. Belə məqamda Dağlıq Qarabağ münaqişəsi istənilən an qızışa bilər”.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930