KBTRL-nin müəllim kollektivi aksiyaya qoşuldu.
Bakı şəhəri Kimya Biologiya Təmayüllü Respublika Liseyinin (KBTRL) şagirdləri Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün «Demokratik Cəmiyyətin İnkişafına Yardım» İctimai Birliyinin təkşil etdiyi aksiyaya qoşulublar. Liseyin müəllim kollektivi 20 ildən çoxdur erməni qatillərin xalqımıza qarşı törətdikləri soyqırımı qətiyyətlə pisləyib, dünya ölkələrinin bu ədalətsizliyə səssiz qalmasından təssüf hissi keçirdiklərini bildiriblər.
Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi olaraq aksiyanın əhatə dairəsinin genişlənməsi üçün “Gənc Liderlər Heydər Əliyev Yolunda” facebook dəstək kampaniyasına, KBTRL-nin aksiyaya qoşulmasında göstərdiyi köməkliyə görə Sabina Əliyevaya təşəkkürümüzü bildiririk.