Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Erməni generalların ETİRAFI

Müasir savaş iki cəbhədə aparılır. Öndə bəzən mərmilərin və əsgərlərin deyə bilmədiyini bizlər söyləməliyik. Döyüşən əsgər arxasında informasiya sipərinin olmasını hiss etməlidir. İndiki şəraitdə qlobal informasiya savaşı aparılmalıdır. Bu savaşda münaqişənin keçmişi (tarixi aspekt) və gedişi (hərbi aspekt) izlənilməlidir. Cəmiyyətin şüuruna təsir edən informasiyaların yayılması ən güclü silahdan belə, qorxuludur.

Qlobal informasiya sahəsi 90-cı illərin əvvəllərində yaranıb. CNBC (1989), BBC World News (1991), CNN (1992), Euronews (1993), Blomberg (1994), Əl-cəzirə (1996) və s. kimi qurumların fəaliyyəti örnək ola bilər. Bu gün media orqanları Müdafiə Nazirliyinin verdiyi informasiyalarla kifayətlənir.

Müdafiə Nazirliyi düşmən tərəfi öyrənməyi kiməsəyə yasaqlamayıb. Düşmənin hərbi-siyasi və sosial durumu gündəmə daşınmalıdır. Bu sahədə araşdırmaçı alim Ö.Hüseynov və jurnalist F.Abbasovun gördüyü işlər təqdirəlayiqdir. Biz düşmənlə bağlı hansı səs-küylü araşdırmanı ortaya qoymuşu?..

Ermənistanın qalibiyyət eyforiyası sabun köpüyündən başqa bir şey deyilmiş. Düşmən tərəfi 22 il ərzində milyonlarla dollar xərcləyib yaratdığı “yarılmaz istehkam” adlandırdıqları “Ohanyan müdafiə xətti” Azərbaycan ordusunun azsaylı hərbi dəstələri tərəfindən bir neçə saat ərzində dağıdıldı. Demək olar ki, bu xəttin 75 faizi sıradan çıxarıldı, hətta ikinci eşalon belə, davam gətirə bilmədi. Düşmənin iki hərbi qərargahı tamamilə məhv edildi.

“Ohanyan müdafiə xətti” boyunca möhkəmləndirilmiş hərbi rayonlar mövcud idi. Orada tank atəş nöqtələri, DOT-lar, 100 mm zenit artireliya qurğuları (qaubitsalar) yerləşdirilmişdi. Betonlaşmış tam profilli səngərlər, mina sahələri, bahalı, müasir sərhədqoruma sistemləri (1000 km) qurulmuşdu. Ərazidə yerüstü radarlar, gecə və gündüz görmə müşahidə kameraları, elektron sərhədlər, seysmik sensorlar və s. işləyirdi. Bu səddi aşmaq erməni əlaltılarının söylədiyi kimi, heç də asan iş deyildi. Ordumuzun peşəkarlığı sayəsində bu sədd ən minumum itki ilə yarıldı.

Düşmən bu aktın şokunu uzun illər unutmayacaq. Bu gün alınmış hərbi strateji mövqeyə malik yüksəkliklərə “təpəcik” deyənlərin iç üzlərini açmaq üçün bu faktları sadalamaq zorunda qaldım. Şimal-Qərb cəbhəsində Madagizin azad edilməsi, Madagiz-Tonaşen kolidoru kimi tanınan bir hərbi platsdarmın ordumuzun nəzarətinə keçməsi deməkdir. Qarabağ savaşında iştirak etmiş keçmiş döyüşçülər gözəl anlayırlar ki, bu mövqeyə nəzarət düşmənin manevr imkanlarını məhdudlaşdırır.

Bu gün bədii dillə izah etsək, təmas bölgələrində 22 il ərzində aşağıdan yuxarı baxdığımız düşmənə qəhrəman döyüşçülərimiz sayəsində artıq yuxarıdan aşağıya baxırıq. Bu faktları qondarma rejimin qəhrəmanı “komandos” ləqəqli general-leytenant A.Ter-Tadevosyan da təsdiqləməyə məcbur oldu. Bir zamanlar silahsız xalqa, qoca, qadın, uşaqlara qarşı “qəhrəmanlıq” etmiş A.Ter-Todavasyan əməliyyatı “kəşfiyyat döyüşü” adlandırıraq, Azərbaycan ordusunun qarşıya qoyduğu vəzifəni tam yerinə yetirdiyini etiraf etdi. Hələ də şokda olan bu qatil general son günlər sərsəmləməyə başlayıb.

“Sobesednik armeni”yə verdiyi müsahibədə “xüsusi dəstələrlə içərilərə sızmağa (yəni terror), uzaqmənzili raketlərlə Bakının neft qaynaqlarını vurmağa, nüvə silahı işlətməyə, ölkəmizdə etnik separatçı rejimlər yaratmağa” çağırışlar edir. Bu fakt Ermənistanın özünün terrorçu dövlət olduğunu təsiq edir.

Qarabağdakı separatçı rejimin başqa bir saxta qəhrəmanı, ictimai-xadim, qondarma quruluşun “deputatı”, general V.Balasanyan necə qorxubsa, ordumuzun əməliyyatını Üçüncü Dünya Müharibəsinə bənzədib.

Adları çəkilən bu “qəhrəmanlar” minlərlə günahsız, mülki şəxsin qətlini icra etmiş qatillərdir və onların Haaqa Tribunalına verilməsi zamanıdır.

Hərbi əməliyyatlardan sonra erməni siyatəçi A.Boqdasaryan Ermənistanı Moskvanın kuklası adlandırıraq deyib: “Azərbaycan Qarabağı və digər rayonları alacaq, Ermənistan isə yer üzündən tamamilə silinəcək”.

İdarəetmə üzrə ekspert sayılan A.Mesrobyan: “Ölü və yaralı siyahısında bizim elitadan olan kimsənin övladları varmı” deyə fikirlərini açıqlayıb (“Armenianreport”, 16.04.2016).


Klikya evinin katalikosu I Aran çoxsaylı erməni yığıncağındakı çıxışında bunları söyləyib: “Erməni xalqı yatma! Biz daim görünən və görünməyən düşmənlərin əhatəsində savaş vəziyyətindəyik. Bizim dostlarımız yoxdur”.
Katalikos daha sonra erməni ordusunu və təbliğat ilşini gücləndirməyə çağırıb. (Novosti.ru, 24 aprel 2016).

“Erməni kəşfiyyatının atası” sayılan David Şahnazaryan 1in.am-a verdiyi müshibədə bildirib ki, “Azərbaycan bizi üstələyir. Belə getsə, Bakı bizə baş əydirəcək”.

Ermənistan müdafiə naziri Seyran Ohanyan Rusiya xarici işlər naziri Sergey Lavrovun gedişinin həmən ardından “bir qarış torpağı da Azərbaycana qaytarmayacayıq”, deyə  bəyanat verib (“panarmenian.net”, 24.04.2016).

Aprel ayının 4-9-u arası Ermənistan-Gürcüstan gömrük-keçid məntəqəsində illər boyu görünməmiş sıxlıq yaşanmasını Gürcüstan mənbələri təsdiq edir. Orada yaşayan həmyerlilərimiz də ermənilərin Yerevandan qaçmaqda olduqları faktını təsdiqləyirlər. İrəvanda “bizə Qarabağ lazım deyil, o torpaqları sahibinə qaytarın” şüarlı mitinqlər keçirilir.

Ermənistan höküməti “200 saylı yüklərin”, yəni erməni cəsədlərinin Yerevana gətirilməsini 14 aprel tarixindən qadağan edib. Rusiyaya qarşı antipatiya artıq antirus nifrətinə çevrilib.

Erməni mətbuatı bu gün “Qarabağdan öncə rusları məğlub edərək qovduqlarını, daha sonra təhlükəsizlik zolağı yaratmaq üçün azərbaycanlıları qovduqlarını yazmaqdadırlar” (“Artsaxpress.am”).

Erməni cəmiyyəti hazırda “yerli-gəlmə”, “əsil-şurduvaz” kimi relikt formada parçalanaraq,  hakim “Qarabağ klanına” və Qarabağ əsilli ermənilərə nifrət bəsləməkdədir. Ölkənin bu vəziyyətə salınmasının baiskarları Sarkisyan, Koçaryan cütlüyü hesab olunur.

Sabiq prezident R.Koçaryanın evinə qumbara atılması (Lragir.am), S.Sarkisyanın “parlamentin güllənməsi” işinin təşkilatçısı olmasının yenidən gündəmə gətirilməsi dediklərimizlə bağlıdır. Erməni siyasi elitasının münasibətini yumşaltmaq üçün prezident Serj Sarkisyanın təcili olaraq sələfi Levon Ter-Petrosyanla görüşməsi dediklərimizi sübut edir. Bu gün R.Koçaryanın guya, S.Sarkisyana qarşı olması barədə dövrüyəyə buraxılan informasiyalar Qarabağ planın alternativ axtarışlarından qeyri bir şey deyil. Ən pis halda R.Koçaryan “siyasi meylini” diriltmək planını işə salıb.

Hazırda erməni KİV-lərinin məlumatlarına əsasən, deyə bilərik ki, Qarabağ məsələsində “Daşnaksütyun” tək qalıb. Ölkə əhalisi müharibəyə son qoyaraq, dünyaya inteqrasiya olunmaq tərəfdarıdır. Antirusiya oqatlı kütlə artıq ölkənin “Moskva marionetkası” olmasını istəmir.
Ölkə əhalinin böyük hissəsi miqrasiya edərək Qərb və Rusiya ərazilərində yaşamaqdadır. Artıq bu insanlar üçün “genosid” nağılları, “Böyük Ermənistan” xülyaları acı təbəssüm doğurmaqdadır.

Qeyri-rəsmi məlumatlara görə, Ermənistanda yaşayan əhalinin sayı yezidi kürdlərlə birgə 1 milyon 600 min nəfərə çatmır. Bu faktı rusiyalı siyasətçi Vladimir Jirinovski və Rusiya prezidenti Vladimir Putin də təsdiqləyib.

Şimali Qafqaz, Həştərxan, Moskva vilayəti və s. ərazilərdə məskunlaşmış ermənilərin geri qayıtmaq planları yoxdur. Keçmiş Ağdərə rayonunun Canyataq, Gülyataq, Qazanc, Çıldıran, Ortakənd və s. kəndləri elliklə Rusiyanın yuxarıda sadalanan ərazilərində məskunlaşıblar. Ağdərə ərazisində yaşayan qoca, əlaçsız əhali, əsasən Umudlu, Şahmansur (Vəngli), Həsən-Riz (otel) ətrafında yaşamaqdadırlar.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin döyüş gedən ərazilərdən 3 min nəfər sakinin qaçqın düşdüyünü söyləməsi dediklərimizi tam sübut edir. Çünki erməni tərəfi Ağdərə şəhəri daxil, Şərq ərazilərini tam boşalmasını əks etdirən sujetlər və informasiyalar paylaşıb. Məqsəd Azərbaycan tərəfi “təcazvüzdə” suçlamaq olsa da, bu fakt bölgədə mülki əhalinin qalmadığını sübut edir. Ərazilərdə saxlanan mülki sakinlər terrorçu və separatçı rejimin rəsmən girovlarıdır.

BMT nümayəndəsi Stepan Drujarrik Cenevrədəki qaçqın işləri üzrə komissarlıqda Qarabağda mülki əhalinin zorla saxlanması faktını təsdiqləyib.
Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər hümanitar təşkilatların məlumatlarına, Rusiyada məskunlaşan ermənilərin sözlərinə əsasən, Qarabağda 47800 nəfər erməninin yaşadığını söyləyə bilərik.
Bu faktı erməni şovinisti Zori Balayanın Xankəndi haqqında söylədiyi fikirlər də təsdiq edir: “Biz səhv etdik, bir zamanlar 65 min nəfərin yaşadığı Stepanakertdə (Xankəndi-X.Ə.) bu gün 16 min nəfər əhali qalıb”.

Əslində heç aşağıdakı rəqəmlər də reallığı əsk etdirmir.

Xankəndi – 17 min nəfər;
Ağdərə – 6500 nəfər;
Ağoğlan – 3500 nəfər;
Xocavənd – 8000 nəfər;
Əsgəran – 7200 nəfər;
Şuşa – 3500 nəfər;
Laçın – 1000 nəfər;
Kəlbəçər – 500 nəfər;
Zəngilan – 400 nəfər;
Cəbrayıl – 200 nəfər;
Cəmi – 47800 nəfərş

Ermənistan ordusuna məxsus hərbi birliklərin 2750 nəfər, muzdluların 656 nəfər olması barədə məlumatlar qeyd edilir.

Yuxarıda sadalanan fikir və faktlar Ermənistanın sosial, siyasi, iqtisadi və demoqrafik mənzərəsini yaradır. Əhalinin məşğulluğu aşağı səviyyədədir. İnsanlar təsadüfi qazanclara bel bağlayırlar. Onu da vurğulayım ki, yaşayan əhalinin siyahısına işğal altındakı ərazilərimizdə təbii sərvətlərimizi talan edərək, tükətmiş şirkətlərdən olan “Maneksənd Valeks”in Argentina və Brazilyadan gətirdiyi 146 nəfərlik işçi də daxil edilib.

Aldığımız məlumatlara görə, ermənilər bərk təşvişdədirlər. Bir sözlə, düşmənin işğal etdiyi ərazilərdə və öz ölkəsində sosial fəlakət yaşanır.
Erməni və rus saytlarının yazdığına  görə, Ermənistanda fahişəlik geniş yayılıb. Ermənilər xalqın “qədim peşə”sini leqallaşdırmaq təkliflərini parlementə belə, təqdim edib.
Gümrüdə xidmətdə olmuş bir rus əsgəri “pis qoxulu erməni qızlarının ən böyük və ideal arzusu rus əsgəri ilə evlənərək, bu ərazilərdən çıxıb getməsidir” deyib.
Türkiyə polisi erməni əxalqsız qadın şəbəkələrini dəfələrlə ölkədən deportasiya edib. (“Armenianreport.ru”, 24.04.2016).
Ölkəyə gəlişin az olması buraya ayaq açan iranlıların şanısını daha da artırır. Bir qarın yeməyə belə razılaşan gənc erməni qadınlarının ardınca gələn iranlıların sayı günbəgün artmaqdadır. “1in.am”ın (18.08.2014) verdiyi məlumata görə, erməni qızları bu iş müqabilində 10 min dram, bütün gecə üçün isə 30-40 min dram xidmət haqqı tələb edirlər.

Xaqani Ədəboğlu,
Qarabağ Müharibəsi əlili,
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin mətbuat xidmətinin rəhbəri
 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930