Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Brejnevin Bakı səfəri zamanı ermənicə olan şüarı kim yox etmişdi…

Əşrəf Həsənov,
Təqaüddə olan dövlət qulluqçusu

Qələmə aldığım hadisə 1970-ci ilin sentyabr ayında, Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyi münasibətilə SSRİ rəhbəri Leonid İliç Brejnevin 30 sentyabr tarixində Bakıya gəlməsi vaxtı baş vermişdi. (1970-ci ilin 22 aprel tarixində Leninin 100 illiyi SSRİ səviyyəsində qeyd olunduğundan, 28 aprel tədbirləri– sentyabr ayına keçirilmişdi.) Bizi – Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinin 3-cü və 4-cü kurs tələbələrinin bir hissəsini – cəmi 160 nəfər – indiki “Azadlıq” meydanında təntənəli tədbir vaxtı hər sırada 10 nəfər olmaqla SSRİ-nin və 15 müttəfiq respublikanın dövlət bayraqlarını nümayiş etdirmək üçün cəlb etmişdilər. Həmin gün bir neçə dəfə meydanda – dəniz vağzalından “Azərbaycan” mehmanxanasına kimi – sıra hərəkətlərini yerinə yetirdik, sonda isə sabahkı nümayişinin tam sınağı keçirildi.

Biz tələbələrə əvvəlcədən deyilmişdi ki, bayraqları Lenin adına APİ-nin indiki Zərifə xanım Əliyeva prospektində yerləşən korpusunun giriş qapısında təhvil verib, səhərisi gün qəbul etməliyik. Deyilən yerə yaxınlaşıb, mən də, hamı kimi, bayrağı institutun əməkdaşlarına təhvil verdim. Arxaya dönüb, tanış tələbələri vizual olaraq axtararkən, gözüm giriş qapısından bir qədər aralıda, təxminən, 2.5 metr yüksəklikdə, 0.6 metr x 5 metr uzunluğunda qırmızı parçada yazılmış şüarın korpusun pəncərələrinin metal barmaqlıqlarına bağlandığını gördüm – şüar …. erməni dilində idi.

Bu, Azərbaycanda dövlət dilinin qarantı olan Azərbaycan SSR Konstitusiyasının xuliqancasına pozulması demək idi. Erməni dilində bu şüarı Azərbaycan SSR-in 50 illiyi münasibətilə ölkəyə gəlmiş coxsaylı qonaqların qarşısında nümayış etdirən ermənilər, sanki, “sız azərbaycanlılar heç nəsiniz” –demək istəyirdilər. Məsələ ondadır ki, şüarın bağlandığı yer, adi yer deyildi. Həmin yerdən üzbəüz 100-120- metr aralı Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin binası, üzbəüz yolun əks tərəfində isə, “Dinamo” idman cəmiyyəti yerləşirdi. O vaxtkı şaiyələrə görə, “Dinamo”nun binasında L.İ. Brejnevin cangüdənləri – SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin zabitləri qərargah salmışdılar.
Başqa sözlə, ermənilər güman edirdilər ki, erməni dilində yazılmış şüar yaxşıca “qorunur” və qorxudan heç bir azərbaycanlı bu şüara yaxın gələ bilməz ! Mən qərara gəldim ki, bu şüar, orada nə yazıldığından asılı olmayaraq( mən erməni dilini bilmirəm), Azərbaycanın paytaxtı Bakıda erməni dilində yazıldığı üçün, ləğv edilməlidir. Bir neçə saat şəhərdə gəzdikdən sonra, saat 18 radələrində həmin yerə yaxınlaşdım və gördüm ki, şüar öz yerindədir.

Çox çətinliklə, 5-6 cəhddən sonra, binanın kürsüsünə çıxıb( kürsü çox ensiz, maili yuvarlaq olduğundan, orada dayanmaq mümkün deyildi), həm DTK-nın qarşısındakı mülkü geyimli şəxslərin, həm də “Dinamo”nun pəncərələrindəm baxanların nəzərləri altında şüarı qopartdım, qoltuğuma vurub, dəniz kənarına getdim. Şüarı dənizə atıb, suya batdığına əmin olduqdan sonra, dönüb evə getdim. ( Düzdür, dönəndə gördüm ki, məndən 10 metr aralı bir nəfər slavyan görünüşlü mülkü geyimli şəxs mənə çox qəzəbli baxır. Mən onun arxamca gəldiyindən xəbərsiz idim. Amma, təəccüb etmədim. Nə isə, bu başqa məsələnin mövzusudur). Mənə elə gəlir ki, indiki dövrdə bu tipli hadısələri milli örnək kimi təbliğ etmək məqsədəmüvafiq olardı.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930