Toner qeyd edib ki, Dağlıq Qarabağda qoşunların təmas xəttində gərginlik hələ də davam edir.
“Bizim ATƏT-in Minsk qrupunun həmsədri regiona səfər edib. Biz hər iki hökumət, münaqişənin hər iki tərəfi ilə təmasda olmuşuq. Biz Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xətti boyunca hər hansı zorakılığı ən qəti şəkildə pisləyirik və tezliklə sülh prosesi görmək istəyirik”, – Toner deyib.
Bundan 3 gün əvvəl isə ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentlərinə zəng vurub. Kerri İlham Əliyevlə telefon söhbəti zamanı Qarabağda yaranan gərginliyə görə natahatlığını ifadə edib.
“Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə olunub. Kerri Dağlıq Qarabağ münaqişəsində atəşkəsə riayət olunmasının və münaqişənin nizamlanması üçün danışıqlara başlamağın vacibliyini bildirib”, – dövlət departamentinin rəsmi nümayəndəsi Con Kirbi telefon zəngi ilə bağlı açıqlama verib.
Azərbaycan və Ermənistan arasında aprelin əvvəllərində 4 günlük müharibəbaş verdi. Ermənilər aprelin 1-dən 2-nə keçən gecə cəbhə xəttində təxribata cəhd ediblər.
Azərbaycan Ordusu sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri ermənilərdən tam azad edib.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi ermənilərdən tam təmizlənib. Strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Daha sonra atəşkəs barədə razılıq əldə olunsa da Ermənistan silahlı qüvvələri aprelin 25-i gecə saatlarından etibarən cəbhə xəttində təxribatlara əl atıb. Erməni silahlı bölmələri Azərbaycanın cəbhə bölgəsində yerləşən yaşayış mənəqələrini artilleriya atəşinə tutub. Nəticədə 1 dic sakin dünyasını dəyişib, 4 nəfər isə yaralanıb.