Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

ABŞ kəşfiyyatı: “Yaxın günlərdə Qarabağda…”

“Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən diplomatik görüşlər diqqət çəkir. Hələ 2-5 aprel döyüşlərindən sonra Rusiya baş naziri Dmitri Medvedev İrəvana və Bakıya səfər etdi. Xarici işlər naziri Sergey Lavrov dövlət katibi Con Kerri ilə telefon danışığı apardı. Aprelin 13-də Prezident İlham Əliyev İstanbula baş çəkdi”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” mərkəzi yazıb.

Mərkəz yazır ki, aprelin 5-də atəşin dayandırılmasından sonrakı həftələrdə də siyasi manevrlər zəifləmədi: “Serj Sarkisyan Dağlıq Qarabağa səfər etdi. Aprelin 21-də Lavrov İrəvana səfər edərək, Sarkisyan və xarici işlər naziri Eduard Nalbandyanla görüşdü. Lavrov İrəvanda hərbi hərəkətlərə görə Türkiyəyə qarşı da ittiham irəli sürdü. Maraqlıdır ki, bu səfərdən sonra aprelin 27-də Ərdoğan Bakıya səfər edərək İlham Əliyevlə şəxsi təmaslar qurdu”.

Mərkəz qeyd edir ki, səfərlərin zəncirvari davamı Qafqazın geosiyasi mürəkkəbliyinə fon verir.

“Aprel döyüşlərində Azərbaycan mövcud status-kvonu uğurla yoxlamağı bacardı. Amma rəsmi Bakı imkanlarının olmasına baxmayaraq, böyük müharibəyə girmədi. O, daha çox bununla regional oyunçuların diqqətini münaqişəyə cəlb edə bildi. Əslində bu, münaqişənin sülh yolu ilə həlli perspektivlərinin gündəmə gətirilməsi baxımından rəsmi Bakının daha geniş strateji maraqlarına uyğundur. Həqiqətən də, ən böyük xarici güclər Cənubi Qafqaza diqqət yetirir. Azərbaycan prezidentinin köməkçiləri münaqişənin həlli ilə bağlı Rusiyanın vasitəçiliyini dilə gətirdilər. Məlumatlara görə, Moskvanın planında müəyyən ərazilərin qaytarılması və Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi, daha sonra referendum haqda düşünmək var. İndiyə qədər Ermənistan və Azərbaycan 2007-ci ildə qəbul olunan Madrid priniplərindən danışır. Bu prinsip 2011-ci ildə yenilənmiş formada “Kazan düsturu” adını aldı. Amma tərəflər son anda razılaşa bilmədilər. Ermənistan indiyə qədər sona qədər danışıqları davam etdirməkdən boyun qaçırır. Son günlər davam edən prosesdə də eyni mənzərə müşahidə olundu. Sarkisyan aprelin 25-də dolayısı ilə sülhdən imtina etdiklərini bəyan etdi”, – deyə məqalədə bildirilir.

“Stratfor” yazır ki, əgər Ermənistan Moskvanın müəyyən əraziləri qaytarmaq tələbinə razılaşsa belə Qarabağda status-kvonun dəyişməsinə qarşı olacaq: “Bu, faktiki olaraq İrəvan hakimiyyətinə daxili təhlükə yaradır”.

Məqalədə o da qeyd olunur ki, Rusiyanın regionda status-kvonu dəyişmək istəyi də mübahisəlidir: “Moskvanın daha çox idarəolunan münaqişədə maraqlı olduğu görünür. Çünki bu ssenari Rusiyanın hər iki ölkəyə təsir imkanlarını gücləndirir. Qarşıdakı günlərdə Dağlıq Qarabağ münaqişəsi üzrə diplomatik fəaliyyətin səviyyəsi daha yüksək olacaq. Regional aktyorlar tərəfləri sülh danışıqlarına qayıtmağa məcbur etməyə cəhd göstərəcəklər. Lakin münaqişənin bütöv, yaxud müəyyən qədər həlli yaxın günlərdə görünmür. Nəticədə Dağlıq Qarabağda hərbi toqquşmalar intensiv olaraq müşahidə olunacaq”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930