Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rusiya və Ermənistanın taktiki oyunu

Ermənistan prezidenti Serj Sarkisyanın aprelin əvvəllərində cəbhədə baş verənlərlə bağlı “Bloomberg” agentliyinə verdiyi müsahibədə  bildirib ki, indiki məqamda danışıqların bir mənası yoxdur.

O deyib ki, indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır.

Ermənistan tərəfinin danışıqlar masasından imtina etmək kimi planı bölgədə müharibəni qaçılmaz edə bilərmi?

Politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynli Modern.az-a açıqlamasında məsələni şərh edib. O qeyd edib ki, bu məsələdə Ermənistan yenə də tək deyil.

“Rusiya və Ermənistan taktiki oyun oynayır”

“Dünənə qədər dovşan kimi qorxurdularsa, özlərini itirmişdilərsə,  bu gün ürəkli danışırlar. Səbəb odur ki, Rusiya silah göndərib və deyib ki, get, arxanda dayanmışıq. Nə lazımdırsa edəcəyik. Ondan ruhlanıblar. Rusiya əleyhinə də mitinqləri özləri təşkil etmişdi. Bir-biri ilə razılaşdırılmış, planlı şəkildə hərəkət edirlər.

Rusiya ilə Ermənistan taktiki oyun oynayır. Azərbaycanı hər hansı qısa formada irimiqyaslı müharibəyə cəlb etmək istəyirlər. Belə görünür ki, Rusiya prezidenti Vladimir  Putin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyindən qəzəblənib. Özünü buraların padşahı hesab edir.

Ermənistan sürətlə silahlandırılır. Bütün bunlar onu göstərir ki, Rusiya “sülhü necə istəyərəm, o cür də bərqərar edərəm” mövqeyindən çıxış edərək bölgədə vəziyyəti yenidən məchul bir ssenari istiqamətinə doğru aparır”.

Müharibə başlaya bilər

Politoloqun sözlərinə görə Ermənistanı qısa zaman ərzində məğlub edə bilərik.

“Atəşkəs rejiminin mütəmadi olaraq pozulması ilə Azərbaycanı ruhən sarsıtmaq istəyirlər. Rusiya istəsə burada irimiqyaslı müharibə də başlaya bilər. Onlar bizi qızışdırırlar ki, guya mayın 8-də Azərbaycan güclü hücuma keçəcək. Azərbaycan onsuz da tutduğu ərazilərdə möhkəmlənir.

Onların Azərbaycan cəmiyyətini qorxutmaq, cəmiyyətdə panika əhval-ruhiyyəsi yaratmaq istəkləri var. Əvvəla, güclü ordumuz var. Güclü ordu ilə orduda canlı qüvvə kasadlığı yaşayan Ermənistanı asanlıqla məğlub edə bilərik. İkincisi isə arxamızda güclü müttəfiqlərimiz var. Türkiyə, Pakistan, lazım gəlsə, müsəlman dünyasının digər ölkələri də yanımızda olacaq. Ermənistan və Rusiyanın birgə  planı odur ki, şərtləri əsasında Azərbaycanı sülh masası ətrafında əyləşdirməkdir”.

“Sarkisyanın başqa cür danışmaq imkanı yoxdur”

Sarkisyan müsahibəsində 4 günlük müharibədə Ermənistanın ərazi itirdiyini etiraf etsə də, həmin ərazilərin strateji əhəmiyyət daşımadığını deməsinə politoloq özünəməxsus tərzdə cavab verib.

“Sarkisyan deməyəcək ki, Azərbaycan tərəfinin tutduğu ərazilər çox böyük ərazilərdir.  Əgər Sərsəng su anbarının bir neçə kilometrliyindəyiksə istədiyimiz vaxt Madagizdəki generatorlarını vurub-dağıda  bilərik. Bunlar bizim əlimizdə 5 dəqiqəlik bir işdir. Sarkisyan belə danışacaq. Başqa cür danışmaq imkanı yoxdur”

Rusiya xaos yaratmaq istəyir

Rusiyanın müharibəni əngəlləyərək Azərbaycan və Ermənistan arasında balanslaşdırma həyata keçirmək fikirlərinə toxunan  Qabil Hüseynli deyib ki, bu da gözdən pərdə asmaq kimi bir şeydir.

“Razılaşdırılmış tərəflər bir-birini bu cür müdafiə edəcək. Rusiya hansı balansı yaradır?! Əgər Rusiya sülh istəyirsə niyə Ermənistana müasir silahlar göndərir?! Niyə MİG 29 təyyarələri göndərir?!. Əgər, bu, balanslaşdırmaqdırsa, Rusiya Ermənistana müasir və dağıdıcı silahlar göndərməsin.

Əksinə, Rusiya meydanı qızışdırmaq burada xaos yaratmaq istəyir. Bu, açıq görünür. Hətta, Rusiyanın hərəkətlərindən şikayət etmək lazımdır.

Vəziyyət gərgindir. Mütləq prosesə beynəlxalq təşkilatlar, birinci növbədə BMT-nin qoşulması tələb olunur. Azərbaycan diplomatiyası bu barədə iş aparmalıdır. ATƏT-ə sədrlik edən Almaniya bu işə təcili müdaxilə etməlidir”.

Ermənistana sanksiyalar tətbiq edilməlidir

Politoloq Fransa hökumətinin Ermənistana və Azərbaycana göndərdiyi müraciətə də münasibət bildirib.

“Müraciətlərlə  işi yoluna qoymaq olmaz. Ermənistan Azərbaycan torpaqlarında oturub at oynadır. Özü də deyir ki, “istəsəm danışıqlara getmərəm, hücum edib yeni torpaqlar da ala bilərəm”.

Məntiqlə hərəkət edən təcavüzkar dövləti cəzalandırmaq lazımdır.  Ona qarşı sanksiyalar tətbiq edilməlidir. Ciddi siyasi qınaq obyektinə çevrilməlidir. Azərbaycan öz torpaqlarını azad etmək istəyirdi.

Onu da qoymadılar. İndi erməni meydan oxuyur”.

Qeyd edək ki, Fransa hökuməti və prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırladıqları müraciəti Bakı və Yerevana göndərib.

Fransanın Avropa Məsələləri üzrə dövlət katibi Arlem Dezirin sonradan həmin sənədi Bakıya gətirəcəyi bildirilir.

Müraciətdə 2 əsas element var: nəzarət mexanizminin yaradılması və tərəflərin güc tətbiqindən vaz keçilməsi.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930