Rusiya hökuməti Ermənistan məktəblilərinin qidalanmasına 7 milyon dollar ayırdı
Rusiya hökumətinin başçısı Dmitri Medvedevin imzaladığı sərəncama əsasən, bu ölkə Ermənistan məktəblərində qidalanma sisteminin inkişafı üçün Ümumdünya Qida Proqramı Fonduna 2016-1017-ci illərdə 7 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulur.
Virtualaz.org Rusiya hökumətinin hüquqi informasiya portalına istinadən xəbər verir ki, bu vəsait RF federal büdcəsindən ödəniləcək.