Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

İlham Əliyev: Bakıda Qlobal Forumun keçirilməsi fəaliyyətimizin etirafının və mədəniyyətlərarası dialoq dəyərlərinin irəliləməsinin əlamətidir (ƏLAVƏ OLUNUB 8)

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi fəaliyyətimizin etirafının və mədəniyyətlərarası dialoq, multikulturalizm dəyərlərinin irəliləməsinin əlamətidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında deyib.

Prezident İlham Əliyev Forum iştirakçılarını salamlayıb, xüsusilə də Alyansın qurucu-atalarına təşəkkürünü bildirib.

Dövlət başçısı deyib: “BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu keçirmək bizim üçün böyük fəxrdir. Biz bunu fəaliyyətimizə və mədəniyyətlərarası dialoq, multikulturalizm dəyərlərinin irəliləməsinə etirafın əlaməti qismində nəzərdən keçiririk”.

İlham Əliyev qeyd edib: “Mən Alyansın qurucu-atalarına – Türkiyə və İspaniyaya, Prezident Ərdoğana, keşmiş Baş nazir Sapateroya 10 ildən artıq müddətdir olan bu, fövqəladə vacib təşəbbüsə görə öz təşəkkürümü bildirmək istərdim”.

Azərbaycan Prezidenti əlavə edib ki, beynəlxalq birlik tərəfindən dəstəklənən Alyansın yaradılması ideyası siyasətçilər – Prezident Ərdoğan və keçmiş Baş nazir Sapateronun müdrikliyinin göstəricisi olub: “Mən, həmçinin BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirə rəhbərliyinə, sülh, həmrəylik və dostluq dəyərlərinə verdiyi töhfə və irəliləyişə görə öz təşəkkürümü bildirmək istərdim”.

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan Sivilizasiyalar Alyansının vacib məsələlərini həll etmək üçün 140-dan artıq ölkə nümayəndəsinin Bakıda toplaşmasına görə fəxr edir: “Dini tolerantlıq, multikulturalizm həmişə burada olub. “Multikulturalizm” sözü yox idi, lakin ideyalar həmişə mövcud olub”.

Prezident əlavə edib ki, bunun nəticəsində Azərbaycan hazırda bütün dinlərin və etnik qrupların nümayəndələrinin ləyaqət hissi və dinc yaşadıqları çoxmillətli, çoxkonfessiyalı ölkədir: “Bu bizim ən böyük töhfələrimizdən biridir. Və biz müxtəlif mədəniyyətlərin nümunələrinin yaradılmasını əks etdirən tarixi abidələrimizlə fəxr edirik”.

İlham Əliyev xatırladıb ki, 743-cü ildə inşa edilmiş dünyada ən qədim məscidlərdən biri Azərbaycanın Şamaxı şəhərindədir.

Dövlət başçısının sözlərinə görə, Qafqazda ən qədim kilsələrdən biri, qədim Qafqaz Albaniyası dövlətinin kilsəsi də Azərbaycanda, digər qədim şəhərin yaxınlığında – Şəkidə yerləşir.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan hökuməti məscidlərin, pravoslav və katolik kilsələrin, sinaqoqların inşası və yenidən qurulmasına investisiya qoyur: “Bu bizim siyasətimizdir və bu bizim həyat tərzimizdir. Uzun əsrlər boyu Azərbaycan ölkədə siyasi və ya sosial vəziyyətdən asılı olmayaraq, bu sərvəti qoruyur”.

Prezident əlavə edib ki, Azərbaycan müstəqil ölkə kimi nisbətən gənc dövlətdir, onun cəmi 25 yaşı var, lakin ölkə özünün dərin tarixi və mədəni kökləri ilə qədimdir.

Dövlət başçısı bildirib: “Multikulturalizm bizim üçün dövlət siyasətidir. Biz bu vacib məsələnin nəzərdən keçirildiyi müxtəlif tədbirlər təşkil edirik. Azərbaycanda hər iki ildən bir Mədəniyyətlərarası Dialoq Forumu, həmçinin Bakı Beynəlxalq Humanitar Forumu mütəmadi olaraq keçirilir”.

Prezident İlham Əliyevin sözlərinə görə, əsas ideya müxtəlif din nümayəndələrini bir araya toplayaraq onlar arasında daha dərin anlaşma yaratmaqdır.

Dövlət başçısı, həmçinin Azərbaycanda Dini Liderlərin Ümumdünya Sammitinin keçirildiyini xatırladaraq, burada dinlərarası dialoqun mühüm məsələlərinin müzakirə olunduğunu qeyd edib: “Düşünürəm ki, bu gün bu, gündəlikdə duran ən vacib mövzulardan biridir”.

İlham Əliyev deyib: “Təəssüf ki, regionumuzda, Avropada, Yaxın Şərqdə, keçmiş Sovet İttifaqı məkanında bəzi çox həyəcanlı tendensiyalar görürük. Biz etnik və dini zəmində münaqişələr, toqquşmalar görürük”.

Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, bu, çox təhlükəli tendensiyadır: “Düşünürəm ki, Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda bu məsələlərə baxılacaq ki, bu da həmrəylik, sülh, qarşılıqlı anlayışa və tərəfdaşlığa xidmət edəcək”.

İlham Əliyev bildirib: “2008-ci ildə artıq beynəlxalq dialoq üçün geniş platformaya çevrilmiş Bakı prosesinə təşəbbüs göstərdik. Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa Şurasının üzvü olan azsaylı ölkələrdən biridir. Beləliklə, 2008-ci ildə Bakıda keçirilmiş Avropa Şurası mədəniyyət nazirlərinin görüşünə İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərini də dəvət etdik”.

Prezident bildirib ki, ilk dəfə bu iki təşkilatdan dünyanın 100-dən çox ölkəsinin mədəniyyət nazirləri Bakıya toplaşdılar: “Növbəti 2009-cu ildə biz Bakıda İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərinin görüşünü keçirdik və Avropa Şurasının mədəniyyət nazirlərini dəvət etdik”.

İlham Əliyev deyib: “Bu, Bakı prosesi adlandırıldı və biz çox fəxr edirik ki, hazırda bizim qədim şəhərimizin adı müsbət təşəbbüs ilə assosiasiya olunur”.

Azərbaycan Prezidenti əlavə edib ki, bu proses genişlənərək getdikcə daha çox tərəfdar qazanır: “O, həmrəylik, qarşılıqlı anlayış və mədəniyyətlərarası dialoq işinə öz töhfəsini verən qlobal təşəbbüsə çevrilir. Azərbaycanın coğrafi mövqeyi məlumdur və bizim təşəbbüslərimiz mədəniyyətlər, sivilizasiyalar arasında körpü qismində, qarşılıqlı anlayış işinə daha böyük töhfə verə bilən və verməli olan ölkə qismində ölkəmizin mövqelərinin möhkəmlənməsinə istiqamətlənib”.

Azərbaycan Prezidenti xatırladıb ki, ötən il Bakı İlk Avropa Oyunlarını keçirmək şərəfinə nail oldu, gələn il isə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcək.

Dövlət başçısı qeyd edib ki, bununla da, bu iki il ərzində eyni şəhərdə həm Avropa idmançıları, həm də İslam dünyasının idmançıları çıxış edəcək: “Bu, təkcə idman və medalların qazanılmasından ibarət deyil. Bu, dostluq, qarşılıqlı anlayış, həmrəylik, əməkdaşlıqdır”.

İlham Əliyev bildirib: “Bölüşdürülməli heç nə yoxdur. Biz hamımız bir planetdə yaşayırıq, bütün insanlar ləyaqət hissi ilə, dinc, təhlükəsiz yaşamaq, uşaq böyütmək, öz ailələrini qorumaq istəyirlər. Bütün dinlər eyni dəyərlər – humanizm, mərhəmət, həmrəylik, sülh – tərəfdarıdırlar. Dünyanın etməli olduğu səylərimizi birləşdirməkdir”.

Azərbaycan Prezidentinin sözlərinə görə, Forum, bu günkü görüş multikulturalizm ideyalarının beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə dəstəkləndiyinin aydın göstəricisidir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930