ABŞ mətbuatı Ermənistandan nüvə materialları qaçaqmalçılığı barədə
Nüvə materialları satmaq məqsədilə qonşu Ermənistana keçmiş ermənilərin həbsləri son iki ildə artıb.
Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ-ın “The Huffington Post” nəşri yazır.
Son cəhd iki həftə bundan əvvəl olunub. Məqalədə qeyd olunur ki, ABŞ-ın və digər ölkələrin nüvə silahının yayılmaması üzrə mütəxəssisləri keçmiş SSRİ ölkələrində qaçaqmalçılıq cəhdləri ilə bağlı məlumatlardan narahatlıqlarını bildirirlər.
Əksər ermənilərin həbsləri Gürcüstanda baş tutub ki, burada gizli agentlər özlərini radikal islamçı qruplaşmalardan olan alıcılar kimi qələmə veriblər.
Nəşr qeyd edir ki, ermənilər regionda nevə materialları qaçaqmalçılığında xüsusilə fəal olublar.
ABŞ bu qaçaqmalçılıq hallarının qarşısının alınması üçün bir neçə il bundan öncə Gürcüstana 50 milyon dollar vəsait ayırmışdı. Bu vəsaitin bir hiissəsi Gürcüstan sərhədində radioaktov şüalanmanı aşkarlayan detektorların quraşdırılmasına sərf olunub ki. Ermənistandan gəlmiş qaçaqmalçı Qarik Dadayan məhz bu üsulla ələ keçmişdi. O, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzanın yumşaqlığı və bir neçə ay məhbəsdə qaldıqdan sonra amnistiyaya düşməsi korrupsiya halının mövcudluğu fikri doğurur.
Təəccüblü deyil ki, Dadayan 2010-cu ildə daha bir cəhd edib və bir dəfə də həbs olunub – bu dəfə nüvə materiallarının iki digər şəxslə qaçaqmalçılığı faktına görə.