Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Yayda aprel döyüşləri təkrarlana bilər: Bu müharibəni dayandırmaq mümkünsüz olacaq

Cəbhə bölgəsində vəziyyət gərgin olaraq qalır. Böyük toqquşmalar olmasa da, atəşkəs pozulur, snayperlərin atəş səsləri azalmır. Ümumiyyətlə 2-6 aprel tarixlərində baş verən döyüşlərdən sonra atəşkəsə riayət olunacağını vurğulamaq problematikdir. Əgər yaxın iki ay ərzində danışıqlar başlamasa və bu danışıqlarda real nəticə olmasa yay aylarında müharibənin yenidən başlaması ehtimalı yüksəkdir.

Modern.az saytının verdiyi məlumata görə, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində bildirilib. Qeyd olunub ki, bu arada, Dağlıq Qarabağ münaqişəsi ilə bağlılığı olan 4 hadisəni göstərmək olar:

“Birinci hadisə. Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov ötən həftə ərzində bir neçə sensasiyalı açıqlama verdi. Sergey Markov birinci açıqlamasında dedi ki, Ermənistan yaxın müddətdə Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaldacaq. Markovun ikinci açıqlaması isə bundan ibarət idi ki, ilin sonuna qədər azərbaycanlı qaçqınlar həmin 5 rayona geri qayıdacaqlar.

Sergey Markov Kremlə yaxın siyasi ekspertlərdən sayılır. Ona görə də Azərbaycanın siyasi və ekspert dairələrində onun Qarabağla bağlı fikirləri pozitiv qarşılandı. Markovun Kremlin istəklərini söylədiyini vurğulamaq çətindir.

Məsələ burasındadır ki, Markovdan başqa Rusiyada heç bir rəsmi, diplomat və ya siyasi ekspert torpaqların boşaldılmasıyla bağlı bu qədər optimist deyil. Ancaq əgər Markov torpaqların boşaldılacağını deyirsə, onun bu açıqlamasının arxasında Rusiyada hansısa güclər dayana bilər. Həmin güclər Markov vasitəsilə həm Azərbaycan, həm də Ermənistan hakimiyyətlərinə və cəmiyyətlərinə mesaj göndərirlər. Mesajın mənası budur ki, Rusiya Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılmasını sürətləndirə bilər. Ancaq bunun əvəzində Kremlin Azərbaycandan nə istəcəyək – sualına Markov hələ ki, cavab vermir. Görünür, yaxın müddətdə Kreml Markov vasitəsilə bu istəyini də səsləndirəcək.

İkinci hadisə. Azərbaycanın siyasətçiləri və siyasi ekspertləri Laçın dəhlizinin beynəlxalq sülhməramlı qüvvələrin nəzarətinə verilməsinin əvəzində Azərbaycanla onun bir hissəsi olan Naxçıvanı birləşdirən Mehri dəhlizinin də açılması vacibliyini müzakirə edirlər. Ermənistan Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağla daimi əlaqənin olmasını tələb edir. Bu sülh danışıqlarının da əsas mövzularından biridir. Eyni zamanda rəsmi Bakının da sülh danışıqlarında Laçın dəhlizinin əvəzində Mehri dəhlizinin açılması tələbini irəli sürməsi hüququ var.

Üçüncü hadisə. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 19 aprel sessiyasında Dağlıq Qarabağla bağlı vəziyyət müzakirə olundu. Müzakirələr azərbaycanlı və erməni deputatların qarşılıqlı ittihamları ilə yadda qaldı. Bu müzakirələrin ciddi bir nəticəsi olmadı. Çünki, yekunda AŞPA rəhbərliyi yenə də vurğuladı ki, münaqişənin həlli ilə ATƏT məşğul olur. Buna baxmayaraq, AŞPA həm Azərbaycana, həm də Ermənistana müraciət edərək, hər iki tərəfi atəşkəsə riayət etməyə çağırdı. Bu çağırışın Azərbaycan üçün əhəmiyyəti yoxdur. Çünki, AŞPA Dağlıq Qarabağla bağlı qəbul etdiyi 2 qətnaməni Ermənistanın yerinə yetirilməsinə nail ola bilmir.

AŞPA Azərbaycan üçün sadəcə, mövqeyini çatdırmaq üçün bir siyasi meydandır.

Türkiyənin baş naziri Əhməd Davudoğlu AŞPA-dakı çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsindən də danışdı. Türkiyənin baş naziri ərazi bütövlüyünün təmin olunması məsələsində Ankaranın Azərbaycana dəstəyini bundan sonra da davam etdirəcəyini dedi. Əhməd Davudoğlu çıxışında bir cümlə ilə Naxçıvanı da xatırlatdı.

O, Ermənistan ordusunun Naxçıvana atəş açmasını təhlükəli adlandırdı. Davudoğlunu Naxçıvanı xatırlatmaqla həm Ermənistana, həm də beynəlxalq aləmə mesaj göndərdi. Mesajın mənası odur ki, Ermənistan Naxçıvana atəş alltında tutmağa davam edərsə Türkiyə 1921-ci il Qars müqaviləsidən çıxış edərək prosesə qarışmalı, Naxçıvanın müdafiəsi üçün ciddi tədbirlər görməli olacaq. Bəlkə də bunun nəticəsidir ki, Ermənistan ordusu son günlərə artıq Naxçıvan ərazisinə atəş açmır.

Dördüncü hadisə. Ermənistan prezidenti Serj Sarkisyan aprelin 19-da Dağlıq Qarabağın paytaxtı Xankəndinə gəldi. Ermənistan prezidentinin Xankəndinə gəlməsində iki məqsədi var idi. Onun birinci məqsədi Dağlıq Qarabağ əhalisinə dəstək vermək idi. Yəni Sarkisyan Xankəndində olmaqla sanki Dağlıq Qarabağın erməni əhalisinə demək istəyirdi ki, qorxmayın arxanızda Ermənistan və onun ordusu dayanıb. Əslində bu o deməkdir ki, Sərkisyan da anlayır ki, 2-6 aprel döyüşlərindən sonra Dağlıq Qarabağın erməni əhalisi qorxu içindədir. Qorxu üçün ciddi əsas var. Azərbaycan ordusunun sürətli yürüşü kifayət edəcək ki, Xankəndi azərbaycanlı hərbçilərin gözlə görünən məsafəsində olsun”.

Analizdə bildirilib ki, Sarkisyanın Xankəndinə səfərində ikinci məqsəd Azərbaycanı təxribata çəkmək idi.

“Yəni Sarkisyan ona ümid edirdi ki, o Xankəndində olduğu müddətdə cəbhədə vəziyyət gərginləşəcək və o bununla beynəlxalq aləmə deyəcəkdi ki, Azərbaycan ordusu onun Dağlıq Qarabağa səfərini pozmaq üçün atəşkəsi pozub. Ancaq Azərbaycan ordusu Sarkisyanın Xankəndində olduğu müddətdə atəşkəsi pozmadı və bununla Sarkisyan ikinci məqsədinə də nail olmadı. <p”>Serj Sarkisyan Xankəndində separatçıların rəhbərliyi ilə qapalı müşavirə keçirib helikopterlə Ermənistana qayıtdı. Onun Xankəndinə gəlişi nə bölgənin erməni əhalisini, nə də separatçıları ruhlandıracaq. Generallarla bir-iki görüş keçirib, xəritələrin qarşısında poz verməklə Sarkisyan heç bir problemi həll edə bilməyəcək. Bunu Ermənistan cəmiyyəti də anlamağa başlayıb. Ermənistanın ordu komandanlığı başqa təxribatlara əl atır. Artıq neçənci dəfədir ki, İrəvandan belə bir açıqlama verilir ki, Ermənistan ordusu Mingəçevir su elektrik stansiyasına raket zərbəsi endirə bilər. Mingəçevir su elektrik stansiyası Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Stansiyaya raket zərbəsinin vurulması həm bölgədə ekoloji fəlakət yaradacaq, həm də Azərbaycanın böyük hissəsini elektriksiz qoyacaq. Əgər Ermənistanın ordu komandanlığı Mingəçevirə raket zərbəsi endirərərsə, bu halda nə baş verəcək?”

Şərhə görə, birincisi, Azərbaycan ordusu da eyni ilə Ermənistandakı stansiyaları uzaq mənzilli raketlərlə vura, hətta Ermənistanın “Metsamor” atom elektrik stansiyası da hədəf götürülə bilər.

İkincisi, Mingəçevir su elektrik stansiyasına raket zərbəsindın sonra Azərbaycan ordusu Dağlıq Qarabağ iqtiqamətində hücuma başlayacaq və bu müharibəni dayandırmaq mümkün olmayacaq.

“Üçüncüsü, Azərbaycan müharibəni Ermənistan ərazisinə keçirəcək və bu halda Azərbaycan üçün Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlüyü əhəmiyyət kəsb etməyəcək”,-deyə əlavə olunub.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930