Qarabağdan Yerevana daha 36 yaralı əsgər aparıldı
Dağlıq Qarabağda yaralanmış erməni əsgərlərinin Ermənistana aparılması prosesi davam edir. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, son bir neçə gündə Yerevanın hərbi hospitallarına daha 36 yaralı əsgər gətirilib.
Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının və “Muratsan” hərbi hospitalından yayılan informasiyaya görə, yaralılardan 3 hərbi qulluqçunun vəziyyəti çox ağır, 2 əsgərin vəziyyəti isə ağır dəyərləndirilir.
Digər hərbi qulluqçuların həyatına real təhlükənin olmadığı bildirilir.