İrəvanda sərnişin avtobusunda partlayış baş verib
Ermənistanın paytaxtı İrəvan şəhərində axşam saatlarında sərnişin avtobusunda partlayış baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan FHN-nin mətbuat xidməti məlumat yayıb.
İnsident barədə məlumat 21.51-də (Bakı vaxtı ilə eynidir) daxil olub. Avtobusun Alabyan küçəsində partladığı bildirilir.
Hadisə yerinə Milli Böhran İdarəetmə Mərkəzinin əməliyyat qrupu, xüsusi təyinatlı xilasetmə və iki hərbi dəstə cəlb olunub.
İlkin məlumatlara görə, partlayış nəticəsində 2 nəfər həlak olub.