Erməni generaldan ŞOK AÇIQLAMA: “Arsenalımızda “İsgəndər” raketləri var”
Ermənistan mühəndis qoşunlarının rəisi, general-mayor İşxan Matevosyan uzun müddət gizli saxlanılsa da, “İsgəndər” raketlərinin ölkə ərazisində olduğunu etiraf edib.
Modern.az xəbər verir ki, bu barədə general Kentron telenalındakı “Güzgü qabağında” verilişində deyib. Erməni hərbi eksperti Qevorq Arakelyan isə xəbəri təsdiqləyərək bununla bağlı fikirlərini bölüşüb.
“Aprelin 17-də televioziyaya müsahibə verən Ermənistan ordusunun mühəndis qoşunlarının rəisi, general-mayor İşxan Matevosyan ilk dəfə rəsmi şəkildə etiraf etdi ki, Ermənistan ordusunun arsenalında “İsgəndər” raketləri var.
O həmçinin bunun düşmən (red-Azərbacyan) tərəfi üçün də sirr olmadığını deyib. Nəhayət ki, bunu deyə bildim”.