Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Sərkisyan Putinin təşəbbüsünü rədd edir, müharibəni seçir

Bu gecə cəbhədə baş verənlər,işğalçı qüvvələrin ordumuzun mövqelərinə tankların da dəstəyi ilə hücuma keçmək cəhdi Ermənistan prezidenti Serj Sərkisyanın Rusiya prezidenti Vladimir Putinin danışıqların tezliklə başlaması və nəticə əldə olunmasına dair başlatdığı təşəbbüsü rədd etdiyini göstərir.

Virtualaz.org xəbər verir ki, bu həmlə Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarənin İrəvanı tərk etməsindən cəmi bir gün sonra edilib. Hansı ki, Lavrov Ermənistan prezidentini işğal edilmiş 5 rayonun dərhal boşaldılmasını özündə əks etdirən plan üzrə danışıqlara başlamağı israrla çağırıb. Rusiya mənbələrinin xəbər verdiyi kimi gərgin keçən danışıqlarda Ermənistan rəhbərliyinə ciddi təzyiqlər edilib.

Bəs Sərkisyanın reaksiyası necə oldu? Ermənistan prezidentinin həm Lavrovun səfəri zamanı, həm ondan sonra səslənən bəyanatlarına əsasən onun danışıqlara başlamağa, konstruktiv davranmağa meyli olduğunu göstərən heç bir əlamət yoxdur. Sərkisyan deyir ki, guya o, əvvəllər münaqişənin kompromislər yolu ilə həllinə çalışıb. Ancaq aprelin əvvəllərində gedən döyüş əməliyyatlarından sonra vəziyyət dəyişib və hazırda onun dediyi kimi “tamam başqa situasiyadır”. Sərkisyana görə bu baş verənlər danışıqlar prosesini çox-çox geriyə, “bir kənara” atıb.

Başqa situasiya nə deməkdir? Sərkisyan onu demək istəyir ki, indi o, ümumiyyətlə danışıqlardan imtina edir, “bir qarış da olsun torpaq qaytarmamaq” prinsipinə keçir və Rusiya prezidentinin təcili danışıqlara başlayıb nəticə əldə etmək səylərinə dəstək vermir.

Ermənistanın onsuz da indiyə qədər danışıqlar aparmadığı, danışıqların imitasiyası və status-kvonu qoruyub saxlamaqla məşğul olduğu bəlli idi. İndi isə o, ümumiyyətlə danışıqlar masası arxasına keçməkdən imtina edir. Sərkisyanın bəyanatları və onun ordusunun təmas xəttində törətdikləri buna sübutdur.

Belə vəziyyətdə Azərbaycan nə etməlidir? Bir tərəfdən Sərkisyanın indiki aqressiv davranışları Azərbaycanın nə dərəcədə haqlı olduğunu təsdiq edir. Putinin danışıqları bərpa etmək səylərinə zərbə vuran məhz Sərkisyandır. Azərbaycan Rusiyanın təşəbbüsünə müsbət reaksiya verib, danışıqlara başlamağa hazır olduğunu bildirib və məhz Putinin müraciəti əsasında hərbi əməliyyatların dayandırılmasına razılaşıb. Eyni zamanda Azərbaycan rəhbərliyi bəyan edib ki, əgər Ermənistan hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanı pozsa, danışıqların imitasiyası ilə məşğul olsa və təcavüzkar mövqeyini dəyişdirməsə o zaman silahlı qüvvələrimiz işğal altındakı torpaqları güc yolu ilə geri almaq hüququnu özündə saxlayır.

Əgər düşmən təmas xəttində vəziyyəti gərginləşdirməkdə davam etsə şübhəsiz ki, Azərbaycan ordusu onu geri oturtmaq üçün yeni sarsıdıcı zərbələr vuracaq. Və bu zaman yaranmış vəziyyətə görə Sərkisyan və komandası məsuliyyət daşıyacaq. Belə görünür ki, Rusiya prezidenti də Qarabağda başlatdığı vasitəçilik təşəbbüsünə bu cür zərbə vurulmasından məmnun olmayacaq.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930