Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Şərəfsizliyin Zabil dibi: İrəvanda yaşayan XƏYANƏTKAR

Zabil Məhərrəmov“Azərbaycan talışları, ləzgiləri, bütün milli azlıqları istismar edir. Mən bütün talışlara müraciət edərək deyirəm: bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır”.

Bunu özünü “Talışıstan TV telekanalının xəbərlər xidmətinin rəhbəri” kimi təqdim edən Azərbaycan vətəndaşı Zabil Məhərrəmov deyir.
Zabil Məhərrəmov son vaxtlaradək Rusiyanın Sankt-Peterburq şəhərində yaşayırdı. İndisə o, İrəvandadır.
Ermənilərin yaratdıqları “Talışıstan TV” və “Talışıstan Radiosu”nda “xəbərlər xidmətinin rəhbəri” kimi çalışır, özü kimi 7 nəfərə başçılıq edir.

Əslən Masallı rayonunun Mahmudabad kəndindən olan Z.Məhərrəmov həm də şair olduğunu vurğulayır və sosial şəbəkələrdə şeirlərini “Zabil Mədoj” təxəllüsü ilə paylaşır.
Son günlərdə isə o, əyninə Ermənistan ordusunun hərbi formasını geyinərək kamera qarşısına keçir, ermənilərin şəninə təriflər söyləyir, Azərbaycan dövlətinə və millətinə təhqirlər yağdırır.

Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 1-də “dördgünlük müharibə” başlayanda isə Zabil Mədoj az qala sutkada 18 saat kamera qarşısında oldu, hərbi əməliyyatlarda ermənilərin itkilərini gizlətməyə çalışdı və ermənilərin az qala “Bakıya çatacaqlarını” vurğulayırdı.
Ermənistan ordusunun ağır itkilər verdiyini, mövqelərini itirdiyini və geri çəkildiyini İrəvanın özü etiraf edəndən sonra isə Z.Mədoj-Məhərrəmov çıxışlarının ritorikasını dərhal dəyişib, “azğın azərbaycanlılar” barədə sürəkli “reportaj”lar hazırlayaraq yaymağa başlayıb.
“Talışıstan TV” Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən iki il əvvəl, 2014-cü ilin sonlarında yaradılıb. Bu “qurum”un ideya təşəbbüskarı Azərbaycanda “Talış-Muğan Respublikası” qurmaq istəyən, sonra separatçılığa görə həbs olunan, indisə Hollandiyada yaşayaraq Azərabaycana nifrətini gizlətməyən, Ermənistanın xüsusi xidmət orqanları ilə çox sıx təmaslarda olan Əlikram Hümbətovdur.

“Talışıstan TV” yaranandan iki ay sonra bu “struktur”un “ideoloji təminat”ı Moskvada yaşayan və separatçılığı ilə tanınan Fəxrəddin Abbaszadəyə həvalə olunmuşdu.
“Fəxrodin Aboszoda”ya çevrilən və Azərbaycanı məhv etməyi arzuladığını dəfələrlə vurğulayan F.Abbaszadə ermənilərin ümidlərini doğrultmayıb, “Talışıstan TV”nin fəaliyyətini təmin edə bilməmişdi.
Belədə qurum İrəvandakı “Voskanapat” fondunun rəhbəri, Ermənistan MTX-nin sabiq rəhbəri Levon Məlik-Şahnazaryanın idarəsinə verilmişdi.
Zabil Məhəmmərovu da “aparıcı” vəzifəsinə məhz L.Məlik-Şahnazaryan seçib. “Talışıstan TV”-nin fəaliyyətinin ilkin dönəmlərində Sankt-Peterburqla İrəvan arasında məkiyə çevrilmiş Z.Məhərrəmov hazırda, əsasən, İrəvanda yaşayır.
Dediyinə görə, Sankt-Peterburqda “onun həyatı üçün real təhlükə var”. Yəni o, ermənilərin nəzərinə çatdırmaq istəyir ki, elə ermənilərə xidmət etdiyi üçün talışların nifrətini qazanıb.
“Talışıstan TV”də çalışmağa başlayandan sonra isə Z.Məhərrəmovun maddi durumu dəyişib. Ona mənzil ayrılıb, “güzəştli kredit”lə avtomobil bağışlanıb.
Bu hədiyyələrdən vəcdə gəlmiş Z.Məhərrəmov da Azərbaycanda guya “talış problemi”nin varlığı barədə sürəkli danışmağa başlayıb.
Onun, əsasən, YouTube-da yayımlanan proqramının qonaqları arasında Ə.Hümbətov və F.Abbaszadə xüsusi yer tuturlar.
Azərbaycanın tanınmış ziyalıları, siyasətçiləri, ictimai və mədəniyyət xadimlərini, qəhrəmanlarını ayıran, onları “talış xalqının oğulları, Azərbaycana qətiyyət aidiyyəti olmayan adamlar” kimi təqdim edən Z.Məhərrəmov hətta İmadəddin Nəsimi, Mirzə Ələkbər Sabirin də talış olduğunu vurğulayır, “Həzi Aslanovun qəhrəmanlığının Azərbaycanda layiqli dəyərləndirilmədiyini” söyləyir.

Daha sonra o, Azərbaycan ordusunda xidmət edən talışları silahı yerə qoymağa çağırır, “ən qətiyyətli və məntiqli”ləri isə Ermənistan ordusuna dəvət edir.
Z.Məhərrəmovun hər “veriliş”i YouTube-da yayılandan sonra onu ən sərt tənqid edənlər, xəyanətini pisləyənlər elə talışlardır və yaxşı ki, elə talışların özüdür.
Çünki Azərbaycandakı bütün xalqlar kimi, bu yurd, bu məkan talışların da Vətənidir və bu vətəndə yaşayır, vətən üçün çalışır, vətən üçün döyüşürlər.
Zabil Məhərrəmovun dediyinə görə, son dəfə 2014-cü ildə Bakıda olub. Olarkən fotolar da çəkdirib, sosial şəbəkələrdəki profillərində paylaşıb.
Di gəl, Vətənin nə olduğunu unudan, düşmənin qoltuğunu yurd torpağından üstün tutan bu məxluq – məhz məxluq, çünki insan üçün ləyaqət, namus, ar və şərəf anlamları, sadəcə, səs yığınından ibarət deyil – Qarabağ döyüşlərində vətən torpağını qanları ilə suvarmış talışlara xəyanətin rəşadət olduğunu anlatmağa çalışır.
Necə ki, quldur cəsarətdən, oğru qanundan, əxlaqsız insan isə irzdən və izzətdən danışmağı çox sevdiyi təki.
Zabil Məhərrəmovun şərəf anlamı o qədər tənəzzül edib ki, o, Dağlıq Qarabağı və Azərbaycanın 7 rayonunu işğal altında saxlayan – hələlik belədir – düşmənin hərbi formasını da böyük qürurla geyinir, Ermənistan hərbçilərinin olmayan “uğur”larına sevindiyini deyir, Azərbaycanın şəhidlərindən bəhs edəndə nifrətini gizlətmir, batinindəki şəri asanlıqla ortaya qoyur.
Zavallı, bihudə insan hələ də anlamır ki, Ermənistan üçün o, sadəcə, bir marionetka, ucuz fiqurdur ki, istifadə, daha doğrusu, istismar müddəti bitəndə bir kənara atılacaq.
Ən yaxşı halda belə olacaq, çünki Zabil Məhərrəmov özü də etiraf edir ki, bundan sonra Ermənistanı tərk etmək “onun üçün çox riskli olardı”.
Canlı ölü hansı riskdən bəhs edir – bir mübhəmdir, çünki fizioloji baxımdan yaşasa da, mənəvi baxımdan çoxdan ölmüş bu məxluqun kimə nə faydası ola bilər – bilinməz.

Vətən öz övladına minnətdarlıq etməz. Yurdun vətəndaşına verdiyi ən böyük qiymət həmin fərdin torpağında yaşamasıdır. Bir şərtlə ki, fərd də torpağının qədrini bilə, canından dəyərli bilə, çünki o torpaq həmin fərddən əvvəl yüzlərlə nəslə əbədi beşik olub, bundan sonra da o fərdin nəslinə məkan və yaşam yeri olacaq.
Vətən budur – səndən əvvəlkiləri unutmayıb səndən sonrakıların yaşamına təminat olmaq üçün onu özündən də üstün tutmalısan, azad səmanın varlığının mühafizi olmalısan.
Şərəfsizliyin dibində olanlar aşağıdan yuxarı baxanda isə sadəcə, səmanın bir hissəsini görərlər.
Onlara görmək üçün icazə verilmiş hissəni./Milli.az

1 Comment »

“Şərəfsizliyin Zabil dibi: İrəvanda yaşayan XƏYANƏTKAR” üçün bir cavab

  1. “Talışıstan TV telekanalının xəbərlər xidmətinin rəhbəri” kimi təqdim edən Azərbaycan vətəndaşı Zabil Məhərrəmov əslində özü də kormuş . Qarabağ döyüşlərində vətən torpağını qanları ilə suvarmış talışlara xəyanətin nə olduğuna cavab verə biləcəkmi? Azərbaycan xalqı daima milli talirantlığını dünyaya sübut edir. Talış və qeyri millətlər Azərbaycanın vətəndaşıdır. Bu qutsal torpaqlarda insan haqlarının pozulması qeyri mümkündür. Tarixlər boyu hər kəsə bərabər imkanlar yaradılmış, hər bir millət bu gözəl məkanın xoşbəxt vətəndaşıdır. Talış və bütün qeyi millətlərə müraciət edirəm, adını dilimə gətirmək istəmədiyim bu tiplər Sizlərin hər birinizə qarşı müharibə edir. Azərbaycana qarşı yox. Bunlara qarşı mübarizə aparmaq hər birimizin vətəndaşlıq borcudur. Bəyəm Torpaqlarımızın bütövlüyü uğurunda apardığımız çabalarda ayrı seçgilik varmı? Bu qutsal Azərbaycan torpaqları hər birimizin vətənidir. Canımızla, qanımızla üzərində gəzdiyimiz torpaqları qorumaq hər birimizin boynumuzun borcudur. İçərilərimizə heç bir satqının qatılmasına izin verməməliyik. Mərd, qorxmaz, cəsarətli Talış oğullarını bu tiplərə qarşı mübariz olmağa çağırıram. Ali baş komandanımızın, hörmətli prezidentimiz İlham Əliyevin əmri bütün Azərbaycan xalqına ünvanlanır. Hansısa bir millət ayrıca vurğulanmır. Yeri gəlsə qadınlarımız da silaha sarılacaq, torpaqlarımız mənfurlardan azad olacaq. Əziz talış və digər millətlərin nümayəndələri olan Azərbaycan vətəndaşları, qardaş, bacılarımız bu haxsızlığa qarşı mübariz olun. Kimsələrə inkan verməyək ki, aramıza nifaq salsınlar. Ermənistan mono dövlətdir. Bu tip satqınların cılızlığından asanlıqla istifadə etməyi bacarırlar. İmkan verməyək Azərbaycan torpaqlarında ikinci bir Erməni dövləti yaradılsın. Heç birimizin qanı dövlətimizin azadlığı uğurunda – yerdə qalmayacaq. Birləşək ki, torpaqlarımızı birləşdirə bilək.Zabil Məhərrəmovun şərəf anlamı o qədər tənəzzül edib ki, bu qədər cılızlaşıb, Talış millətinin adından çıxışlar edir. Talış milləti ona heç bir haqq vermir ki, bu millətin adından oyunlar girərək, özünün varlanmağı üçün millətin taleyi ilə oynasın. BƏDBƏXT. “Talışıstan TV”də çalışan Z.Məhərrəmovun iyrənc oyunlarına qarşı PROTESTO — hər kəsi birliyə çağırıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930