Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rusiyanın ilk sülh planı:Yeltsin Xankəndinə niyə gəlmişdi? – TARİX

Xaqani SƏFƏROĞLU

Aprel ayında cəbhədə baş vermiş son irimiqyaslı hərbi əməliyyatlar postsovet məkanında çoxdandır “mürgüləyən” bir münaqişəni beynəlxalq gündəmin aktual mövzusuna çevirib. Hazırda beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı “sülh reseptləri” ictimai rəydə ən çox müzakirə edilən məsələdir. Xüsusən də bu məsələdə Rusiyanın hədsiz aktivliyi diqqəti daha çox çəkir. Aydın görünür ki, Moskva son “aprel müharibəsi”ndən sonra daha fəal şəkildə problemin həllinə qoşulub.

İki il əvvəl canlı efirdə azərbaycanlı jurnalistin Qarabağ haqqında sualına cavab verməkdən imtina edərək bezmiş bir əda ilə sualı yarımçıq saxlayan Putin indi – ötən həftə bu münaqişə ilə şəxsən məşğul olacağını bəyan edir.

Dünyadakı son geopolitik situasiya çərçivəsindən baxdıqda, Moskvanın Cənubi Qafqazın “ən köhnə” probleminə belə diqqəti anlaşılandır: nufuz dairələrinə güc göstərmək və bölgədə “külli-ixtiyar” sahibi olmasına mesaj vermək. Qarabağ bu məsələdə Rusiyanın işinə çox gözəl yarayır.

Axı bu qanlı münaqişə 26 il əvvəl SSRİ-də başlanmışdı. İndi özünü SSRİ-in  varisi hesab edən Moskva üçün Qarabağ məsələsi təkcə siyasi nostalji deyil, həm də postsovet məkanında münaqişələri idarə etmək niyyətinin açıq təzahürüdür.

Bu gün Moskva ATƏT-in Minsk Qrupunun həmsədri kimi, 2 dövlətlə – ABŞ və Fransa ilə birgə münaqişənin həll etməyə çalışır. Lakin yaxın keçmişimizdə Rusiyanın bu problemlə bağlı yeganə hakim olduğunu göstərən proses də unudulmayıb.

yeltsin nazarbayev 1991

Foto: Sentyabr. 1991-ci il. Dağlıq Qarabağ əhalisi Yeltsinin çıxışını dinəyir

Strateq.az Moskvanın təkbaşına aparmaq istədiyi bu sülh missiyası barədə tarixi oxuculara təqdim edir. Çünki bu il həmin əhvalatın həm də 25 yaşı tamam olur.

…1991-ci ilin iyununda Rusiya Sovet Federativ Sosialist Respublikası  (RSFSR) prezidenti seçilən Boris Yeltsin Qarabağ münaqişəsini həll etmək üçün səy göstərib. SSRİ prezidenti Mixail Qorbaçovla açıq konfliktdə olan Yeltsinin vasitəçi rolunda çıxış etmək istəməsi problemi həll etməklə SSRİ prezidentinin aciz qaldığı bir məsələdə öz nufuz üstünlüyünü göstərmək cəhdi idi.

Özünün bu missiyasının mühümlüyünü nümayiş etdirmək üçün Yeltsin Dağlıq Qarabağ Muxtar Vilayətinə səfər etməyə qərar verir.  

Boris Yeltsinin və Nazarbayevin Azərbaycana səfəri o qədər də isti qarşılanmır. 1991-ci ilin qızmar payızı Bakıda siyasi hərarəti də yüksəltmişdi. QKÇP-nin suqutundan sonra mövqeləri xeyli zəifləmiş prezident Ayaz Mütəllibov Azərbaycan Xalq Cəbhəsinin (AXC) rəhbərlik etdiyi böyük bir xalq hərəkatı ilə üz-üzə qalmışdı. SSRİ əleyhinə kəskin mövqeyi ilə seçilən AXC-nin reaksiyasını nəzərə alan Ayaz Mütəlibov Yeltsinlə görüşündə maksimum ehtiyatı olmağa çalışır.

Yeltsinin səfəri ərəfəsində isə SİTA çox maraqlı bir xəbər yayır. Məlum olur ki, SSRİ prezidenti Mixail Qorbaçovun Dağlıq Qarabağla bağlı fərmanı hazırlanır. Bakı buna şübhə ilə yanaşır. Yeltsinin səfərindən əvvəl onun milli məsələlər üzrə müşaviri, ermənipərəstliyi ilə tanınan Qalina Stravoytovanın əvvəlcədən  DQMV-ə gedərək yerli əhalini görüşə hazırlaması rəsmi Bakıda ciddi etiraz doğurur.

Sentyabrın 21-də Boris Yeltsin və Nursultan Nazarbayev Azərbaycana gəlir. Bakıda B.Yeltsin və N. Nazarbayev prezident Ayaz Mütəllibovla görüşür və son proseslər ciddi müzakirə edilir. DQMV-ə birgə getmək qərara alınır. Yeltsin və Nazarbayev daha sonra AXC-nin liderləri ilə görüşərək Dağlıq Qarabağla bağlı müzakirə aparırlar. Hər iki prezident görüşdə sərhədlərin dəyişdirlməməsi prinsipinə sadiq olduqlarını və Azərbaycanın daxili işlərinə qarşımayacaqlarını bəyan edirlər.

AXC nümayəndələri bildirirlər ki, Ermənistanla danışıqlara başlamaq olar. Bunun üçün Ermənistan DQMV-i özünə birləşdirmək barədə qərarını ləğv etməli, Ter-Petrosyan Ermənistandan Qarabağa gəlmiş hərbi dəstələri çıxarmalıdır.

yeltsin nazarbaev stepanakert

Foto:  Boris Yeltsinin və Nursultan Nazarbayevin Xankəndidə qarşılanma mərasimi

Bundan sonra Rusiya və Qazaxstan və Azərbaycan prezidentləri Bakıdan avtomobillərlə çıxaraq Gəncəyə üz tuturlar. 22 sentyabrda, səhər Boris Yeltsin, Nursultan Nazarbayev və Ayaz Mütəllibov Xankəndinə gəlirlər. Bu zaman şəhər meydanında ermənilərin 40 minlik mitinqi təşkil olunur. Mitinqdə qısa çıxış edən Rusiya prezidenti Dağlıq Qarabağın Vilayət Sovetinin binasında separatçı erməni hərəkatının nümayəndələri ilə görüşür. Azərbaycan prezidenti Ayaz Mütəllibov bu görüşdə iştirak etməkdən imtina edir.

yeltsin xankendi 03

Foto: Yeltsin Dağlıq Qarabağ Vilayət Sovetində partiya və təsərrüfat fəalları qarşısında çıxış edir

Daha sonra Xankəndində partiya-təsərrüfat fəalları ilə görüşən RSFSR prezidenti Yeltsin bəyan edir ki, DQMV-də vəziyyəti gərginləşdirən materialların KİV-də və Mərkəzi Televiziyada işıqlandırılmaması barədə qərar verilib.

stepankert mitinq yeltsin

Əhali ilə görüşdən sonra Yeltsin Yerevana gedir. Bundan sonra Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağla bağlı danışıqar prosesinə start verilir. 24 sentyabr 1991-ci ildə Şimali Qafqazın Jeleznovdsk şəhərində Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan prezidenti Ayaz Mütəllibovla Ermənistan Ali Sovetinin sədri Levon Ter-Petrosyan arasında görüş keçirilir. Sentyabrın 24-də Jeleznovdskda birgə memorandum imzalanır. Sənədi BorisYeltsin, Nursultan Nazarbayev, Ter-Petrosyan və Ayaz Mütəllibov imzalayır. Danışıqlarda separatçı hərəkatın lideri Robert Koçaryan, Dağlıq Qarabağ Vilayət Sovetinin sədri Leonard Petrosyan və Şuşa şəhər İcraiyyə Komitəsinin sədri Vaiqf Cəfərov müşahidəçi qismində iştirak edirlər.

Jeleznovodsk memorandumu başlanacaq müharibəni dayandırmaq üçün aşağıdakı addımları nəzərdə tuturdu:

1. Dağlıq Qarabağla bağlı bütün antikonstitusion aktların qüvvədən düşdüyünü tanımaq (Söhbət DQMV-in 20 fevral 1988-ci ildə sovet Azərbaycanının tərkibindən çıxmaq haqqında vilayət sovetinin qərarından və Azərbaycanın 28 noyabr 1989-cu ildə DQMV-in inzibati ərazi vahidi kimi ləğv olunması barədə qəbul etdiyi qərardan gedir);

2. Atəşi dayandırmaq;

3. SSRİ daxili qoşunları istisna olmaqla, münaqişə bölgəsindən bütün silahlı qruplaşmaları çıxarmaq;

10 bənddən ibarət olan memurandum 1 yanvar 1992-ci ildən qüvvəyə minməli idi.

Bir aydan sonra – oktyabrın 18-də Azərbaycan özünün dövlət müstəqilliyini bəyan edərək SSRİ-dəki mövcudluğuna son qoydu. Dekabr ayında isə Sovet İttifaqı suqut etdi. Artıq hamı yeni mərhələnin – “postovet era”sının başlandığını anlayırdı. Qarabağ münaqişəsi alovlanaraq iki dövlət arasında qanlı savaşa çevrildi.

1991-ci ilin sentyabrında Rusiya prezidenti Boris Yeltsinin və Qazaxstanlı həmkarı Nursultan Nazarbayevin Dağlıq Qarabağa gəlməsi Moskvanın problemin siyasi həlli üçün bir mesajı idi. SSRİ-nin mövcudluğunun son aylarında həyata keçirilən sülh missiyası prezident Yeltsinin rəhbrlik edəcəyi müstəqil Rusiya üçün sonralar prioritet olsa da, Qazaxstan prezidenti Nursultan Nazarbayev əlini yelləyib birdəfəlik bu münaqişədən uzaq durmağa üstünlük verdi.

Beləliklə, tarixə “Jeleznovdsk görüşü” kimi düşmüş bu görüş Rusiyanın Qarabağ münaqişəsinin təkbaşına həll etməsi üçün ilk və sonuncu cəhdi sayılır…(strateq.az)

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930