Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Qada, bu səhnə 10-15 dəfə çəkiləcək, hər dəfə də bu it Səyavuşu qapsa, onda can qalmaz…”

Səyavuş Şəfiyev 1 sentyabr 1937-ci ildə Qaryagin (Füzuli) rayonuda anadan olmuşdur. Hələ məktəb illərindən idmanda uğurlar əldə edən Siyavuş boks üzrə müxtəlif yarışların qalibi olub. Sənət taleyini Moskva müəyyən edir. Moskvaya gəzməyə gələn S.Şəfiyev gözlənilmədən sənədlərini Ümumittifaq Sirk Məktəbinə verir. Akrobatika üzrə dərəcə alan S.Şəfiyev məktəbi qurtardıqdan sonra “Soyuzsirk”ə göndərilir. Burada Moskva sirkində tanınmış artistlərlə işləyən Siyavuş tezliklə öz işinin peşəkarına çevrilir. Onu Rusiyanın sirk artistləri arasında qəbul etməyə başlayırlar.
1972-ci ildə S.Şəfiyev Bakıya, şəhərdə yenicə açılmış sirkə bədii rəhbər göndərilir. Bakıda quruluş verdiyi sirk proqramları o zaman üçün böyük populayrlıq qazanır. Burda bir neçə il işlədikdən sonra S.Şəfiyev yenidən Moskvaya çağrılır və məşhur “Səhnədə sirk” Birliyinin quruluşçu rejissor təyin edilir.
Sirk rejissoru kimi də özünü sınayan Səyavuş kino rejissorlarının diqqətini cəlb edib. O, ilk dəfə olaraq, “Əhməd haradadır?” filminə çəkilib. S.Şəfiyev “Əhməd hardadır?” filmi ilə aktyor kimi tanınır.
Film ekranlara çıxandan sonra rejissor Adil İsgəndərov sovet senzurasının ciddi tənqidlərinə məruz qalır. “Burjua-meşşan elementləri ilə zəngin” film kimi xarakterizə edilən bu filmin tənqidindən xəbər tutan Səyavuş “nahaq çəkildim” deyib. Ancaq illər ötdükdən sonra film tamaşaçı tərəfindən qəbul edilir və Azərbaycanın kult-filminə çevrilir. S.Şəfiyev deyirmiş ki,
“Taleyimdən razıyam. Nə yaxşı ki, Adil müəllim məni bu rola çəkdi”.
Filmlə bağlı müsahibələrində Səyavuş Səfiyev tez-tez bu hadisəni xatırlayırmış: “Əhmədin evdən qaçma səhnəsi çəkilir. Mən də pəncərədən qonşu həyətə tullanmalı, sonra da hasardan aşıb aradan çıxmalıyam. Bu zaman qonşu həyətdən üstümə it cummalıdı. Elə birinci dublda it məni qapdı. Bərk qorxmuşdum. Adil müəllim “Qada, bu səhnə 10-15 dəfə çəkiləcək, hər dəfə də bu it Səyavuşu qapsa, onda can qalmaz…” deyib iti zəncirə saldı. Filmə diqqətlə baxanda itin zəncirləndiyi görünür”.
Bundan sonra S.Şəfiyev Rüstəm İbrahimbəyovun ssenarisi üzrə çəkilən “Uşaqlığın son gecəsi” filmində prorab Rüstəm obrazını yaradır. Film Gürcüstanda keçirilən festivalda mükafat alır.
Daha sonra S.Şəfiyev “Ən vacib müsahibə” filmində jurnalist Altay obrazını yaradıb.
Siyavuş Şəfiyev SSRİ Kinomateqorafçılar İttifaqının üzvü, Azərbaycanın əməkdar incəsənt xadimi adını alıb. 1990-cı ildə Fransada qastrol zamanı keçirdiyi infaktdan sonra Şəfiyev sənəti tərk edir. Bir daha səhnəyə və incəsənətə qayıtmır.
2001-ci il 24 noyabrında Moskvada dünyasını dəyişib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930