Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Moskva İrəvana təzyiq edir ki… – Rus nəşri

Rusiyanın münaqişənin nizamlamasında Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması ilə Dağlıq Qarabağın statusu məsələləri ayrıca nəzərdə tutulur. 

Musavat.com-un məlumatına görə, bu barədə “Qazeta.ru” nəşri Rusiya Xarici İşlər naziri Sergey Lavrovun son İrəvan səfərinin nəticələrini şərh edərkən yazıb.

Nəşr “yeni plan”ın mahiyyətini Rusiya hakimiyyətinə yaxın mənbələr vasitəsilə öyrənməyə çalışıb. Mənbələrin informasiyasına görə, Dağlıq Qarabağ probleminin qısa perspektivdə həlli ilin sonunadək işğal altındakı 7 rayondan 5-nin Azərbaycana qaytarılması üçün rəsmi İrəvana təzyiqləri nəzərdə tutur:

“Yerdə qalan iki rayon (Laçın və Kəlbəcər – red.) isə daha sonra qaytarıla bilər. Qeyd edək ki, həmin iki rayon da Dağlıq Qarabağa bitişikdir. Bunun qarşılığında Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin blokadası götürülməlidir” – nəşr qeyd edib.

“Dağlıq Qarabağın kimə məxsusluğu tezliklə müəyyən edilməyəcək və bu artıq gələcək nəsillərin işidir” – Rusiya elitasındakı yüksək çinli mənbələrdən biri nəşrə bildirib. Ancaq Ermənistan rəhbərliyinə yaxın həmsöhbət “Qazeta.ru”ya deyib ki, bu plan İrəvanda müqavimət doğurub. “Ermənilər ehtiyat edir ki, Azərbaycan tərəfi bir neçə rayonu alandan sonra daha irəli gedəcək. Ona görə də Ermənistan ərazilərin azad edilməsini Dağlıq Qarabağın statusu ilə bağlamaqda təkid edir”.

“Rayonların bir hissəsini qaytarıb, oradan erməni qüvvələrini çıxarıb, Qarabağın statusu məsələsini sonraya saxlamaq mümkün deyil. Axı, o halda zərbə altında Stepanakert (Xankəndi – red.) qalacaq. Dördgünlük aprel müharibəsi göstərdi ki, Bakı təhlükəsizlik zəmanəti verə bilməz. Neft dolları axınının güclənməsi və Türkiyə ilə müttəfiqlikdə Azərbaycan bu müharibədə daha da irəli gedə bilər”, – Ermənistan rəhbərliyinə yaxın qaynaq bildirib.

Nəşrin yazdığına görə, başqa bir erməni qaynağı etiraf edir ki, Moskva Serj Sərkisyana güclü təzyiq eləsə, sonuncu mürəkkəb daxili siyasi və iqtisadi vəziyyət üzündən dalana düşə və yekun etibarilə iqtisadi qazancların qarşılığında rayonların qaytarılmasına gedə bilər. “Məsələ ondadır ki, o halda Sərkisyan siyasi karyerasını dəfn eləmiş olacaq. O, bunu xalqa necə izah edəcək”, – mənbə ardınca ritorik sual edib.

“Situasiyanı qəlizləşdirən həm də odur ki, prezident Sərkisyanın özü Qarabağ klanının nümayəndəsidir” – nəşr sonda vurğulayır.

Qeyd edək ki, az öncə rusiyalı tanınmış politoloq, Prezident Vladimir Putinin səlahiyyətli şəxslərindən sayılan Sergey Markov “Kazan formulu” əsasında ilin sonunadək 5 rayonun qaytarılacağını, azərbaycanlı köçkünlərin elə bu il öz yurd yerlərinə qayıdacağını söyləmişdi.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930