“Sarkisyan hakimiyyəti istefa verməlidir”–ERMƏNİ DEPUTAT
“Son Dağlıq Qarabağ olaylarında Rusiyanın susqun mövqeyini hamımız gördük. Buna baxmayaraq, bizim hakimiyyət yenə də Kremldən gələn tapşırıqlara müntəzirdir. Ölkənin taleyi milli siyasətçilərin əlində cəmləşməlidir”.
Hafta.az-ın aravot.am-a istinadən verdiyi xəbərə görə, bunu Ermənistan parlamentinin üzvü, bitərəf deputat Arakel Movsisyan deyib. Movsisyan bildirib ki, Serj Sarkisyan ölkədə bir sıra islahatlara getməlidir:
“Bələdiyyə seçkilərində müşahidəçi kimi iştirak etmişəm. Müşahidə apardığım 7 məntəqənin üçündə ciddi qanun pozuntuları oldu. Amma hakimiyyət seçkinin şəffaf keçirildiyini bildirdi. Bunun qarşısı alınmalıdır. Konstitusiya islahatları yenidən keçirilməlidir. Əhalinin pensiyaları indiki şəraitdə ən azı 25 faiz qaldırılmalıdır. Hakimiyyət bunları etməyi bacarmırsa, istefa verməlidir”.