Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Qara dənizdən Xəzərə qədər…”–Yeni Qarabağ müharibəsi üçün ŞOK PROQNOZLAR

“1994-cü ildən sonra atəşin dayandırılması haqqında müqavilənin ən ciddi pozuntusu aprelin əvvəlində qeydə alındı. Amma yeni dağıdıcı müharibə başlanmadı. Bununla belə, yeni dağıdıcı müharibə tamamilə realdır və bütün region alışa bilər”.

Publika.az  xəbər verir ki, bunu ABŞ-ın “The National İnterest” nəşrində aprelin 2-dən 5-nə kimi Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən qarşıdurmanı şərh edən amerikalı jurnalist və analitik Karl Rader yazıb.

Bakı, Tiflis və ABŞ-da beynəlxalq münasibətlərdən dərs deyən, 2004-cü ildən postsovet məkanındakı münaqişələri işıqlandıran analitik regionda “nə sülh, nə də müharibə” vəziyyətinin yarandığını qeyd edib.

“Bu baxımdan yeni müharibənin qarşısını almaq üsulunun tapılması son dərəcə əhəmiyyətlidir. Yeni müharibəyə Rusiya, Türkiyə və İran asanlıqla cəlb edilə bilər. Qara dənizdən Xəzər dənizinə qədər xaos və dəhşət qövsü yaranacaq, müharibə Sovet İttifaqının dağılmasından sonra Avrasiyada ən böyük münaqişəyə çevriləcək. Bu yalnız insanların həlak olmasına gətirib çıxarmayacaq. Avropa Azərbaycan neftindən məhrum olacaq. Halbuki, onun çatdırılması siyasi planda da əhəmiyyətlidir. Bundan başqa, Avropaya Azərbaycan qazının çatdırılması təhlükə altında olacaq”, – Karl Rader bildirib.

Analitik qeyd edir ki, münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu aşağıdakı alətlərdən istifadə etməlidir:

– 2007-ci ildə ATƏT-in Minsk qrupu tərəfindən irəli sürülmüş “Madrid prinsipləri”nin reallaşdırılması uyğunlaşdırılmalıdır. Bura Dağlıq Qarabağın ətrafındakı işğal edilmiş yeddi rayondan erməni güclərinin çıxarılması, həmçinin Dağlıq Qarabağın statusu haqqında referendumun hansısa bir vaxtda keçirilməsi aiddir.

– Təmas xəttində silahsızlaşdırılmış zonanın ölçülərinin əhəmiyyətli dərəcədə genişləndirilməsi. Bu proses çərçivəsində hər iki tərəf artilleriya, tanklar və aviasiya vasitələri  də daxil olmaqla ağır silahlarını geri çəkməlidir.

– ATƏT-in müşahidəçilərinin sayı ən azı 100 nəfər olmalıdır. Müşahidəçilər silahsızlaşdırılmış zona üzrə hərəkət etməli, qoşunların hərəkətlərini izləməli və atəşkəs rejiminin pozulması hadisələrini araşdırmalıdır.

– Atəşi pozan tərəflər üçün sərt cəzalar, o cümlədən iqtisadi və başqa sanksiyalar tətbiq edilməlidir.

Amerikalı analitikin sonuncu təklifi isə hiddət doğurmaya bilməz. Onun fikrincə, separatçı Dağlıq Qarabağ rejiminin gələcəkdə sülh danışıqlarına qoşulması haqqında məsələ müzakirə edilə bilər. Amma müəllif xatırladır ki, Ermənistan da daxil olmaqla “Dağlıq Qarabağ Respublikası”nı heç kəs tanımayıb: “O kiçik monoetnik qarnizon dövlətinə çevrilib və olduqca arzuolunmaz vəziyyətdədir. Çünki məhv olmaq təhlükəsi qarşısındadır”.

Karl Rader bildirir ki, danışıqlarda əsas əngəl daşı Dağlıq Qarabağın statusu ilə bağlı referendumdur: “Qarabağ Azərbaycan tərkibinə qayıdacaq, müstəqil olacaq və yaxud hansısa başqa bir varianta üstünlük veriləcək? Bu məsələ illərdir ki, prosesdə əngəl daşı olaraq qalır. Referendumda kim iştirak edəcək: bütün Azərbaycan və ya yalnız Qarabağ sakinləri? Azərbaycanlılar birinci variantda təkid edirlər, amma 2006-cı ildə Minsk qrupu bildirib ki, referendum yalnız Qarabağda keçirilməlidir”.

Regionda yerləşdirilməsi gündəmdə olan sülhməramlılara gəlincə, analitik qeyd edir ki, onlar ATƏT və ya BMT-ın mandatına malik olmalı və region xaricində olan ölkələrin hərbçiləri daxil edilməlidir. “Beləliklə, sülhməramlıların tərkibinə İran, Rusiya və Türkiyənin nümayəndələri olmayacaq. Həmçinin, Birləşmiş Ştatlar da yaxşı niyyət jesti kimi və ittihamlardan uzaq durmaq üçün sülhməramlıların tərkibində iştirak etməməlidir”

Müəllif real görünən yeni bir müharibəyə Rusiyanın mümkün müdaxiləsini qiymətləndirir. Onun sözlərinə görə, Rusiya həm Bakı, həm də İrəvanla kifayət qədər yaxşı münasibətlərə malikdir və hər iki tərəfə silah çatdırır. Analitik qeyd edir ki, Moskva və İrəvan arasında çoxdan qüvvədə olan müdafiə paktının şərtləri kifayət qədər yayğındır və buna görə də bəzi analitiklər Rusiyanın Ermənistanın yardımına gələcəyinə şübhə edirlər.

“Əgər Azərbaycan genişmiqyaslı hücuma başlayaraq Qarabağı qaytararsa, Rusiyanın Ermənistanın yardımına gələcəyinə şübhələr var. Amma Moskva və İrəvan arasındakı müdafiə paktındakı yayğınlıq Rusiyaya öz şərtlərini diktə etməyə imkan verir”, – amerikalı analitik yekunlaşdırıb.

1 Comment »

““Qara dənizdən Xəzərə qədər…”–Yeni Qarabağ müharibəsi üçün ŞOK PROQNOZLAR” üçün bir cavab

  1. Azərbaycan torpaqlarında Ermənistan hökumətinin yaradılması və iravan şəhərinin mərkəz olaraq ermənilərə verilməsi 1918- ci ildən azərbaycan xalqının bu gün yenidən torpaqlarımızın ermənilərə verilməsi problemi ilə üzləşdirildi. Qərbi Azərbaycan və Qarabağ əraziləri Azərbaycan torpaqlarıdır. Ermənilərin Qərbi Azərbaycan torpaqlarından çıxarılma məsələsini təklif edirik. Azərbaycan hökuməti olara , cənab prezidentimiz İlham Əliyevin israrla yüksək tribunalarda bir mənalı torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına əsalı olaraq etirazını bildirmişdir. Torpaqlarımızda ermənilərə yaşamaq haqqı verilə bilər.Azərbaycan torpaqları bütünlüklə erməni seperatçılarından təmizlənməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930