Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Gürcüstandakı Rusiya “barmağı” Azərbaycandan tranzit yükdaşımaları necə əngəllədi

Türkiyədən Orta Asiyaya Azərbaycan üzərindəntranzit yük daşımalarına qarşı Gürcüstanda yaradılan müəmmalı əngəllər dözülməz səviyyəyə çatıb və yükdaşıyanlar artıq bu dəhlizdən istifadəni dayandırmaq məcburiyyətində olduqlarını deyirlər. Virtualaz.org xəbər verir ki, Türkiyənin Doğu Karadeniz İxarcatçılar Birliyinin başqanı Ahmet Hamdi Gürdoğan Gürcüstan tərəfinin türk TIR-larını əngəlləmək üçün müxtəlif maneələr yaratdığını, vəziyyətin dözülməz həddə çatdığını bildirib.

Xəbər verdiyimiz kimi Rusiya Türkiyə TIR-larının tranzit keçidini dayandırdıqdan sonra ötən ilin sonlarından etibarən Orta Asiyaya və geriyə yük daşıyan türk şirkətləri alternativ dəhliz kimi Gürcüstan, Azərbaycan və Xəzər dənizindən keçən marşrutu seçiblər. Azərbaycan prezidenti İlham Əliyev qədim “İpək yolu”nun bir hissəsi olan bu nəqliyyat dəhlizindən tranzit yükdaşımaları asanlaşdırmaq üçün qısa müddətdə addımlar atıb.

Gömrük prosedurları maksimum sadələşdirilib, yükdaşımaların tarifləri kəskin aşağı salınıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında tranzit yüklərin qəbul edilib yola salınması asanlaşdırılıb. Habelə Qazaxıstan tərəfi yükdaşımaları asanlaşdıran addımlar atıb. Lakin gözlənilmədən Gürcüstan bu dəhlizin işini əngəlləməyə başlayıb və bunun arxasında əslində siyasi səbəblərin dayandığını göstərən ciddi əlamətlər var.

Ahmet Hamdi Gürdoğan deyir ki, sərhəd-keçid məntəqələrində heç bir problemin olmamasına baxmayaraq türk TIR-ları Gürcüstan ərazisinə daxil olan kimi əngəllər başlayır. Maşınlar məcburi qaydada dayanacaqlara çəkilir, onların yükü boşaldılır, yoxlanılır və yenidən yüklənir. Dayanacaqda dayanmağa görə əlavə haqq alınır. “Gürcüstan üzərindən Azərbaycana tranzit yükdaşıyan türk TIR-ları gömrük məntəqələrində həftələrlə, bəzən aylarla ləngidilir, yüklər əsassız yerə boşaldılır, daşınan mallara zərər vurulur. Bu çətinliklərdən yaxa qurtarmaq üçün sürücülərdən 1200 dollar rüşvət tələb edirlər. Gürcüstan tərəfinin zorbalıqları yükdaşıyanları cana doydurub”-Gürdoğan deyir.

Ahmet Gürdoğanın bildirdiyinə görə, bütün bu əngəllər təxminən üç aydır başlayıb. Yəni Türkiyə TIR-larına Rusiyanın sanksiya tətbiq etməsindən sonraya təsadüf edib. Onun sözlərinə görə, əgər gürcü tərəfi bu maneələri dayandırmasa ixracatçılar yaxın həftələrdə Orta Asiyaya ixracatı tamamilə dayandırmalı olacaqlar.

Gürcüstanda gömrük prosedurları indiyə qədər region ölkələri arasında ən nümunəvi hesab edilirdi və türk TIR-ları təzəcə bu dəhlizdən istifadə etməyə başlayanda sürücülər Gürcüstanda cəmi bir neçə dəqiqəlik prosedurlardan sonra sərhədi keçdiklərini deyirdilər. Lakin indi məhz türk TIR-larına qarşı, özü də Azərbaycan üzərindən Orta Asiyaya tranzit yük daşıyan maşınlara qarşı bu əngəllər yaradılır. Gürcüstan tərəfi hər şeyi edir ki, türkiyəli yükdaşıyanlar bu dəhlizdən imtina etsinlər. Və bunun arxasında siyasi səbəblərin olduğu aşkardır. Çünki Rusiyaya alternativ nəqliyyat dəhlizindən istifadənin genişlənməsi Moskvanın maraqlarına uyğun deyil. Gürcüstanda isə Rusiyadan yönləndirilə bilən koalisiya hakimiyyətdədir və göründüyü kimi lazım olan məqamda bu rıçaqlar işə düşür.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930