Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Əgər yeddi rayonu versək…”–Lavrovun İrəvan səfərinin DETALLARI

Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana 21-22 aprel tarixində həyata keçirdiyi ikigünlük səfəri olduqca gərgin atmosferdə keçib. Hər halda Rusiya KİV-ləri belə yazırlar.

Publika.az xəbər verir ki, Lavrovun ilk görüşü həmkarı Edvard Nalbandyanla olub. “İzvestiya” nəşrinin yazdığına görə, nazirlər ikitərəfli əməkdaşlıq haqqında danışaraq bildiriblər ki, dünya iqtisadiyyatındakı problemlərə baxmayaraq, iki ölkə arasında əmtəə dövriyyəsi praktik olaraq azalmayıb. Amma danışıqlarda Dağlıq Qarabağda baş verən son hadisələr yenə də əsas mövzu olub. Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər ki, Rusiya nümayəndə heyəti Ermənistan paytaxtına Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə ideyalar gətirəcək. Ancaq danışıqların nəticəsinə görə, rusiyalı naziri yalnız 1994-cü ilə bağlanmış atəşkəs sazişinə əməl etməyin vacibliyini söyləyib.

Rusiyanın “Kommersant” nəşrinin yazdığına görə, Sergey Lavrov İrəvan səfərində həmsöhbətlərini inandırmağa çalışıb ki, Moskva Azərbaycana silah satmasına baxmayaraq Ermənistanla strateji əməkdaşlıqdan imtina etmək niyyətində deyil. Nəşr qeyd edir ki, Rusiya xarici işlər naziri Ermənistan paytaxtına münaqişənin nizama salması üzrə beynəlxalq vasitəçilərlə uyğunlaşdırılan təklifləri gətirib. “Kommersant”ın məlumatına görə, söhbət ATƏT-in Minsk qrupunun irəli sürdüyü “Madrid prinsiplərinin” müasirləşdirilmiş versiyasından gedir.

Nalbandyandan sonra Sergey Lavrov Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. “İzvestiya”nın məlumatına görə, danışıqlar gərgin keçib. “Bu təəccüblü deyil, çünki Dağlıq Qarabağ məsələsi Ermənistanın bütün sakinləri üçün çox ağrılıdır. Ermənistan sakinləri Sergey Lavrovun səfəri fonunda öz qorxularını bölüşdülər”, – Rusiya nəşri yazıb.

Rusiyanın İrəvandakı səfirliyindəki mənbə bildirib ki, onların Ermənistanda diplomatik işi çox çətinləşib. Mənbənin sözlərinə görə, bu onunla izah olunur ki, Moskva erməni QHT-lərini maliyyələşdirmir və onların vasitəsilə Rusiyanın mövqeyini cəmiyyətə yeritmir: “ABŞ isə müxalifyönlü QHT-ləri maliyyələşdirməklə öz maraqlarını fəal şəkildə yürüdür”.

Ermənistan sakinlərinin narahatlığı isə son vaxtlar haqqında çox danışılan “Lavrov planı”dır. KİV-in yazdığına görə, sözügedən plan Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsi, həmçinin Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutur.

“Bizim indiyə qədər Azərbaycanla sülh müqaviləmiz yoxdur. 1994-cü ildə imzalanan atəşkəs sazişi çox kövrəkdir. Əgər ətraf rayonları versək, Dağlıq Qarabağ təhlükəsizlik zolağından məhrum olacaq”, – İrəvan sakinləri deyib.

“İzvestiya” danışan sakinlərin digər şikayəti Rusiya hərbçilərinin son qarşıdurmada Ermənistana kömək etməməsi ilə bağlıdır. Onlardan biri qeyd edib ki, Gümrü şəhərində 102-ci Rusiya bazası var. Daha bir baza isə İrəvanda Erebuni aeroportunda yerləşir: “Ancaq Ermənistan və Azərbaycan arasında münaqişə zamanı Rusiya qoşunları öz partnyorlarına kömək etmədi. Qarşıdurmanın başlandığı anda 90 erməni həlak oldu. Rusiyalı dostlarımız harada idilər?”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930