Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

”Danışıqlar uğursuz olsa, Azərbaycanın hərbi yolla ərazilərini alacaq”

“Ermənistanla sərhədlərin və kommunikasiyaların açılması qarşılığında Azərbaycan ərazilərinin boşaldılması Dağlıq Qarabağ konfliktinin həllində ən çox ehtimal edilən ilk addımdır”. yknews.az saytı musavat.com-a istinadən xəbər verir ki, bunu Moskvadakı Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq, Rusiya Federasiyası İctimai Palatasının üzvü, prezident Putinin səlahiyyətli şəxslərindən (danışmanlarından) sayılan Sergey Markov bildirib.

 Onun sözlərinə görə, “Kazan formulu” da elə budur: “Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarır, qarşılığında isə Azərbaycan Ermənistanın iqtisadi blokadasını götürür. İki ölkə arasında iqtisadi və humanitar əməkdaşlıq, insanların yerdəyişməsi bütünlüklə bərpa olmalıdır. Bundan əlavə, azad edilən rayonlar hərbsizləşdirilməlidir – hansı ki, Ermənistana sərfdir. Həmçinin, güc tətbiq edilməyəcəyi haqda müqavilə olmalı, zəmanət qismində sərhədlər boyu sülhməramlılar dayanmalıdır. “Kazan formulu” daha böyük ehtimalla reallaşacaq”.

Politoloqun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri bu formula düzəliş eləməyə çalışacaqlar ki, dinc nizamlanmada təkcə Rusiya iştirakçı olmasın: “Məsələ yalnız bu formulun bir sıra konkret parametrlərini razılaşdırmaqla bağlıdır. Birinci – neçə rayon qaytarılmalıdır. Ermənistan Dağlıq Qarabağı onunla birləşdirən Laçın rayonunu saxlamaq şərtilə 5 rayon təklif edir. Azərbaycan isə 6 rayon, üstəgəl, Laçının bir hissəsində təkid edir. Praktik problemlərdın biri budur”.

<p”>Ekspert daha sonra deyib: “Bundan əlavə, hər iki tərəf razıdır ki, Dağlıq Qarabağın statusuna dair danışıqlar başlamalıdır: “Ancaq bununla bağlı sənədin preamblua hissəsində gələcəkdə referendum keçiriləcəyi ilə bağlı qeyd olmalıdır. Detallarla bağlı diskussiya olacaq. Azərbaycan tələb edir ki, orada Dağlıq Qarabağ da daxil, Azərbaycanın ərazi bütövlüyünü nəzərdə tutan Madrid prinsipləri yazılsın. Ermənistan isə deyir ki, “Əgər bəri başdan Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi nəzərdə tutulursa, referendumun nə anlamı var?” Ermənistan nə qədər ki, Dağlıq Qarabağda erməni əhalisi üstünlükdədir, maksimum tez zamanda referendum keçirilməsini istəyir. Yəni ki, “beyinlərdə müharibə”. Azərbaycan isə öncə köçkünlərin qayıdışı məsələsinin çözülməsi məsələsini qoyur ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisi referendumda bu və ya başqa qərarı birgə qəbul eləsinlər. İkinci praktik problem budur”.

Politoloq ümumən, Qarabağ ixtilafının siyasi həlli yolunda əsas maneənin İrəvanın ona sərfəli status-kvodan imtina eləmək istəməməsi ilə bağlı olduğunu deyib.

“Kazan formulu” təkcə ona görə baş tutmayıb ki, sülh prosesinə müxtəlif baxışlar mövcuddur, həm də o səbəbə alınmayıb ki, Ermənistan ümumiyyətlə, bu kompromislər üçün elə də “əldən getməyib”, buna həvəs göstərməyib. İrəvan sadəcə, hər şeyin indiki kimi qalmasını istəyib. Ancaq son döyüş əməliyyatları həm Ermənistan, həm Rusiya, həm Fransa və ABŞ rəhbərliyinə, həm də digər beynəlxalq təşkilatların nümayəndələrinə təsir edib və göstərib ki, bu cür boş oturmaq sonsuz davam edə bilməz. Əgər cari danışıqlar da uğursuz olsa, növbəti eskalasiya qaçılmaz olacaq və o zaman yəqin ki, işğal altındakı müəyyən ərazilər Azərbaycanın nəzarətinə qayıdacaq”, – deyə Markov işğalçı tərəfə xəbərdarlıq edib.

“Yox, danışıqlar uğurlu olsa, regionda gərginlik azalacaq, onun iqtisadi resursları böyüyəcək” – politoloq qeyd edib.

“Bu, həmçinin, Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə daha intensiv əməkdaşlığına zəmin yaradacaq. Sadalananlara yanaşı, nizamlama insanların daha intensiv yerdəyişməsinə stimul verəcək və bölgədə Rusiyanın təsirinin müəyyən dərəcədə artmasına gərirəcək” – politoloq əmindir.

Putinin danışmanının dəyərləndirməsinə görə, Qərbin aktual danışıqlarda konstruktiv rolu prosesə müdaxilə etməməkdən ibarət ola bilər: “Bildiyimiz kimi, ABŞ başqa təşəbbüslərə qarşı dözümlü deyil. Odur ki, Amerika tərəfdən prosesi tormozlayan təkliflərin olması mümkündür. Bu xüsusda Vaşinqtonun konstruktivliyi yalnız o olardı ki, “Kazan formulu”nun reallaşması yolunda təkərlər arasına ağac salmasın”.

 “ABŞ və Fransadan fərqli olaraq, Rusiyada güclü erməni diasporu ilə yanaşı, güclü Azərbaycan diasporu da var – hansı ki, bir-birini tarazlayır. Bu da Rusiyaya imkan verir ki, Qarabağ məsələsində daha balanslı mövqe tutsun. ABŞ-ın prosesə müdaxiləsi ilk növbədə Amerikadakı erməni lobbisinin müdaxiləsi şəkilində olacaq – hansı lobbi ki, məsələdə Ermənistandakı toplum və hakimiyyətdəki “Qarabağ klanı”ndan da radikal mövqe sərgiləyir” – əlavə edib rusiyalı politoloq.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930