BMT-də tarixi an-İqlim dəyişikliyi üzrə Paris razılaşması imzalandı
Bu gün Nyu-Yorkda İqlim dəyişikliyi üzrə Paris razılaşmasının imzalanması mərasimi keçirilib. BMT-nin ötən il dekabr ayında Parisdə keçirlən konfransında qəbul olunan sənədi 171 ölkə imzalayıb. Sənədə ilk olaraq Fransa prezidenti Fransua Olland imza atıb.
BMT-nin Baş katibi Pan Gi Mun İqlim dəyişikliyi üzrə Paris razılaşmasının imzalanmasını “tarixi an” adlandırıb. Onun sözlərinə görə, “ hələ bir gündə bu qədər çox ölkənin imzaladığı beynəlxalq sənəd olmamışdı”.
Razılaşma 55 ölkə tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək. Daha çox krabon qazının atmosferə buraxan ABŞ və Çin bu il ərzində razılaşmanın ratifikasiya olunacağını bildiriblər. Dünyada atmosferin karbon qazı ilə çirkələnməsinin 40% bu iki ölkənin payına düşür.
Çin rəsmiləri bildiriblər ki, bu il sentyabr ayında ölkədə keçiriləcək “Böyük 20-liyin” sammitinə qədər razılaşmanın ratifikasiyası üçün bütün daxili prosedurlar tamamlanacaq.
Paris razılaşması iqlim dəyişikliklərinin qarşısının alınması üçün planetdə ümumi hərarətin yüksəlməsinin bu yüzilliyin sonuna qədər yalnız 2 fazi həddində saxlanması üçün karbon qazının atmosferə buraxılmasını məhdudlşadırılmasını nəzərdə tutur.