ABŞ-dan fərqli Qarabağ açıqlaması
ABŞ Dövlət Departamentinin saytında qurumun mətbuat katibi Con Kirbinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı verdiyi şərhdə düzəliş edilib.
ANS PRESS-in məlumatına görə, əvvəlki versiyada bildirilirdi ki, “Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiya və Fransadan olan həmsədrlərlə birlikdə regiona səfər edib və birmənalı olaraq danışıqlar prosesinə dönüşün vacibliyini qeyd edib. Biz BMT vasitəsilə hər iki tərəflə uzunmüddətli sülhə nail olmaq üçün işləməyə sadiqik”.
Düzəlişdən sonra BMT sözü ATƏT sözü ilə əvəz edilib.
Xatırladaq ki, əvvəlki versiyada C. Kirbi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin BMT prosesi çərçivəsində həllini dəstəklədiyini demişdi.