Kremldən Qarabağ açıqlaması: “Rusiya hazırdır!”
“Qarabağda sabitliyin bərpası üçün danışıqlar prosesini bərpa etmək lazımdır”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Zaxarovun sözlərinə görə, münaqişə tərəfləri hərbi risklərin azaldılması üzrə işi aktivləşdirməlidir. O, bildirib ki, Rusiya vasitəçi tərəf kimi tərəflərə bütün lazımı köməyi göstərməyə hazırdır.