Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Erməni müxalifət lideri efirdə Sarkisyana “zavallı qoyun” dedi

“Ermənistan artıq ayılır, Rusiyanın əsarətindən qurtulmağa çalışır. Əgər əvvəllər Rusiyanın buradakı agentlərinin və nökərlərinin təsiri altında olan insanların sayı çox idisə, indi onlar qəflət yuxusundan ayılırlar, situasiyanı dəqiq dəyərləndirməyə başlayırlar. Yalnız şərəfsizlər və casuslar hələ də deyirlər ki, “Rusiya Ermənistanın müdafiəçisidir, Ermənistanı Türkiyədən qoruyur”.

Milli.az xəbər verir ki, bunu Ermənistandakı “Birinci İnformasiya Kanalı”na verdiyi müsahibəsində Ermənistan Milli Müqəddərat Birliyinin lideri, ölkənin ən məşhur müxalif siyasətçilərindən biri Paruyr Hayrikyan deyib.

O, öz fikirlərini belə davam etdirib: “Beləsinə deyirsən ki, axı sən axmaq deyilsən, olmaya Türkiyə bizə müharibə elan edib, Ermənistana hücum edib ki, Rusiya bizi müdafiə etsin?! Yəni bu casuslar ermənilərin mühacir mentalitetindən istifadə edirlər. Məsələn, erməni Van şəhərindən qaçanda rus əsgərinin uşağı ata mindirməsindən kövrəlir, amma anlamır ki, elə həmin rus əsgəri Vanı viran qoyub. Və həmin adamlar deyirlər ki, Dağlıq Qarabağ təhlükədədir. Dağlıq Qarabağ erməniləri yox, Ermənistan təhlükədədir”.

Paruyr Hayrikyan deyib ki, indi təlxəklik etmək gərək deyil: “Serj Sarkisyan yaşlı adamdır, özünü biabır etməsin. Nə birləşmə?! Sən çoxdan Rusiyanın xüsusi xidmət orqanları ilə birləşibsən, Sarkisyan. Robert Köçəryan da yanındadır”.

“Serj Sarkisyanın hakimiyyəti saxtakarlıq yolu ilə iqtidara gəldiyindən onları sadəcə, Rusiyanın casusları sayıram. Unikal ölkəyik ki, Türkiyə ilə yanaşı, Rusiya da bizi hədəfə alıb. Birdəfəlik anlamaq gərəkdir ki, düşmənimiz Türkiyə yox, Rusiyadır. Belədirsə, ay Levon Ter-Petrosyan, axı sən prezident olanda Rusiyanın hərbi bazasının Gümrüdə yerləşməsinə niyə icazə verdin?! Türkiyənin də burada bazası yaranarsa, lap əla olar.

Dünyanın bütün dövlətləri kiminsə əsarətindən qurtularaq müstəqil olduqlarını deyirlər. Biz isə hələ də demirik ki, Rusiyanın əsərətindən xilas olaraq müstəqil olmuşuq. Levon Ter-Petrosyan, Serj Sarkisyan deyirlər ki, Ermənistan məhz Qarabağ hərəkatı sayəsində müstəqil olub. Tanrıya and olsun ki, bizim rəhbərlər qoyundur. Ay zavallı, bədbəxt qoyun, sən deyildin Qarabağı Ermənistana birləşdirmək istəyən? Sən ona görə müstəqil oldun ki, mən Ayrikyan və yoldaşlarım xalqa referendum vasitəsilə müstəqil ola biləcəyimizi başa saldıq. İndisə ermənilərə deyirəm: ayılın, bizim qoyun rəhbərlər Qarabağı itirdilər”, – deyə müxalifət lideri vurğulayıb.

Paruyr Hayrikyan fikirlərini belə davam etdirib: “Çox pis, ağır vəziyyətdəyik. Millət olaraq çökmüşük. İnsanlarımız küçələrə çıxaraq Serj Sarkisyanın istefasını tələb edirlər. Amma mən belə demirəm, çünki bilirəm ki, Serj Sarkisyan getsə, Qalust Saakyan gələcək. Sarkisyan casusdursa, Qalust Saakyan “peşka”dır. Yəni casusun “peşka”sı taleyimizi həll etməlidir?! İnqilab etmək olardı, amma ölkədə inqilab etməyə layiq, inana biləcəyimiz siyasi qüvvə yoxdur”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930