Sərkisyan Azərbaycanın işğaldan azad etdiyi torpaqlara baxdı
Xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Serj Sərkisyan iki gün öncə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib.
Baku.ws-in məlumatına görə, Qarabağda təmas xəttinə generallarla birgə yollanan Sərkisyanı müdafiə naziri Seyran Ohanyan da müşayiət edib.
Qarabağda gedən “dördgünlük müharibə” barəsində məlumat verən generallar Sərkisyana Azərbaycanın işğaldan azad etdiyi əraziləri göstəriblər. Azərbaycan postlarına nəzər salan Ermənistan prezidenti öz tapşırıqlarını verib.