Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Moskvanın Qarabağa gətirdiyi “sülh planı”:Bakıdan nə istəyrilər?-TƏHLİL

Xaqani SƏFƏROĞLU

Strateq.az 

Son hərbi əməliyyatlardan sonra Rusiyanın və Qərbin Dağlıq Qarabağla bağlı mövqeyi  “sülhə məcburetmə” taktikasını xatırladır. Prezident Putin şəxsən Qarabağla məşğul olacağını bəyan edib. Son günlər Moskvanın hansısa sülh planı haqqında danışılır və “5+2 formatı” adlandırılan planda 5 rayonun qaytarılması əsas detal kimi qabardılır.

Qarabağın işğal altında olan ərazilərində aparılmış son aprel əməliyyatları problemi ölü nöqtədən tərpətsə də həlli ilə bağlı yanaşmanı açıq saxlayıb. Minsk Qrupu hərbi əməliyyatları pisləyir, Moskva isə çoxdan arxa plana atılmış Kazan prinsiplərini gündəmə gətirib. Xatırladaq ki, 2011-ci ilin iyun ayının 24 –də Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan Kazanda görüşürək münaqişənin həlli ilə bağlı əsas prinsipləri müzakirə edib.

Görüş nizamlanmanın əsas prinsipləri üzrə razılaşmaya nail olmadan başa çatıb. Tərəflər birgə bəyanatda yalnız bu məqsədlərə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər. “Dövlət başçıları bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu qeyd ediblər. Bu məsələlərin həlli əsas prinsiplərin təsdiq olunması üçün şəraitin yaranmasına kömək edəcək” – deyə, bəyanatda bildirilirdi.

Dağlıq Qarabağda son hadisələr bir sıra maraqlı məqamları ortaya qoyub. İlkin nəticələri götür-qoy etsək demək olar ki, Azərbaycanın müasir ordusu və silahları hamını-Moskvanı, Qərbi, Ermənistanı narahat edib.  Prosesin gedişi göstərir ki, Rusiya Azərbaycanın hərbi gücünün artmasından narahatdır və buna qarşı alternativ layihələr üzərində düşünür. Lakin Qərbin Azərbaycana silah satışını əngəlləməsi cəhdləri ilə bağlı informasiyalar mənzərənin rənglərini tündləşdirir.

Məlumatlara görə, Azərbaycanın belə silahlanması NATO daxil olmaqla, bir sıra Avropa Birliyi (AB) ölkələrinin ciddi narahatlığı ilə qarşılanıb. Hələ 4-5 il əvvəl ABŞ və Avropa ölkələri Azərbaycana silah və hərbi texnika satan Türkiyə, Ukrayna, Çexiya, Bolqarıstan, Polşa, Rumıniya və Slovakiya kimi dövlətlərə siyasi, hərbi və iqtisadi təsirlər göstərməyə başlamışdılar. 2011-ci ildə  Türkiyənin hökumət nümayəndəsi adını açıqlamamaq şərti ilə demişdi ki, AB üzvü ölkələrin Ankaradakı səfirləri və hərbi attaşeləri hər görüşdə bu məsələni qaldırır, hətta digər metodlardan istifadə edərək təzyiq göstərməyə çalışırlar. Eyni zamanda oxşar formada təzyiqlərin Türkiyə ilə yanaşı, Ukrayna, İsrail və digər silah istehsalçısı olan ölkələrə də edildiyi haqda məlumatlar verilir.

ilham putin

Azərbaycanın silahı kimə mane olur?

Nə baş verir? Hər şeydən aydın göründüyü kimi Azərbaycanın silahları kiməsə həddən artıq mane olur.

İndi Kazan görüşü ilə bərabər xatırlanan həmsədr ölkə prezidentlərinin 2011-ci ildə qəbul etdiyi  “Dovil bəyanatı”nda da əsas vurğu hərbi ritorikadan əl çəkmək üzərinə düşür. Bu isə “yenilənmiş Madrid prinsipləri”nin masaya çıxarılmasıdır.

Belə informasiyaların ümumi tonundan aydın olur ki, tərəflər Azərbaycanı münaqişə ilə bağlı yaranmış status-kvo ilə barışmağa məcbur etmək istəyirlər. Bununla da beynəlxalq güclər rəsmi Bakını ərazi bütövlüyünü təmin etmək üçün BMT tərəfindən təsbit edilmiş “ölkənin müharibə aparmaq huququnu”  bir tərəfə tullamaq üçün razı salmağa çalışırlar. Odur ki, belə bəyanatlar daha çox  münaqişədə öz torpaqlarını itirmiş Bakının maraqlarını bölgədə maraqları olan supergüclərin balans siyasətinə qurban verməklə “qamçı və kökə” siyasətini yürütməyə xidmət edir.

Bu siyasi teatr Rusiyanın Ermənistanın tərəfində olduğunu ilk fürsətdəcə göstərir. Azərbaycan məhz bu baxımdan beynəlxaq güclərin təzyiqi qarşısında tək qalıb. Çünki Ermənistanın fantastik “Miatsum” planı üzərində “ölənə qədər” vuruşacağı barədə mifi sadəcə Moskvanın əlinə oynayan kozırdan başqa bir şey deyil. Kreml bu münaqişənin sərhədini necə “çəkirsə”, ermənilər onunla razı olmağa məhkumdurlar. Bu baxımdan indi razılaşdırılması tələb olunan başabəla “prinsiplər” münaqişənin həlli üçün Azərbaycana xeyirli olmayan bir idarəedici alətə çevrilir.

Qərb isə sadəcə, Azərbaycandan “müharibə” sözünü işlətməməyi istəyir. Çünki bu müharibənin sonucları onun üçün fəsad törədə biləcək. Son 25  ildə Qərb bu münaqişə sayəsində Cənubi Qafqazda təsir rıçaqlarını saxlayaraq özünün geopolitik maraqlarını təmin edə bilib. Odur ki, yeni müharibə olacağı təqdirdə bölgədə hansı mənzərənin yaranacağı heç kimə bəlli deyil. Bunun acı nəticələri da var: 2008-ci ildə Tiflis Abxaziyaya daxil olarkən Rusiya Gürcüstana qarşı açıq təcavuzə getməklə hər zaman “va-bank”a hazır olduğunu nümayiş etdirdi.

Qarabağ isə əlahiddə məsələdir. Çünki burada Qarabağ, üstəgəl Ermənistan Rusiyanın hərbi dəstəyi ilə hərbi əməliyyatlara gedə bilər ki, bu da son nəticədə Qərbin regionda müəyyən qədər oturuşmuş maraqlarına ciddi zərbə vura bilər. Ən azından, Azərbaycan və Ermənistan arasında müharibə baş verərsə, Rusiya kölgədə qala bilər, sonradan isə “sülh vasitəçisi” kimi ortaya atılaraq  Qərbi “arxa planda rəqs etməyə” vadar edə bilər. Necə ki, indi bunun ilkin əlamətləri göz önündədir.

putin serj

Rusiya Qarabağ müharibəsini Qərb üçün şantaj alətinə çevirib

Faktik olaraq Rusiya Azərbaycanın Qarabağ uğrunda başlaya biləcəyi müharibəni Qərb üçün şantaj alətinə çevirə bilib. Qərb bundan qorxur. Rusiya da bunu yaxşı anlayır. Odur ki, Moskva “baza prinsipləri” adı altında Qərbi məcbur edir ki, iki tərəf arasında sülhə məhz onların əli nail olsun. Bu zaman ölkədaxili ictimi rəyin nəzərində Azərbaycanın xeyrinə olmayan istənilən sülh variantının günahkarı ABŞ və Qərb olacaq. Odur ki, Qərb də ehtiyatlı davranır: Dağlıq Qarabağla bağlı danışıqlarda Rusiyanı önə çıxarmaqla sülh sazişində onun da məsuliyyət payını nümayiş etdirir. Beləliklə “lənətə gəlmiş” dairə qapanır.

Ermənistanla məsələ aydındır. Rusiyasız onların nə “böyük müharibə” aparmağa, nə də Azərbaycan ərazilərini işğal altında saxlamağa gücləri var. Bəs Azərbaycan nə etməlidir? Azərbaycan çox düzgün olaraq BMT-nin qətnamələrini daim yada salmaqla münaqişəyə baxışda müşahidə olunan əlahiddə yanaşma tezisini dağıdır. Bundan başqa, rəsmi Bakı Minsk Qrupunun fəaliyyətini daim tənqid altında saxlamaqla həmsdərlərin problemlə bağlı məsuliyyəti birgə daşıdığını dolayısı ilə vurğulayır.

“Qordi düyünü”nü necə kəsməli?

Son əməliyyatlardan sonra  Azərbaycana qarşı müşahidə edilən təzyiqlər məhz Bakını güzəştlərə vadar etməkdir. “Baza prinsipləri” adı altında çərçivə sazişinin imzalanması üçün vaxtın yetişdiyini deyən həmsədrlərin nikbinliyi üçün əsas çox azdır. Çünki Bakı bu sənədi imzalasa belə, onun yerinə yetirilməsi üçün şərait yoxdur. Əgər söhbət sülhməramlı quvvələrin işğal olunmuş rayonlarda yerləşdirilməsindən gedirsə, bu zaman Rusiyanın kənarda qalaçağını yalnız sadəlövhlər düşünə bilər. Moskva heç bir halda nəzarətdə saxladığı 200 kilometrlik İranla sərhəddi bir göz qırpmında “tanımadığı” dəbilqəlilərə verməyəcək. Çünki işğal altında olan sərhəd xətti həm də strateji olaraq geopolitik maraqların toqquşduğu nöqtədir. Söhbət İrandan gedir. Tehran hazırda ermənilərin nəzarət etdiyi rayonlara heç bir halda avropalı sülhməramlının gəlməsini arzulamır. İranın “bölgə problemlərini bölgə dövlətləri həll etməlidir” bəyanatı və Qarabağ problminin həlli üçün vasitəçilyini təklif etməsi bu qorxunun əlamətidir. İranla 200 kilometrlik sərhəddə ABŞ qoşunları Tehran üçün qorxulu röyadır.    

Dağlıq Qarabağda yaşamış azərbaycanlıların geriyə qayıtması ilə bağlı razılıq barədə deyilənlər isə son dərəcə dumanlı təsir bağışlayır. Bunun nə mexanizmi, nə də planı bəllidir. İkincisi, Qarabağın statusunun guya azərbaycanlılar ora qayıtdıqdan sonra müəyyənləşəcəyi barədə verilən vədlər də inandırıcı deyil. Həmsədrlər faktik olaraq rəsmi Bakı qarşısında öz vətəndaşlarını yerbəyer etmək  minnəti qoyurlar. Referendum məsələsindən isə danışmağa dəyməz.

Bütün bunlar  isə heç bir halda Bakının üstünlük verdiyi siyasi prioritetlərinin başlıca tezisi sayla bilməz.  Odur ki, yeni sülhyaratma cəhdləri barədə nikbin notlar yalnız siyasi cəhətdən hazırlıqlı olmayanlarda şən əhval yarada bilər.

Yeni sülh təkliflərinin “Qordi düyünü”nə çarə olması barədə deyilənlər  təsəllidir. Burada heç bir tərəfin inkar etmədiyi mühüm faktor da həlledici söz sahibidir: İctimai rəy! Hər iki ölkənin vətəndaşlarının isə münaqişə ilə bağlı mövqeyi göz önündədir. Hər halda, son “aprel müharibəsindən” sonra Qərb və Rusiya  gözəl başa düşdülər ki, azərbaycanlılar öz torpaqlarından kiməsə pay vermək fikrində deyillər.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930