Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

İranın Qarabağdan Qafqaza gəlmək PLANI- Qərb bölgədə Rusiyanı təkləyir

2016-cı ilin 2 aprel səhərində dünyanın bütün aparıcı xəbər kanalları öz buraxılışlarını Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın başlatdığı şiddətli döyüşlərdən xəbərlərlə başlayırdı. 22 ilə yaxın dondurulmuş münaqişə yenidən alovlanmışdı. Qarabağ məsələsinə münasibətdə ətalət nümayiş etdirən yüksək ranqlı Qərb liderləri bəyanat verməklə biri-birini sürətlə əvəzləyirdi.

Lakin bu bəyanatlar arasında İran prezidenti Həsən Ruhaninin tərəfləri atəşkəsə səsləməsi və İranın müdafiə naziri Hüseyn Dehqanın 2 aprel günü həm Yerevana, həm də Bakıya zəng edərək müdafiə nazirləri ilə söhbət etməsini ümumi mənzərədə seçilən diplomatik manevrlər kimi qiymətləndirmək olar.  2 aprel səhəri media, ictimaiyyət Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentlərinə zəng etməsini, xarici işlər naziri Sergey Lavrovun, müdafiə naziri Sergey Şoyqunun da münaqişə tərəfi olan həmkarları ilə rabitə əlaqəsini yaratmasını, Avropa Birliyinin baş diplomatı Federika Moqerininin, ABŞ Dövlət katibi Con Kerrinin, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerin, Fransa prezidenti Fransua Ollandın və nəhayət, Türkiyə rəsmlərinin bəyanatlarını izlədi.

Qərbin nüvə sanksiyalarından azad olan İran tarixi təsir dairəsi kimi baxdığı Cənubi Qafqaz regionuna Qarabağ vasitəsilə qayıtmaq istəyir. Bu mənada İranın Qarabağ bölgəsi ilə birbaşa qonşuluğu bu ölkənin münaqişənin həllində vasitəçi olmasına əlavə üstünlüklər verir.

ATƏT -in Minsk qrupu, BMT, yaxud istənilən Avropa ölkəsindən fərqli olaraq İran Dağlıq Qarabağ danışıqlarında ən optimal vasitəçi ola bilər.

Bura həm Ermənistan, həm də Azərbaycan ilə dostluq əlaqələrinin olması, Qarabağla birbaşa sərhədin olması və s. faktorlar daxildir. Əslində, münaqişənin başlandığı illərdə onun həlli üçün ən real addımlardan birini də İran atmışdı.

Belə ki, 1992-ci il mayın 7-8-i tarixlərində İran prezidenti Əli Əkbər Rəfsəncaninin dəvəti ilə o zamankı Ermənistan prezidenti Levon Ter-Petrosyan və Azərbaycanın prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov Tehranda danışıqlar aparmışdılar.

Həmin görüş barədə sonradan danışılan fikirlərə görə tərəflərin biri-biri ilə konstruktiv dialoq qurması və danışıqların yekun nəticəsi olaraq ortaq sənədin qəbul olunması planlaşdırılırdı.

Lakin mayın 8-də danışıqların bitməsinə az qalmış Ermənistan bu sülh proseduruna ən ağır zərbəni endirirlər. Onlar Şuşa şəhərini ələ keçirməklə hələ Tehranda olan prezidentləri ağır vəziyyətə salırlar. Nəticədə sülh danışıqları pozuldu. Əslində bununla gizli qüvvələr İrana sübut etmək istədilər ki, onun vasitəçiliyi baş tutan deyil. 1992-ci ilin mayında Tehrandakı görüş İranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında demək olar ki, ilk və son addımı oldu. Atəşkəs əldə olunduqdan sonra Qarabağ danışıqlarındakı monopoliya ATƏT-in Minsk qrupunun həmsədrləri olan Fransa, ABŞ və Rusiyaya keçdi.

Onlar arasında heç şübhəsiz əsas regional təsir gücü Rusiya (xüsusən dörd günlük müharibə zamanı bu özünü bir daha bariz şəkildə göstərdi – V.İ) olsa da, Fransa da son 22 ildə Yerevan-Bakı qarşıdurmasının həlli üçün müəyyən diplomatik addımlar atırdı. ABŞ isə Qarabağ münaqişəsinin həllində yalnız Minsk qrupunun həmsədri olan diplomatı vasitəsilə müdaxilə edir və əsasən passiv müşahidəçi kimi qalmağa üstünlük verir.

Bu əsnada İran, güclü erməni diasporunun olduğu ABŞ və Fransadan, Ermənistanla bir hərbi blokda təmsil olunan Rusiyadan fərqli olaraq “şəxsi işi”ndə bütün bu qərəzsizliyi pozacaq amillərə malik deyil. Milyonlarla azərbaycanlının və çoxminli erməni diasporunun yaşadığı İran Qarabağ münaqişəsinin arbiti kimi ikili standrtlardan uzaq olan ən optimal vasitəçi kimi seçilir. İran aprel müharibəsindən sonra yaranmış yeni situasiyada Qarabağ münaqişəsi üçün ən effektli arbitr ola bilər.

Ancaq günümüzə qədər İranı Cənubi Qafqazdan sıxışdırmağa çalışan Qərbin bu məsələdə mövqeyi ilə hər şey dəyişə bilər.

Bunu Qərb üçün zəruri edən əsas məqamlardan biri də odur ki, Rusiyanın Cənubi Qafqazdakı mövqeyinin zəiflədilməsi onun əsas hədəflərindəndir. Əgər Rusiya Qərbi regiona həsrət salıbsa, bu zaman Qərbin bu intizarına son qoyacaq qüvvə İran ola bilər.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930