Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Erməni təxribatının Tərtərə vurduğu ziyanlar

Aprelin 2-dən 5-dək cəbhə xəttində erməni silahlı birləşmələrinin törətdiyi təxribat nəticəsində Tərtər rayonunun kommunikasiya xətlərinə ciddi ziyan dəyib.
Bu barədə Trend-ə açıqlamasında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, erməni silahlı birləşmələrinin rayonun cəbhəboyu ərazilərini ağır artilleriyalardan atəşə tutması nəticəsində 2350 metr beton üzlüklü kanal, 4 kilometr torpaq kanalı, 12 ədəd hidrotexniki qurğu, 2 ədəd körpü, 2 kilometr elektrik xətti, 1 ədəd transformator, 2 kilometr kanalüstü istismar yolu sıradan çıxmış, R-7 və R-8 kanallarının yanındakı idarə binaları dağılıb: “Rayonun Qapanlı kəndində 3, Borsunlu kəndində 2, Qaradağlı kəndində 3, ümumillikdə 8 ədəd transformator, 35 kv Dəmirçilər kəndində hava xəttində 3 km, 35 kv İsmayılbəyli hava xəttində 1,8 km, Qapanlı, Qaradağlı, Hüsənli, Şıxarx, Azad Qaraqoyunlu, Borsunlu və Qaraağacı kəndlərində ümummillikdə 16 km naqil, 3 km kabel, Qapanlı kəndində 24, Qaradağlı kəndində 17, Hüsənli kəndində 8, Şıxarx qəsəbəsində 14, Azad Qaraqoyunlu kəndində 4, Borsunlu kəndində 10, Qaraağacı kəndində 12, 1 saylı Hüsənli, 3 saylı Azad Qaraqoyunlu, 3 saylı Borsunlu, 6 saylı Şıxarx, 10 saylı Qaradağlı hava xətlərində ümumillikdə 137 ədəd dayaq, 137 ədəd traves, 288 ədəd izalyator və 49 ədəd sayğac döyüşlər gedən zaman yararsız hala düşüb. Dəmirçilər və İsmayılbəyli hava xətləri ermənilər tərəfindən dəfələrlə top atəşinə tutulub, naqillər qırılıb, istifadəyə yarasız hala salınıb. Sahədəki mövcud problemlər Tərtər Elektrik Şəbəkəsi tərəfindən artıq aradan qaldırılıb”.
İcra başçısı qeyd edib ki, erməni silahlı birləşmələrinin hücumu nəticəsində rayonun Düyərli, Köçərli, Qaynaq, Qapanlı, Qaradağlı kəndlərinə və Tərtər şəhərinin M.Ə.Sabir küçəsində qaz təsərrüfatına da ziyan dəyib: “Düyərli kəndində 2 abonentin mənzildaxili xətləri sıradan çıxıb. Köçərli kəndində d-57 mm qaz xətti qəlpə dəyməsi nəticəsində deşilib. Qaynaq kəndində d-76 mm yerüstü yol keçidinin 25 metrlik hissəsi sıradan çıxıb. Qapanlı kəndində ümumillikdə 12 abonentin qaz xəttinə ziyan dəyib, 4 ədəd sayğac, 2 ədəd fərdi qaz tənzimləyici, 1 ədəd d-100 mm-lik siyirtmə sıradan çıxıb. Yuxarı Qaradağlı kəndində 3 abonentin mənzildaxili qaz xətti sıradan çıxıb, Qaraağacı kəndində 2 abonentin mənzildaxili qaz xətlərinə ziyan dəyib”.
M.Məmmədov deyib ki, sadalanan problemlər Tərtər Regional Qaz İstismar İdarəsinin Tərtər Xidmət Sahəsinin əməkdaşları tərəfindən qısa müddətdə aradan qaldırılıb: “Hazırda rayonun qaz təsərrüfatında heç bir problem olmadığından əhali davamlı olaraq mavi yanacaqla təmin olunur”.
İcra başçısı həmçinin əlavə edib ki, Tərtər Sukanal İdarəsinin balansında olan Qapanlı kəndinin əhalisini içməli su ilə təmin edən 1 ədəd 50 kubmetrlik su çəninin yaxınlığında iriçaplı mərmi partlayışı zamanı çəni saxlayan dayaqlar zədələnərək əyilmiş və çən bir neçə yerindən deşilib: “Qısa müddət ərzində rayonun sukanal idarəsi tərəfindən qaynaq vasitəsilə su çəni bərpa edilib, dayaqlar bərkidilib, kənd sakinləri içməli su ilə təmin edilib”.
İcra başçısı deyib ki, bununla yanaşı həmçinin, Qapanlı kəndində 3 ədəd, Yuxarı Qaradağlı kəndində 4 ədəd, Əskipara kəndində 1 ədəd, Qaraağacı kəndində 3 ədəd, Şıxarx qəsəbəsində 1 ədəd, Həsənqaya kəndində 1 ədəd, Qaynaq kəndində 1 ədəd subartezian quyularına da ziyan dəyib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930