Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Erməni lobbisi guya Türkiyə-Azərbaycan blokunun Rusiya-Ermənistan blokuna qarşı olması barədə saxta fikir formalaşdırır”

Moskvada “Qlobal çağırışlar və təhlükələr kontekstində Rusiyanın Qafqaz strategiyası” adlı elmi-praktiki konfrans keçirilib

Moskvada “Qlobal çağırışlar və təhlükələr kontekstində Rusiyanın Qafqaz strategiyası” adlı elmi-praktiki konfrans keçirilib. APA-nın verdiyi məlumata görə, Rusiya Strateji Təhqiqatlar İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda institutun ekspertləri, Azərbaycan, Gürcüstan, Ermənistan nümayəndələri, Rusiyanın Cənubi Qafqazda siyasətinin hərbi-siyasi aspektləri, Rusiyanın Böyük Qafqazda strategiyasının əsas istiqamətləri, ekstremizmlə kollektiv mübarizə imkanları və digər mövzularda müzakirə aparıblar.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov “Azərbaycan-Rusiya münasibətləri müasir mərhələdə”, Rusiya XİN-i yanında Diplomatik Akademiyanın aparıcı elmi işçısi Əli Mustafabəyli “Azərbaycanda millətlərarası münasibətlər”, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktorunun müavini Samir Məmmədov  “Rusiyadakı Azərbaycan diasporu millətlərarası və dövlətlərarası Rusiya-Azərbaycan münasibətlərində xalq diplomatiyası faktoru kimi”, siyasi analitik İlqar Məmmədov “Cənubi Qafqazın Rusiya üçün geosiyasi əhəmiyyəti” mövzularında məruzələrlə çıxış ediblər.

“Rusiyanın Qafqazla bağlı ayrıca doktrina şəklində strategiyası mövcud deyil”

Tədbirdə “Rusiyanın Qafqazla bağlı strategiyası mövcuddurmu?” məruzəsi ilə çıxış edən Rusiya Strateji Təhqiqatlar İnstitutunun direktor müavini Tatyana Quzenkova bildirib ki, Rusiyanın Qafqazla bağlı ayrıca doktrina şəklində strategiyası mövcud deyil: “Bu region üçün strategiya dövlətin ümumi doktrinası, xarici siyasət və milli təhlükəsizlik konsepsiyası çərçivəsində həyata keçirilir. Cənubi Qafqaz ərazisi bu strategiya üçün ayrıca obyekt kimi seçilməyib, ümumilikdə Rusiyanın MDB ölkələri ilə bağlı strategiyasının daxilində yer alıb”.

“Rusiya televiziyasında Dağlıq Qarabağla bağlı bu cür təbliğatın aparılması Azərbaycan cəmiyyətində Rusiyanın münaqişə ilə bağlı ədalətli mövqeyinin yanlış anlaşılmasına səbəb olur”

Diplomat Qüdsi Osmanov çıxışında Rusiyadakı erməni lobbisinin Rusiya və Türkiyə arasında olan gərgin vəziyyətdən istifadə etdiyini söyləyib: “Erməni lobbisi məlum faktoru Rusiya-Azərbaycan münasibətlərinə də aid etməyə cəhd edir. Onların məqsədi iki dövlət və iki xalq arasındakı münasibətləri korlamaqdır. Erməni lobbisi öz məhdud milli maraqları naminə Rusiyanın təbliğat meydançasını istifadə edərək  guya Türkiyə-Azərbaycan blokunun Rusiya-Ermənistan blokuna qarşı olması barədə saxta fikir formalaşdırır. Azərbaycan suveren dövlət kimi qonşu dövlətlərlə, o cümlədən, Rusiya və Türkiyə ilə dostluq münasibətləri qurur. Onu da qeyd edim ki, Rusiya hərbi təyyarəsinin Türkiyə qırıcısı tərəfindən vurulmasına qədər Rusiya-Türkiyə münasibətləri Azərbaycan-Türkiyə münasibətlərindən daha dinamik inkişaf edib”.

Azərbaycan-Rusiya strateji əməkdaşlıq münasibətlərindən danışan diplomat bu münasibətlərin ümumilikdə regional təhlükəsizliyin bünövrəsini təşkil etdiyini bildirib.

Qüdsi Osmanov konfrans iştirakçılarının diqqətini Dağlıq Qarabağda baş verən son hadisələrlə bağlı məlumatların Rusiya informasiya məkanında birtərəfli  və qeyri-obyektiv işıqlandırılmasına yönəldib. O, bunun Rusiyanın rəsmi mövqeyinə zidd olduğunu qeyd edib: “Rusiya televiziya məkanındakı  bu cür təbliğat Azərbaycan cəmiyyətində Rusiyanın məlum münaqişə ilə bağlı ədalətli mövqeyinin yanlış anlaşılmasına səbəb olur”.

Diplomat Azərbaycanın Rusiyanın cənubunda terrorçuluq və radikalizmə qarşı mübarizədə stabil müttəfiq olduğunu və Rusiyanın cənub sərhədlərinin təhlükəsizliyini təmin etdiyi xatırladıb.

“Azərbaycanlı və erməni icmalarının birgə yaşayışının Rusiya təcrübəsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox qiymətli modeldir”

ÜAK icraçı direktorunun müavini Samir Məmmədov məruzəsində Rusiyada yaşayan azərbaycanlıların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə toxunub: “Bu gün Rusiyada iki milyonluq Azərbaycan icması və çoxmilyonlu erməni icması yaşayır. Əminəm ki, azərbaycanlılar və ermənilərin qarşılıqlı münasibətlərinin Rusiya təcrübəsi Dağlıq Qarabağ ərazisində də tətbiq oluna bilər. Bütün hallarda, gec-tez işğal altındakı Azərbaycan ərazilərindən olan 700 min azərbaycanlı qaçqın öz doğma yurdlarına qayıtmalıdırlar və iki icmanın birgə yaşayışı üçün formul işlənib hazırlanmalıdır. Dağlıq Qarabağda bu gün yaşayan 150 min nəfər əhali Azərbaycan əhalisinin 1,5 faizidir. Azərbaycanda bu gün müxtəlif xalqların nümayəndələri yaşayır, hansı ki onlar sayca Dağlıq Qarabağın erməni əhalisinin sayından çoxdur. Azərbaycan çoxmillətli dövlət kimi təkmillətli dövlət olan Ermənistandan fərqli olaraq, etnos və xalqların birgə yaşayışı üçün nümunə ola bilər. Eləcə də Rusiya kimi… Bir etnosun digər etnoslarla birgə yaşamaq arzusunda olmaması dövlətin parçalanmasına səbəb olmamalıdır ki, hansı ki bu, 200-ə yaxın dövlətin və 5 minə yaxın etnosun mövcud olduğu müasir dünya düzənində çox təhlükəli tendensiya hesab olunur. Xalqların öz müqəddəratını təyinetmə prinsipi onlara ayrılmağa haqq vermir. Bu əsasda Azərbaycanın mövqeyi hər iki prinsipi pozmadan birləşdirməyə imkan verir: dövlətlərin ərazi bütövlüyü, sərhədlərin pozulmaması prinsipi və xalqların öz müqəddəratını təyinetmə prinsipi. Ermənistanın məlum məsələdə mövqeyi isə güzəştsizdir. Fikrimcə, danışıqlar prosesində əsas səylər xalq diplomatiyası nöqteyi-nəzərindən Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birgə yaşayışının həllinə yönəldilməlidir. Bu əsasda iki icmanın birgə yaşayışının Rusiya təcrübəsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox qiymətli modeldir”.

Qeyd edək ki, elmi-praktiki konfransda Ermənistan tərəfini təmsil edən ekspertlər də iştirak ediblər. Ermənilərin məruzələrində Azərbaycan-Türkiyə birliyini Rusiya-Ermənistan birliyinə qarşı qoymaq cəhdləri fiaskoya uğrayıb. Belə ki, azərbaycanlı diplomat və ekspertlərin Rusiya-Azərbaycan münasibətlərinə və Dağlıq Qarabağ münaqişəsinə dair tutarlı faktlardan ibarət məruzələri konfrans iştirakçılarının böyük marağına səbəb olub.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930